"Deməli, şikayətim "Azəriqaz"dandır. İl olub 2026, insanlar Marsa uçur, ordan su gətirir. Birazdan qaz da gətirəcəklər, amma Saatlının Novruzlu kəndinə hələ də qaz yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Nə işdirsə bu kəndə"Azəriqaz" qaz çəkmir. Bu qədərmi imkan yoxdu, ölkəmiz bu qədərmi kasıbdır?
Əvvəl dedilər 2025-ci ildə çəkiləcək, sonra dedilər 2026-cı ildə. İlin ortasına gəlib çıxmışıq hələ də bunun üçün təşəbbüs göstərən yoxdu. Neyniyək? Hara şikayət eləyək?"








