Ukrayna ilə Polşanın arasında diplomatik böhran yaşanır. Məsələ belədir:
▪ Zelenski Ukrayna Ordusunun bölmələrindən birinə “UPA qəhrəmanları” adını verib.
▪ UPA - Украинская Повстанческая Армия - Ukrayna Qiyamçı Ordusu deməkdir. Ukrayna üçün UPA - XX əsrdə müstəqillik uğrunda mübarizənin simvoludur. Bu hərbi hissələr II Dünya Müharibəsi zamanı həm Almaniyaya, həm də SSRİ-yə qarşı mübarizə aparıblar. Hazırkı müharibənin əsas şüarı olan «Слава Украине! Героям слава!» ifadəsi də UPA-dan gəlir.
▪1943-44-сü illərdə bu adı daşıyan hərbi hissələr Polşanın Volın şəhərində yerli əhaliyə qarşı etnik təmizləmə və genosid həyata keçirib. Bu, Polşa üçün çox ağrılı tarixi yaddaşdır.
▪Polşa prezidenti Karol Navrotski Zelenskini bu addımını geriyə götürməyə çağırıb. Ukrayna rəhbərliyi isə “Bizə tariximizi öyrətməyin!” cavabı ilə onun çağırışını ləğv edib.
▪Bundan sonra Navrotski Zelenskinin layiq görüldüyü “Ağ Qartal” Ordenini ləğv edib.
▪Ukraynanın Polşadakı səfiri könüllü şəkildə “Ağ Qartal” ordenindən imtina edib. Daxili işlər naziri Sibiqa və Prezidentin Ofsinin rəhbəri Budanov da eyni addımı atıblar.
▪Polşa siyasətçiləri bildirblər ki, “quldurları şərəfləndirən” Ukrayna Avropa İttifaqının üzvü olmağa mənəvi cəhətdən hazır deyil. Buna görə də onun namizədliyini dəstəkləməyəcəklər.
❗ Bu hadisə göstərir ki, Rusiyaya qarşı ortaq nifrətin təsirilə bir araya gəlsələr də, Ukrayna ilə Polşanın arasında çox dərin və köklü tarixi ziddiyyətlər var.
Müəllif: Vüsal Məmmədov - "DİA-AZ"








