Jurnalist qatil həkimlə bağlı şikayətini geri götürdü
Tarix: 7-09-2015, 11:59 | Çap et
 BSU-nun mərhum dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkənin hüquqi varisi jurnalist Anar Niftəliyev qatil həkim-anestezioloq Firuz İbrahimovla bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmadan imtina edib. Bu barədə Axar.az-a jurnalist A.Niftəliyev özü məlumat verib. Onun sözlərinə görə, F.İbrahimov E.Tofiqqızının ölüm işi ilə bağlı son məhkəmə prosesindən yayınırdı və məsuliyyətdən yaxa qurtarmaq üçün sentyabrın 20-nə qədər xəstə adı ilə xəstəxanada yatmaq niyyətində idi: “Artıq ictimaiyyətə məlumat verdiyimiz kimi, sentyabrın 20-də qətlin iki ili tamam olurdu və məhkəmə presedentinə görə, proses həmin tarixə qədər uzansaydı, o, CM-in 320.1-ci maddəsinin cəza hissəsindən azad oluna bilərdi. Ona görə də məhkəmə proseslərində, saxta sənəd təqdim etməklə, iştirakdan yayınırdı. Amma biz onun bu saxtakarlığını ifşa etdik”. A.Niftəliyev jurnalist araşdırması ilə anestezioloqun 1 saylı Şəhər Kliniki Xəstəxanasında xəstə yatmadığını, bu “xəstə”liyin bəhanə olduğunu ifşa edən məlum videonun üzə çıxmasından sonra qatil-həkimlə bağlı ölçü götürüldüyünü xatırladıb: “1 saylı Şəhər Klinik Xəstəxanasından avqustun 31-də səhər saatlarında əlaqə saxlayaraq bildirdilər ki, F.İbrahimov artıq xəstəxanadan xaric edilib və onun məhkəmədə iştirakı üçün bu tibb müəssisəsi üzərinə düşəni edib. Həmin gün saat 14:30-da Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə doğrudan da F.İbrahimovun iştirakı təmin edildi və CM-in 124.1 və 321.1 maddələri ilə təqsirləndirilən qatil-həkim məhkəmə zalındaca həbs edildi. Mən də paralel olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına qarşı iddiamdan və 30 avqust tarixində məni qəsdlə maşınıyla vurub getdiyi üçün F.İbrahimovla bağlı Nərimanov Rayon Polis İdarəsində başlayan araşdırmadam imtina etməyin daha əxlaqlı addım olduğunu düşündüm”. Zərərçəkənin sözlərinə görə, o, sentyabrın 1-nə təyin edilən tibbi-ekspertizadan və Travmatologiya İnstitutunun rəyindən, həmçinin F.İbrahimovun onu qəsdən vurduğunu əks etdirən videonun rəsmi şəkildə polisə təqdim edilməsindən də imtina edib: “Artıq ayağımda heç bir ağrı qalmayıb. Bu barədə bu gün Nərimanov Rayon Polis İdarəsində sözügedən araşdırmanı aparan polis mayoru Ramil Əhmədova məlumat verdim və bildirdim ki, o adamla bağlı artıq şikayətim yoxdur, amma qanunvericilik nə tələb edirsə, o addım da atılmalıdır. Firuzun mənim həyatıma vurduğu zərbənin yanında ayağımın əzilməsi deyil, hətta sınıb-qırılması belə boş şeydir. O, bir insanın, bir gənc ananın qatili kimi həbs edilməyi haqq edib və cəzasını günə-gün çəkəndən sonra ömrünün sonuna qədər həkim fəaliyyəti ilə məşğul olmamalıdır”. A.Niftəliyev bildirib ki, onun bu addımı həkimlərə və cəmiyyətə bir mesajdır: “Mənim davam kiminsə mənə küçədə xəsarət yetirməsi məsələsi deyil, ayrı davadır: Canımıza qəsd edən və həyatımızı məhvə sürükləyən həkimlər bilməlidirlər ki, məhz məhv etdikləri insan həyatına görə cəza alacaqlar, küçədə hər hansı insidentə görə deyil. Əslində, bir ananın qətli qarşılığında bu cəza o həkim üçün çox yüngüldür, amma təəssüf ki, qanunvericiliyimiz belələrinin layiqli cəza almasına tam imkan vermir. İnşallah, bir dəfə də mənəvi peşmançılıq keçirməyən, məhkəmədə bircə dəfə də bu ölümün səbəbkarı olduğu üçün üzr istəməyən, prosesdəki son sözündə belə günahını etiraf edib, Allah qarşısında bağışlanmasını diləməyən F.İbrahimovun bundan sonrakı cəzasını Allah verəcək, yetim qoyduğu körpələrin ahı yerdə qalmayacaq”. Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil-həkim Firuz İbrahimov barəsində cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 2,5 il müddətinə həbs qərarı verildi və cəzasının ilk günü 31 avqust 2015-ci ildən hesablanmaqla, o, məhkəmə zalındaca həbs edildi. Xatırladaq ki, 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı E.Tofiqqızı dünyasını dəyişib. Bu əməliyyatda cərrah Mahir Məmmədov, assistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak ediblər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33 |
|
|
|
| • “Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28 |
|
|
|
| • "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25 |
|
|
|
| • Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13 |
|
|
|
| • Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09 |
|
|
|
| • Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02 |
|
|
|
| • "Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00 |
|
|
|
| • "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58 |
|
|
|
| • Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55 |
|
|
|
| • Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53 |
|
|
|
| • Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51 |
|
|
|
| • Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48 |
|
|
|
| • MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38 |
|
|
|
| • Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32 |
|
|
|
| • “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00 |
|
|
|
| • Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56 |
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10 |
|
|
|
|