Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                 

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri - ARAŞDIRMSA
Tarix: 8-09-2015, 10:30 | Çap et
Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri
I yazı

Bəzən biz soyqırımını çox dar mənada anlayırıq. Yəni elə düşünürük ki, bu dəhşətli akt yalnız bir xalqın nümayəndələrinin kütləvi qətli və şikəst edilməsi ilə bitir. Əslində isə belə qırğının nəticələri nəsillər boyu davam edir. Məsələn, Xocalı soyqırımından fiziki cəhətdən salamat çıxıb Vətənimizin digər bölgələrinə pənah aparanlar soyqırımdan canlarını qurtarıblarmı? İlk növbədə onu nəzərə almaq lazımdır ki, digər qonşu bölgələrimiz kimi Xocalı həm də işğal olunub. Yəni o Qarabağ yurdlarımızın sakinləri artıq 22-24 ildir ki, öz ocaqlarında yaşamırlar...



Qaçqınlar "sürünən soyqırımı"na da məruz qalırlar...

Nəsilləri min illərlə eyni coğrafi məkanda yaşamış insan birdən-birə daimi yaşayış yerini dəyişir və öz vətənində olsa belə, başqa bir təbii iqlim və relyef şəraitinə, ekoloji, sosial-iqtisadi mühitə uyğunlaşmalı olur. Ondan törəyən uşaqlar isə artıq körpəlikdən eyni şəraitə adaptasiya olunurlar. Bəzən qaçqın insan yaşayış yerini bir neçə dəfə dəyişməli olduğundan bu proses daha da mürəkkəbləşir. Və bunu bir növ "sürünən soyqırım" adlandırmaq mümkündür. Tarixi yurd yerlərini dəyişmiş, xüsusən dağdan arana köçmüş insanlar hətta rahat şəraitdə yaşasalar belə, qəbul etdikləri hava, su, qida hesabına irsi proqram dəyişkənliyinə məruz qalırlar. Tədricən bambaşqa şəraitə uyğunlaşmış, digər bölgələrin əhalisi ilə qaynayıb qarışmış yeni genotip formalaşır. Mövzunu daha aydın anlamaq üçün insanın soykökü barədə məlumatların daşıyıcısı olan gen haqqında qısa məlumat verək. Gen (Dezoksiribonuklein turşusu (DNT)) - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaqla DNT-yə sahibdir. DNT, genetik kod vasitəsilə nukletoidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiya daşıyıcısıdır. Reduplikasiya adlanan proses nəticəsində DNT özünün genetik olaraq tamamilə eynisi olan iki nüsxəsini yaradır, beləcə molekulda saxlanılan irsi informasiya yeni nəsillərə ötürülür. Canlıların iki əsas xassəsini - irsiyyət və dəyişkənliyi öyrənən elm sahəsi isə genetika adlanır. Anlaşıqlı dillə desək, xalqın genofondu min illərlə müxtəlif tayfa və nəsillərin sağlam soyköklərinin - genlərinin vahid toplusudur. Teoloji baxımdan yanaşdıqda bəşəriyyəti bir gendən - Adəm əleyhissəlamdan törədən Allah insanları sınamaq üçün onları müxtəlif millətlərə ayırmışdır. İnsanın Yaradan qarşısında əsas borclarından biri də öz təbiiliyini, özəlliyini qoruyub saxlamaqdır. Bu günədək yalnız bəzi millətlər öz genetik təmizliyni xeyli şəkildə qoruya bilmişdir. Bəzən bu özünü qoruma cəhdləri faşizm, sionizm, ermənizm kimi irqçi cərəyanların yaranmasına, bir millətin özünü digərlərindən üstün sanaraq onları zülmə məruz qoymasına səbəb olmuşdur.



Erməni işğalının genofondumuza zərbələri ciddi təhlil olunmayıb...

Təəssüf ki, Azərbaycanda insan genetikası və milli genofond ətrafında ciddi və geniş tədqiqatlar aparılmamışdır. Ən azı, "Ermənistan"dan soydaşlarımızın deportasiyası və son Qarabağ savaşı dönəmindəki fiziki soyqırım və məcburi köçkünlüyün soykökümüzə vurduğu zərbələri elmi baxımdan ciddi tədqiq etmək mümkün idi. Nə yazıqlar ki, araşdırmalarımız zamanı bu mövzuda genetika mütəxəssislərimiz tərəfindən nəinki bir elmi əsər, hətta sanballı bir məqalə də yazılmadığını müəyyən etdik. Istər internet saytlarında, istərsə də Milli Kitabxanadakı axtarışlarımız bir fayda vermədi. Kitabxanada milli genofondumuzdan bəhs edən əsər kimi yalnız keçmiş SSRİ DTK-nın polkovniki, araşdırmaçı politoloq Rövşən Novruzoğlunun "XXI əsr... Dünyanın sonu... Azərbaycandan baxış..." 5 cildlik əsərini tapa bildik. Müəllifin özü ilə görüşdükdə məlum oldu ki, onun "Qarabağ: "Eçmiədzin"in məxfi qrifi altında" ktabında ayrıca işğal altındakı bölgələrimizin genetik mənzərəsi təsvir edilir və erməni işğalı nəticəsində Azərbaycan xalqının genofonduna vurulmuş zərbələr müxtəlif aspektlərdən təhlil olunur. Əsəri diqqətlə oxuduqda aydın olur ki, Qarabağın işğalı və onun tezliklə azad edilməməsi yalnız ermənilərin, onları birbaşa himayə edən keçmiş SSRİ və indiki Risiyanın deyil, "sivil", "demokratik" adlandırdığımız ABŞ, Fransa, Almaniya və s. kimi ölkələrin də maraqlarına uyğundur.



Dünya gücləri Qarabağın genlərindən niyə qorxur?

R.Novruzoğlunun araşdırmalarından o da bəlli olur ki, dünya Azərbaycan xalqının və xüsusən Qarabağ sakinlərinin genindən qorxurmuş... Qərb alimləri bizdən xəbərsiz genefondumuzu təhlil etməklə dünyadakı siyasi-iqtisadi prosesləri idarə etməyə çalışan gücləri belə, həyəcanlandıracaq nəticəyə gəlmişlər. R.Novruzoğlu keçmiş SSRİ-nin müxtəlif məxfi arxivlərindən əldə etdiyi məlumatlar barədə danışdıqca torpaqlarımızın işğalının genimizlə bağlı bu günədək çoxumuzun bilmədiyi məqamlar açıqlanır: "1936-cı ildə Almaniyadan Bakıya tədqiqat qrupu gəlir. Bu qrupun rəsmi sənədlərdə keçən işi Azərbaycanda şifahi xalq ədəbiyyatını araşdırmaq, tədqiq edib öyrənmək idi. Əslində isə şifahi xalq ədəbiyyatında təsvir olunan milli qürur, qəhrəmanlıq, şücaət, mərdlik, mübarizlik, dürüstlük, təmizlik, xeyirxahlıq, torpaq və vətən sevgisi kimi komponenetlər alman genetiklərini çox maraqlandırırdı. Onlar Azərbaycanda olan general Şıxlinskinin, Mehmandarovun, Əliyevin, Şadlinskinin genini daşıyan qan qrupları və nəsilləri ilə maraqlanırdılar. Özü də bunlar kitablarda deyil, birbaşa xalqın arasındakı qanlarda axtarılırdı. Həmin il azərbaycanlı həkim Namazəliyevin başçılığı ilə alman ekspedisiyası Laçın-Kəlbəcər istiqamətində dağətəyi rayonların tədqiqinə başladı. İlk nəticələr uğurlu olduğundan tədqiqatçılar Azərbaycanın müxtəlif cəhətləri üzrə qruplara bölündü. I qrupa Laçın-Kəlbəcər, II qrupa Ağdam, Şuşa, III qrupa Lerik-Lənkəran, IV qrupa isə Şəki-Zaqatala-Gəncə daxil edilir. Hər qrupda 6 nəfər yerli həkim və bələdçi, iki nəfər də alman həkimi olur. Bu ekspedisiyanın təşkil edildiyi vaxtda Hitler ordusunun döyüş qabiliyyəti, vətənpərvərlik hisləri və əhvali-ruhiyyəsi aşağı vəziyyətdə idi. Odur ki, bu ekspedisiyaların qarşısına mühüm bir vəzifə qoyulmuşdu: güclü immunitet yarada biləcək vaksinlərin və dərman preparatlarının axtarılıb tapılması. Çünki alman millətinə Koroğlunun, Qaçaq Nəbinin mübarizliyini, igidliyini, vətən sevgisini özündə cəmləyən Qafqaz xalqlarının, o cümlədən Azərbaycan miillətinin genini aşılamaq lazım idi.



"Bu genləri daşıyan millət dünyanı məğlub edə bilər"

Bu ekspedisiyanın təşkilatçılarından və bilavasitə iştirakçılarından olan əslən yunan, lakin sonralar Almaniya vətəndaşlığı almış Fransua Melli Alman Silahlı Qüvvələrinin Baş Qərargahına (SQBG) göndərdiyi birinci arayışında aşağıdakıları qeyd edir:
"Qafqazda döyüşkən millət, fikrimizcə, Azərbaycan millətidir (onlara "türk" də deyirlər). Bu millətin ayrı-ayrı qruplarının hər birinin özünəməxsus geni var. Bu genləri daşıyan bir nəsil, yaxud bir millət dünyanı məğlub edə bilər. Genlərdə araşdırdığımız nəticələrə gəlincə, vücudlarında bu genləri, bu təmiz qan qrupunu saxlayan insanların boyu, dözüm qabiliyyəti, düşüncə və məntiq tərzləri, döyüşkən əhvali-ruhiyyəsi, məğlubedilməzliyi, vətən və millət sevgisi torpağa bağlılığı və s. başqa Qafqaz xalqlarındakından fərqlidir. Onları öyrənmək, öyrənmək, yenə öyrənmək lazımdır. Bir ekspedisiya azdır..
Azərbaycanda aparılmış tədqiqatların nəticəsi olaraq Almaniya SQ Baş qərargahı maraqlı bir diaqram cızır və maraqlıdır ki, orada ilk olaraq məhz işğal altındakı bölgələrimizin adı çəkilir:
"Kəlbəcər-Laçın qrupu üzrə elmi-tibbi araşdırmalarımızın nəticələri bunlardır: "Buradakı insan genlərini iki qrupa böldük. A qrupuna mənsub olanlar daha qədim genlərdir. Onlar dağ bəbirlərinə bənzəyirlər. İti baxışları var. Hər cür xəstəliyə davamlı və dözümlü olurlar. Döyüşkənlik və mərdlik, doğru-dürüstlük, torpağa bağlılıq bu qrupun genlərində daha möhkəmdir. Belə genləri gəzdirən nəsillərin bir neçəsi arasında möhkəm qohumluq əlaqəsi var. Onları nəyəsə cəlb edib aldatmaq, məqsəd və məramlarından döndərmək çətindir. Bu qrupa mənsub olan genlər Laçının cənub və şərq hissəsində, Kəlbəcərin isə şimal hissəsində daha çoxdur... B qrupuna məxsus olan genlər A qrupuna nisbətən daha cavan və immunitet baxımından zəifdir. B qruplu genlərin qarışıq tərkibi A qrupuna nisbətən iki dəfə artıqdır.
Ağdam-Şuşa qrupuna məxsus genlərin isə xəstəliklərə dözüm immuniteti kövrəkdir. Bu genlərin sahibi heç nədən qorxmur. Onlar az aldanır, tez inanır və tez də qəzəblənirlər. Cəsur və əyilməzdilər. Əgər bu millətin belə genləri ölərsə, gələcəkdə Qafqazda Azərbaycan millətinin bir etnik qrup kimi məhv olması labüddür"...



Azərbaycanın ən böyük silahı nədir?

R.Novruzoğlunun sözlərinə görə, Laçın və Kəlbəcərdə genetik təhqiqat aparan "Millətlərin ölüm tarixi" kitabının müəllifi Yulian Fişer yazır: "Fikrimcə qanı təmiz millət yer üzündə gəldi-gedər olmur. Təmiz və sağlam qan, güclü və dözümlü gen mənsub olduğu millətin ən güclü və böyük silahıdır. Bu silahın sahibini nə məğlub etmək olar, nə də sındırmaq. Belə olarsa, həmin sağlam qana və genə mənsub millətlərin özlərini qalib saymaq haqları çatır. Məhz bütün bunları Azərbaycanda gördüm..." Almaniyanın baş hərbi qurumunun arayışında daha sonra yazılır: "Elə bir vaxt və zaman gələcək ki, bu regionda bütün sindromlar bir-birinə qarışacaq. Süni şəraitdə yetişdirilən genlər özlərinin mübariz qəhrəmanlıq və döyüşkən əhvali-ruhiyyəsini əks etdirən biganə qalacaq və zaman keçdikcə onlar öz məkanlarını unudub yaddan çıxaracaqlar. Bu gedişi biz görürük..."
Göründüyü kimi, alman tədqiqatçılarının öncəgörənliyi özünü doğruldur. Qarabağın işğalından ötən hər il o yurdları xatırlayan, o ocaqlara can atan, neçə insanın, bəlkə də neçə nəslin, neçə genin sonu deməkdir. Artıq yeni yaşayış yerlərindəki şəraitə uyğunlaşanlar arasında isə qeyri-iradi öz ata-baba məkanlarını unudanlar da xeylidir...
Növbəti yazıda:
- İşğal zamanı və sonra Laçında və digər bölgələrdə neçə nəslin kökü tamamilə kəsilib?
- Qərbin xüsusi qurumları çadır, qazma və yataqxanalarda yaşamış qaçqınlar üzərində hansı gizli ekpserimentlər aparıblar?
- Heydər Əliyev Prezident yanında Xüsusi İdarənin mərhum rəisi Şəmsi Rəhimova Azərbaycanın genetik xəritəsini hazırlayan idarə əməkdaşı Rövşən Vəlizadə (Novruzoğlu) barədə hansı tapşırığı verib?

(ardı gələn sayımızda)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru