“Nə vaxtsa bilsəm, səsim olmayacaq, amma yenə gedib fonoqram oxumayacağam, sənətdən gedəcəyəm”
Müğənni əvvəllər səsi olan müğənnilərin seçildiyini, indi isə səsi olmayanların da “təriflənib” seçildiyini təəssüf hissi ilə bildirib:
“Əvvəllər senzura var idi, istər geyimə, istərsə də səsə, mahnının sözlərinə baxırdılar, oxuyanların içərisindən birini seçirdilər. İndi dövr elədir ki, artıq hamı seçilir. Bilinmir sənətkar kimdir, sənəti olmayan kimdir. Hamı da susur, hətta onlara “əla oxuyur” deyirlər. Əla nəyə deyirsiniz? Oxutdurub baxmısınızmı ki, o müğənni canlı oxuya bilir, ya yox? Mənim 71 yaşım var, hələ də canlı oxuyuram. Bununla fəxr etmirəm, bu, mənim borcumdur. Nə vaxtsa bilsəm, səsim olmayacaq, amma yenə gedib fonoqram oxumayacağam, sənətdən gedəcəyəm”.











