"Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                 

“Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir” - GİLEY
Tarix: 19-11-2019, 17:31 | Çap et
“Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir”
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə zəng etməklə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür. Nazirliyin rəsmi saytında qeyd olunan bu şüarşəkilli cümlələr qayğıdan xəbər verir. Kaş, hər şey deyildiyi kimi ola...

Bakının Xətai rayonu ərazisində, Nobel prospekti 110 ünvanında yerləşən yataqxananı, orada yaşayan dənizçi ailələrindən birinin başçısı Ruslan Ağayevin şikayəti üzrə ziyarət etdim. Uzaqdan gözə dəyməyən, amma hamının “morskoyun obşijiteli” kimi tanıdığı bu ünvanı tapmaq çətin olmadı, çünki düz yolun kənarında yerləşir.

Yaşayış binası “yataqxana” olsa da, buranın sakinləri doğru-düzgün öz yataqlarında yata bilmirlər. Çünki hər an binanın üzərilərinə uçacağından qorxurlar. Açığı, şikayətçi ilə telefonda danışanda onun binanın vəziyyəti barədə dediklərini şişirtdiyini düşündüm. Amma binanın həndəvərini və içərisini gəzəndən sonra təəccüb və təəssüf içində qaldım.

Əminəm ki, reportaj hazırladığım həmin binanın şəkillərinə, videogörüntüsünə baxanda sizdə də bu sual yaranacaq: Burada insan yaşayarmı?

Evinə baxış keçirdiyim Nəsibə Abbasova həyat yoldaşı İmran Abbasovun 30 il dənizçi olduğunu, sonradan dünyasını dəyişdiyini deyir: “Onun ölümündən sonra ev növbəmiz də ləğv olundu. Oğlum ürəyindən yenicə əməliyyat olunub. Nəvəmi, bilmirəm gecələr harada yatırım, çünki hər an tavan dağılıb tökülə bilər. Özbaşımıza təmir də edə bilmirik, çünki mismar vuran kimi divar dağılır. Xərclədiyimiz tikinti materialı da yaramır, çünki bina sağlam deyil ki, təmir də dözsün. Dua edirəm ki, yağış yağmasın, çünki yağanda evləri su basır. Mənzil Kommunal İstismar Sahəsindən Vahid müəllim, Yaqub müəllim deyirlər ki, “bizlik deyil”. Biz indi kimə deməliyik dərdimizi?”

Evi, demək olar ki, yaşamağa yararsız halda olan Aysel Bəxtiyarlı 3 uşaq anasıdır, hər gün bir qonşunun, qohumunun evində qalır, ara-sıra uşaqlarını anasının yanına göndərməli olur: “Biz də bu ölkənin vətəndaşlarıyıq, bu ailələr yazıq deyilmi? Bina dağılır, gərək ölək ki, əncam çəksinlər? Gəzin bütün binanı, hər yerə yamaq vurmuşuq, bu bina artıq dağılır. Biz sizdən böyük evlər istəmirik axı, heç olmasa, bir otaq verin, sağlam mənzil olsun. Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığından maşında yatır”.

Dənizçi Ruslan Ağayevin sözlərinə görə, yaşadıqları yataqxana binası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olsa da, hazırda 3 saylı Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) verilib: “Dəfələrlə aidiyyəti orqanlara müraciət etmişik, elə 20 gün qabaq da sakinlər adından Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Yenidən bizim müraciətimizi 3 saylı MKİS-ə göndəriblər. Oranın da rəsmi şəxsi olan Yaqub müəllim deyir ki, “bizlik heç nə yoxdur, haraya gedirsiz, gedin, orada yaşaya bilmirsinizsə də, heç yaşamayın”. Bax, belə vəziyyətdəyik”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev AYNA-nın sorğusuna cavab olaraq deyib ki, bina vaxtilə QSC-nin balansında olsa da, hazırda başqa qurumun tabeliyindədir: “İdarəmizin balansında olan bina Xətai rayonunda, Xəzər küçəsi 1 ünvanında yerləşir və bu bina dənizçilərin səfərlərarası yataqxanası sayılır. Sizin qeyd etdiyiniz binanın bizim idarəyə dəxli yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə AYNA-ya bildirib ki, köhnə, dağılmış binalara müvafiq icra hakimiyyətinin tərkibində olan fövqəladə hallar komissiyası baxır: “Həmin komissiya Nazirlər Kabinetinə məktub göndərir. Bizim nazirlik isə, sadəcə dəvət olunduğu halda lazımi araşdırma aparıb, rəy verə bilir. Tikintinin nəzarətini aparmadığımız üçün, bizim əlavə səlahiyyətimiz yoxdur. Qanuna uyğun olaraq, hansısa bina dağılmış və ya qəza vəziyyətində olsa belə, biz müdaxilə edə bilmərik”.

Xətai Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov AYNA-ya açıqlamasında, problemdən xəbərdar olduqlarını deyib: “Bəli, bizə həmin yaşayış binası ilə bağlı sakinlərin müraciəti daxil olub. Mənzil Kommunal İstismar Sahəsindən bildirirlər ki, həmin bina qəzalı vəziyyətdə deyil, oranın əsaslı təmirə ehtiyacı var. Fövqəladə Hallar Nazirliyinin rəyi də var. Dənizçilər yataxanası xüsusi təyinatlı MKİS-in balansındadır ki, o da BŞİH-in Mənzil Kommunal Departamentinin tərkibindəndir. Ona görə də həmin binanın və bina sakinlərinin taleyi barədə onlar daha yaxşı məlumat verə bilərlər. Biz öz növbəmizdə problemlə bağlı müraciətimzi etmişik”.

Cavabdeh qurum olan BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə dəfələrlə etdiyimiz zənglərə cavab vermədi.

Burada başqa bir dərd də var. Ömrü-günü dənizdə keçən insanların məskunlaşdığı bu yarıuçuq binada qaz da yoxdur. “Qışda elektrik enerjisinə ödədiyimiz pul büdcəmizi aşır. Bəzən də qohum-əqrəba evinə gedirik”, – deyirlər sakinlər...















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru