“Bəzi insanların məni mətbuatda “qatil” adlandırmasından narazıyam” - Cavid Hüseynovdan ismarıc
Tarix: 8-09-2015, 10:43 | Çap et
 Vəkil Adəm Məmmədov “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovla görüşüb. Bu haqda “Report”a vəkilin özü məlumat verib.
Vəkil bildirib ki, C.Hüseynov ona heç kimin cinayətkar deməsini doğru hesab etmir: "Cavid Hüseynov bəzi insanların mətbuatda onu "qatil" adlandırmasından narazıdır. Hüquqi dövlətdə yaşayırıq və bu səbəbdən də məhkəmənin qərarı olmadan ona heç kimin cinayətkar deməsini doğru hesab etmir. Cavid Hüseynov özünü tam günahsız hesab edir. Mən də bunu dəfələrlə demişəm. Həm ifadələrdən, həm də toplanmış materiallardan görünür ki, o, günahsızdır. Çox təəssüflər olsun ki, cəmiyyətimiz hələ hüquq düşüncəsinə malik deyil. Bəzi insanlar çalışır ki, qərəzli şəkildə cəmiyyətimizə nəsə çatdırsın. Tam əminliklə deyirəm ki, Cavid Hüseynov günahsızdır".
Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus “iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür. E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31 |
|
|
|
| • Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18 |
|
|
|
| • Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52 |
|
|
|
| • Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45 |
|
|
|
| • Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33 |
|
|
|
| • “Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28 |
|
|
|
| • "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25 |
|
|
|
| • Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13 |
|
|
|
| • Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09 |
|
|
|
| • Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02 |
|
|
|
| • "Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00 |
|
|
|
| • "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58 |
|
|
|
| • Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55 |
|
|
|
| • Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53 |
|
|
|
| • Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51 |
|
|
|
| • Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48 |
|
|
|
| • MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38 |
|
|
|
| • Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32 |
|
|
|
| • “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00 |
|
|
|
| • Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56 |
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37 |
|
|
|
|