"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Bakı sakinləri adından edilən müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Adını da qoyublar ki, park salacaqlar.
Cənablar, park salacağıq dediyiniz Bayırşəhərdə 2 göydələn var. Parkda göydələnlərin olması hansı standartlara uyğundur və belə bir təcrübə hansısa ölkədə varmı yoxsa, Siz ilkə imza atırsınız?
Bu gün bütün söküntü işlərini tapşırırsınız Zülfəli kimi birinə. Bu adamın isə nəinki, evini sökdüyü insanlara, heç çörəyini yediyi Bakı şəhərinə zərrə qədərində sevgisi yoxdur. Əksinə, düşmən kimi yanaşır..."
"DİA-AZ" xəbər verir ki, Bayırşəhərdə söküntü işlərinin aparılması üçün Bakı şəhər icra hakimiyyəti yanında xüsusi komissiya yaradılıb və bütün bu proseslərə də Zülfəli adlı şəxs (Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov) rəhbərlik edir.
Sakinlər bildirir ki, Zülfəli müəllim bu dəfə tariximizi hədəfə alıb ki, aidiyyatı qurumlar buna laqeyd qala bilməz.








