Rusiya Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib.
Bu barədə TASS-a “Rosselxoznadzor”dan məlumat verilib.
Məlumata görə, Ermənistanda daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılması əvvəllər aşkar edilmiş pozuntular aradan qaldırılana qədər müvəqqəti dayandırılıb.
Beləliklə, Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb.








