“Tap.az”da tanış olduğu qadınları aldadan şəxslə bağlı .....                     BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası .....                     Şəhid atasından Adil Əliyevə tərs sillə .....                     Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası .....                     Ukrayna müharibədə tədricən uduzur .....                     Millimizin kapitanının bu hərəkəti aranı qarışdırdı: sərt sözlər .....                     Gürcüstan keçmiş və yeni geosiyasət arasında: .....                     Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı .....                     Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... .....                     “Erməni diasporu qan üzərindən siyasət qurub” .....                     Paşinyan OVA çıxıb .....                     Rusiya Azərbaycan qarşı təxribat törətmək üçün bəhanə axtarır .....                     Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib .....                     Onkologiya Mərkəzinin TENDER HOQQASI .....                     Rusiyadan bu qədər asılı olmaq iqtisadi təhlükəsizliyimizə mənfi təsir edir .....                     "YAP hökumətinin iqtisadi komandası indi mat qalıb... bilmir nə etsin..." .....                     Polad müəllimin BAL AYINDAN başı açılsaydı... .....                     "Bizim ölkə poçtu adam balası kimi işləsə idi.." .....                     "Avtobuslar nasaz və hər gün biri yolda qalır" .....                     Bakının göbəyində THE BAKU GROUP özbaşınalığı... .....                     SOCAR-ın işçisi qəfil vəfat etdi .....                     Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU .....                     Rüfət Nasosnudan valideynlərə ÇAĞIRIŞ: .....                     “Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir” .....                     Əliağa Kürçaylının nəvəsinə məxsus şirkətin əmlakına həbs qoyuldu .....                     Kilosu 100 manata olan “At əti” .....                     Fermer 3 litr süddən cəmi 45 qəpik... .....                     Koçaryan və Tsarukyanın pulları alınmalıdır .....                     Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər .....                     Ərdoğandan daha bir ölkə haqda anons .....                     Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi .....                     Rusiyadakı Azərbaycan icmasına və diaspor liderlərinə təzyiq açıq siyasi şantaj alətinə çevrilib .....                     “Caspian Equipment Company” səhmdarlarını toplayır .....                     Taksilərdə gediş haqqı 60 qəpik artıb .....                     “Mərmər İnşaat” əvvəlki kimi qazanmır .....                     Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib .....                     Qarşıda kəndləri daha ciddi problem gözləyir .....                     Ermənistan ordusunda ölüm halları artıb: .....                     İran ABŞ-a xəbərdarlıq etdi: .....                     Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə regional məsələləri müzakirə edib .....                 

BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası - ƏSLİNDƏ...
Tarix: Bu gün, 08:41 | Çap et

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin kommunikasiya rəhbəri Zara Amatuni “Sputnik-Ermənistan”a bildirib ki, tərəflərin müraciəti və razılığı olacağı təqdirdə qurum neytral vasitəçi kimi Azərbaycanda saxlanılan ermənilərin ailələrinə, xüsusilə də Ruben Vardanyanla görüşmək istəyən arvadına kömək edə bilər. Bu açıqlama məhz Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonanbendin Bakıya gəlmək təşəbbüsünün gündəmdə olduğu bir vaxtda səslənir. Zonanbend artıq Ermənistan hakimiyyəti ilə görüşüb, onun Bakıya beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində səfər etmək niyyəti də çoxdan məlumdur.

BQXK-nın “neytral vasitəçi” kimi çıxış etməyə hazır olduğunu açıqlaması ilk baxışdan “humanitar təşəbbüs” təsiri bağışlaya bilər. Lakin bu təklifə yalnız “humanitar missiya” prizmasından baxmaq doğru olmaz. Çünki söhbət Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verən şəxslərdən gedir və onların ətrafında beynəlxalq ictimai rəy formalaşdırılması cəhdləri artıq uzun müddətdir davam edir. Aydındır ki, bu cür “vasitəçilik” təklifi, sadəcə, bir ailənin Vardanyanla görüşmək istəməsindən ibarət deyil. Burada beynəlxalq humanitar mexanizmlərdən istifadə etməklə əsas məqsəd Bakıya təzyiq göstərilməsi və Vardanyan məsələsinin yenidən beynəlxalq gündəmə gətirilməsidir.

Xatırladaq ki, BQXK 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərib. Lakin Qarabağ işğal altında olduğu dövrdə “neytral” qurumun Xankəndidə ayrıca missiyası fəaliyyət göstərib və Bakıdakı nümayəndəliyə deyil, İrəvandakı struktura tabe olub. Zamanında Laçın yolunda BQXK avtomobillərindən istifadə etməklə Azərbaycana bəyan edilməmiş yüklərin keçirilməsi faktı da ciddi qalmaqal yaratmışdı. 2025-ci ilin sentyabrında Azərbaycan hökumətinin qərarı ilə BQXK-nın ölkədəki fəaliyyəti dayandırılsa da, təşkilatın Cenevrədəki qərargahı Bakı ilə dialoqu davam etdirir. 2025-ci ilin dekabrında Cenevrədən gələn nümayəndələr Azərbaycanda münaqişə ilə bağlı saxlanılan şəxslərə baş çəkiblər.
Bəs BQXK-nın Bakıya “neytral vasitəçilik” təklifinə ekspertlər nə deyirlər?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin sözlərinə görə, bu məsələ xeyli vaxtdır ki, gündəmdə saxlanılır.

“Söhbət onların ailələri ilə görüşməsindən getmir. Hətta Azərbaycan bu müraciəti nəzərdən keçirə də bilər. Sadəcə, bu görüşü böyük bir siyasi kampaniyaya çevirəcəklər. Onsuz da belə rəy yaradırlar ki, guya bu cinayətkarlar siyasi fəaliyyətinə görə həbs olunub. Üstəlik, onları girov adlandıranlar var. Halbuki bu şəxslər separatçı bir rejimə rəhbərlik ediblər. Hələ xeyli cinayətkar Ermənistana qaçıb. Əslində Balasanyan və başqaları da Bakı Hərbi Məhkəməsində mühakimə olunmalı idi. İndi isə bu qatillərdən siyasi məhbus obrazı düzəldirlər. Ona görə, əgər görüşə şərait yaradılsa belə, onlar bu məsələni beynəlxalq ictimaiyyət üçün siyasi prosesə çevirəcək. Sözügedən komitə də öz maraqlarını güdür və görüşün təşkilində rol almaqla piarını aparmaq niyyətindədir”, - deyə Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi hesab edir ki, bu təklifə yalnız rəsmi Bakı cavab verə bilər və dövlətin yerinə münasibət bildirmək səlahiyyətində deyil: “Biz, sadəcə olaraq, hüquq-müdafiə təşkilatı kimi məsələyə yanaşmamızı ortaya qoya bilərik. Zənnimcə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin belə bir təşəbbüslə çıxış etməsinə müsbət rəy olmaya bilər. Ancaq Ermənistan hökumətinin Azərbaycanla danışıqlar aparması mümkündür. Hazırda təmaslar var və İrəvan Bakıdan xahiş edə bilər ki, ailələri ilə görüşə şərait yaradılsın. Amma bunun necə qarşılanacağını deyə bilmərəm. Sözsüz ki, onlar ailə üzvləri ilə görüşə bilər. Hazırda telefon əlaqəsinə də şərait yaradılır. Amma Ermənistandan onların bura gəlməsi, bu səfərin özü belə siyasi gündəm yaratmağa hesablanıb. Əfsus ki, Avropa Parlamenti, Avropa Şurası və bir sıra təsisatlar da bu məsələdə qərəz nümayiş etdirir”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə düşünür ki, BQXK növbəti oyuna cəhd edir: “Əvvəla, Vardanyanın həyat yoldaşından başqa heç birinin ailəsi Bakıya gəlmək istədiyini deməyib. Ona görə də bu məsələni bir adamın üzərində şou qurmaqla gündəm yaradırlar. Vardanyanın guya siyasi məhkum olduğu haqda beynəlxalq aləmdə rəy yaradıblar və bu fikri gücləndirmək üçün həmin komitə də prosesə qoşulub. Biz Qırmızı Xaçın Qarabağda hansı oyunlardan çıxdığını yaxşı xatırlayırıq. İndi də guya hərbi canilər üçün canıyanan olublar. Əslində bu təşkilat 5-10 separatçı-cinayətkara görə öz nüfuzuna zərər vurmaqdadır. Sual yaranır ki, komitə niyə erməni məhbusların ailələri ilə görüşü üçün dəridən-qabıqdan çıxır? Deməli, burada maraqlar var, nəinki humanizm, insan haqları və s. Odur ki, məhz sözügedən təşkilatın vasitəçiliyinə qarşı çıxmaq lazımdır. Əgər belə bir görüş olacaqsa, bunu artıq Bakı və İrəvan öz arasında həll edə bilər. Yəni digər məsələlərdə ikitərəfli dialoq olduğu kimi, bu mövzuda da vasitəçisiz danışmaq mümkündür”.

Hüquqşünasın fikrincə, hərbi cinayət törətmiş şəxslər ətrafında spekulyasiyalara yol verilməsi qəbulolunmazdır: “Xüsusən də Vardanyanla bağlı kampaniyanın şahidiyik. İndi də ailəsi ilə görüş məsələsini ortaya atıblar. Sonra da müxtəlif bəyanatlar verərək Azərbaycanı ittiham etmək istəyirlər. Yəni bu məsələdə humanizmdən daha çox, siyasi hiylələr görmək olar. Ümumiyyətlə, bu adamlar Xocalı soyqırımından tutmuş, Gəncə və Bərdə terroruna, ekosid və urbisid cinayətlərinə qədər bir çox qanlı hadisələrin əsas icraçıları olan separatçı rejim rəhbərləridir. Onlar layiqli cəzalarını alıblar və insanlıqdan uzaq əməllərinə görə bədəlini ödəyirlər. İsrail faşist canilərini tapmaq üçün onilliklər sərf etdi, keçmiş Yuqoslaviya caniləri isə yalnız beynəlxalq birliyin müdaxiləsi ilə mühakimə olundular. Azərbaycan isə bu ağır missiyanın öhdəsindən təkbaşına gəldi. İndi isə o təşkilat bu adamlara görə canfəşanlıq edir...”

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tap.az”da tanış olduğu qadınları aldadan şəxslə bağlı QƏRAR
Bu gün, 08:50
BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası - ƏSLİNDƏ...
Bu gün, 08:41
Şəhid atasından Adil Əliyevə tərs sillə - ‘Bu torpaqları sən satmısan!’
Bu gün, 08:34
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukrayna müharibədə tədricən uduzur - Fedorov
Bu gün, 08:15
Millimizin kapitanının bu hərəkəti aranı qarışdırdı: sərt sözlər – VİDEO
Bu gün, 08:14
Gürcüstan keçmiş və yeni geosiyasət arasında: - Saakaşvilinin xəbərdarlığı
Bu gün, 07:12
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır
Bu gün, 07:08
Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
Bu gün, 07:06
“Erməni diasporu qan üzərindən siyasət qurub” - ONA GÖRƏ DƏ...
Bu gün, 07:01
Paşinyan OVA çıxıb - İNCƏLƏMƏ
Bu gün, 06:59
Rusiya Azərbaycan qarşı təxribat törətmək üçün bəhanə axtarır - FAKT BUDUR!
Bu gün, 06:57
Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib - KİV
Bu gün, 06:53
Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
Bu gün, 06:38
Rusiyadan bu qədər asılı olmaq iqtisadi təhlükəsizliyimizə mənfi təsir edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:32
"YAP hökumətinin iqtisadi komandası indi mat qalıb... bilmir nə etsin..." - İlqar Məmmədov
Bu gün, 06:20
Polad müəllimin BAL AYINDAN başı açılsaydı... - REPLİKA
Bu gün, 06:14
"Bizim ölkə poçtu adam balası kimi işləsə idi.." - GİLEY
Bu gün, 06:09
"Avtobuslar nasaz və hər gün biri yolda qalır" - AXI NİYƏ?..
Bu gün, 05:56
Bakının göbəyində THE BAKU GROUP özbaşınalığı... - BU NƏDİ BELƏ?
Bu gün, 05:45
SOCAR-ın işçisi qəfil vəfat etdi - FOTO
Dünən, 17:53
Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU - Məhkəmənin qərarı ilə...
Dünən, 17:43
Rüfət Nasosnudan valideynlərə ÇAĞIRIŞ: - “Övladınız qəbul olmayıb deyə onları…”
Dünən, 17:41
“Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir” – Baba Vəziroğlu
Dünən, 17:38
Əliağa Kürçaylının nəvəsinə məxsus şirkətin əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:31
Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?
Dünən, 17:21
Fermer 3 litr süddən cəmi 45 qəpik... - Vasitəçi isə 2 manat 55 qəpik qazanır
Dünən, 17:16
Koçaryan və Tsarukyanın pulları alınmalıdır - Paşinyan
Dünən, 17:07
Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər - Erməni politoloq
Dünən, 17:02
Ərdoğandan daha bir ölkə haqda anons – “ABŞ dəstəkləyir, İsrailin xoşuna gəlməyəcək”
Dünən, 16:58
Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi
Dünən, 16:54
Rusiyadakı Azərbaycan icmasına və diaspor liderlərinə təzyiq açıq siyasi şantaj alətinə çevrilib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 16:51
“Caspian Equipment Company” səhmdarlarını toplayır
Dünən, 16:47
Taksilərdə gediş haqqı 60 qəpik artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 16:42
“Mərmər İnşaat” əvvəlki kimi qazanmır - HESABAT
Dünən, 16:32
Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib - DETALLAR
Dünən, 16:28
Qarşıda kəndləri daha ciddi problem gözləyir - Nazirlik tədbir görməsə, vəziyyət ötənilkindən daha pis olacaq
Dünən, 16:26
Ermənistan ordusunda ölüm halları artıb: - Mənəvi-psixoloji uçurum
Dünən, 16:23
İran ABŞ-a xəbərdarlıq etdi: - Ritorikanı dəyiş!
Dünən, 16:01
Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə regional məsələləri müzakirə edib - KİV
Dünən, 15:56
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
Dünən, 15:50
Anasının sevgilisini öldürənin məhkəməsi başlayır - 8 il SONRA
Dünən, 15:38
“Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram” - Aktyorun QIRMIZI XƏTTİ
Dünən, 15:30
Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq? - AKTUAL
Dünən, 15:26
İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi? – ABŞ sanksiyaları fonunda gözləntilər
Dünən, 15:22
TƏBİB-in sabiq departament müdirinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 15:19
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib - TƏFƏRRÜAT
Dünən, 15:12
Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ - FOTO
Dünən, 15:01
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
Dünən, 14:59
Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər” - Çin rejiminə keçirik?
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru