Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                 

Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Tarix: Bu gün, 06:31 | Çap et

2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində, o cümlədən şairin doğma yurdu Qazaxda silsilə tədbirlərlə qeyd olunur.

20-21 iyun 2026-cı il tarixlərdə Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib.

İyunun 20-də Qazax şəhərində yerləşən Fəxri Qazaxlılar parkında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin açılış mərasimi olub.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Qazax Rayon İcra Haklimiyyətinin dəstəyi, BP-nin sponsorluğu ilə təşkil olunmuş sərgidə 32 nəşriyyat iştirak edib, 20 nəfər yazıçı və ziyalının əsərləri nümayiş etdirilib. Sərgidə 32 nəşriyyat öz stendləri ilə təmsil olunub. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanıblar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim edilib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiq, “Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu, “BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva, Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, yazıçı və jurnalistlər, ziyalılar, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

“Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisində iştiraklarına görə razılığını ifadə edib. Bugünkü tədbirin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi 30-cu yubiley sərgisi olduğunu bildirib. Sərginin təşkilində dəstək olan qurumlara minnətdarlıq edib.

“Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Səməd Vurğunun yurdunda olmaqdan qürur duyduğunu söyləyib. Ş.Sadiq “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin ölkənin aparıcı nəşriyyat rəhbərlərinin iştirakı ilə 18 yanvar 2021-ci ildə nəşriyyat işlərinin nizama salınması, bu sahədə atılacaq addımların sistemli təşkilinin həyata keçirilməsi məqsədilə təsis edildiyini və hazırda Birliyin 28 üzvü olduğunu diqqətə çatdırıb. Bu müddət ərzində ölkənin müxtəlif regionlarında kitab festivalları, sərgilər, yarmarkalar təşkil olunduğunu, nəşriyyatların birgə fəaliyyəti istiqamətində uğurlu addımlar atıldığını bildirib. Birlik olaraq yerli nəşriyyat sisteminin ölkə xaricində tanınması üçün əhəmiyyətli tədbirlər həyata keçirildiyini söyləyib. ANAİB-in bu cür tədbirlər nəticəsində dövlətçilik dəyərlərimizi intellektual gənclərə kitab vasitəsilə çatdıraraq yerli kitabçılığın inkişafını lokal xarakterdən uzaqlaşdırmağı əsas prioritet kimi müəyyənləşdirdiyini qeyd edib. “Bölgələrə kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgilərin silsilə şəklində Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran və Mingəçevir kimi bölgələrimizdə mütəmadi keçirildiyini, eyni zamanda kitabları uşaqlara sevdirmək üçün ölkəmizdə hər il ANAİB Uşaq Kitab festivalınn uğurla icra olunduğunu vurğulayıb. Bu tədbirlər planının məntiqi davamı kimi 20-21 iyun tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin təşkil edildiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluq duyduğunu bildirib. Rayon rəhbəri Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə rayonda 11 tədbir keçirildiyini, eyni zamanda silsilə tədbirlərin ilin sonuna kimi keçiriləcəyini vurğulayıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin əhəmiyyətindən söz açan icra başçısı təşkilatçılara, bu sərgiyə dəstək verən insanlara razılığını ifadə edib. Xalq şairinin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında bugünkü kitab sərgisinin böyük töhfə olacağını söyləyib.

“BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı çıxış edərək Xalq şairi Səməd Vurğunun yaradıcılığına verilən dəyərə, qiymətə görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, bu cür tədbirlər, sərgilər təşkil edən təşkilatçılara razılıqlarını ifadə ediblər. Çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxda keçirilən kitab sərgisi yerli oxucular tərəfindən böyük maraqla qarşılanıb. Onu da bildirək ki, regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru