
"Şikayətim "Dynamic Express" karqo şirkətindəndir. Çin ambarına İyun ayında daxil olan məhsul hələ də ambarda göstərilir. Dəfələrlə müraciət olsa da, gözləməkdən başqa seçimim olmadığını görürəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Ramil Həsənli adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: " "Call Centr"ləri də bərbaddır, zəng edirəm, "gözləyin" deyib telefonu qırağa qoyurlar. 15-20 dəqiqə sonra da dəstəyi atır, bu vəziyyət bir neçə dəfə təkararlanıb bunlarla fərqli sorğularda.
"Antiinhisar"a şikayət edirəm; deyir, karqo şirkətlərinə artıq onlar baxmır. Nəqliyyat nazirliyinin nömrəsini verirlər... hansı ki, təbii olaraq, (təəccüblənmədim heç...) həmin nömrə gün ərzində bir dəfə də olsa, işləmir.
Bizim ölkə poçtu adam balası kimi işləsə idi, bu karqoların əlində qalmazdıq. Bu karqoların problemi elə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qaynaqlanır..."
















