Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                     AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib .....                     Milli Ordumuzun şərəfli inkişaf yolu .....                     “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” .....                     Rusiya üçün çox pis xəbər: .....                     Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı .....                     Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər .....                     İrəvan iki ildir KTMT-yə pul ödəmir .....                     Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil .....                     Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                     Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? .....                     Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb .....                     Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR .....                     Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər .....                     "Böyük Qayıdış" Strategiyası və... .....                     İcra başçıları üçün yaş həddi .....                     TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM .....                     Ordumuz yeni modelə keçir, gücünü artırır .....                     Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... .....                     “Buraxılış imtahanı DİM-dən alınmalıdır” .....                     “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” .....                     Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... .....                     "Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı .....                     Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb .....                     İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir .....                     'Texniki nasazlıq' adı altında SOYĞUN .....                     Taliban Əfqanıstanı zülmətə bürüyür... .....                     Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... .....                     AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... .....                     "Siyasi müstəvidə də vəziyyət dəyişir..." .....                     “Azercell”in vətəndaşın cibinə girməkliyi... .....                     Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... .....                     Əli Həsənov hələ də TENDER UDUR .....                     Naxçıvanda işıq dirəyi YEYİNTİSİ .....                     Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... .....                     Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb .....                     Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” .....                 

“Düşünmürəm ki, kiminsə bəyanatına görə biz öz kursumuzdan dönək” - deputat
Tarix: 9-12-2020, 08:25 | Çap et
“Düşünmürəm ki, kiminsə bəyanatına görə biz öz kursumuzdan dönək”
44 günlük Vətən savaşından sonra Azərbaycanın xarici siyasətində bir sıra dəngələrin dəyişəcəyi istisna edilmir. Sentyabrın 27-dən noyabrın 10-a qədər baş verən və ondan sonra bu günə qədər keçən müddət ərzində Avropa Birliyinə (AB) daxil olan qurumların, eləcə də bəzi Avropa ölkələrinin (Fransa, Niderland) sərgilədikləri mövqelər bunu deməyə əsas verir. Onlar bir sözlə özlərini yaxşı aparmadılar, hətta Azərbaycan əleyhinə mövqe tutduqlarının da şahidi olduq. Demokratiya, insan haqlarından dəm vura-vura Gəncə, Bərdə və bir sıra ərazilərimizdə aşkar erməni terrorunu görməzdən gəldilər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev istər müharibə günlərində, istərsə də noyabrın 10-da üçtərəfli anlaşmadan sonra etdiyi çıxışlarda, açıqlamalarda bu məsələyə tez-tez münasibətini sərgiləyir, narazılığını gizlətmir. Bütün bunlar da haqlı olaraq bir sıra suallar yaratmaqla yanaşı, imzalanması illərdir yubanan Azərbaycan-Avropa İttifaqı arasındakı ikitərəfli əməkdaşlıq sazişini də gündəmə gətirib.

Azərbaycan Prezidentinin haqlı narazılığı, Avropaya verdiyi mesajlar yeni siyasi kurs deməkdir, yoxsa Azərbaycan AB ilə əməkdaşlığı dərinləşdirmək kursunu davam etdirəcək?

Deputat, politoloq Arzu Nağıyev münasibətlərdə dəyişikliklər olacağını düşünmür: “Avropaya inteqrasiya məsələsi hələ də gündəmdədir. Bu o demək deyil ki, ayrı-ayrı dövlətlər bizə münasibətlərində müxtəlif mövqe ilə yanaşırlarsa, biz Avropa Birliyindən imtina etməliyik. Məlum məsələdir ki, 44 günlük müharibədə bir sıra dövlətlər Azərbaycana qarşı öz fikirlərini Ermənistanın, qondarma rejimin xeyrinə bildirməyə çalışdılar. Amma ümumi götürdükdə, Avropa dövlətlərinin tam əksəriyyəti ərazi bütövlüyümüzü dəstəkləmələri ilə bağlı mövqe bildiriblər. Misal olaraq, İtaliya parlamentarilərini göstərə bilərik. Onlar cənab prezidentlə görüşlərində bir daha Azərbaycanı dəstəklədiklərini, siyasi və iqtisadi cəhətdən həmfikir olduqlarını bəyan etdilər. Bərdə, Gəncə və Ağdam şəhərlərini gördükdən sonra öz gözləri ilə gördüklərini birmənalı şəkildə bəyan edəcəklərini düşünürəm. Bundan başqa, prezidentin köməkçisinin iştirakı ilə xarici diplomatik korpusların nümayəndələrinin ərazimizdə olması, erməni vəhşiliyini görməsi də çox mühüm məsələdir. İndi iş qalır vicdan məsələsinə. Təbii ki, bunlar gördüklərini hər hansı bir şəkildə öz rəhbərliyinə, qurumlarına məruzə edəcəklər. Bundan artıq müvafiq nəticələr çıxarılmalıdır”.

Deputat təəssüfləndiyini də gizlətmədi: “Təbii ki, ATƏT-in Minsk Qrupunun bəzi həmsədr ölkələrinin mövqesiz qalmaları təəssüf doğuran məsələ oldu. Lakin onu unutmayaq ki, müxtəlif istiqamətlərdə bizim fikir ayrılıqlarımız olsa da, Azərbaycan BMT tərəfindən ərazi bütövlüyü tanınan ölkədir. Dövlətimizin də öz daxili və xarici siyasəti var. Bunu Azərbaycan prezidenti 44 günlük müharibədə KİV-lərə verdiyi açıqlamalarda dəfələrlə qeyd etdi. Biz regional dövlətlərlə münasibətlərimizi öz siyasətimizə uyğun şəkildə qururuq. İkili standartlar daim olub və olacaq da. Bəzi dövlətlərin işğal altında olan ərazilərimizlə bağlı iqtisadi maraqları da var idi. Onlar sərmayə qoymuşdular və o sərmayələr, demək olar ki, batdı. Bəllidir ki, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu olmur. Hər bir məsələ maraqdan doğur. Bizim də ümumi maraqlarımız üst-üstə düşən həm Avropa, həm regional, həm də dost dövlətlər var. Ona görə də düşünmürəm ki, kiminsə bəyanatına görə biz öz kursumuzdan dönək”.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva: “Azərbaycanın Avropa Birliyi ilə münasibətləri ATƏT-in Minsk Qrupu həmsədri Fransanın Ermənistanın təəssübkeşi çıxması üzərindən zədələnib. Çünki Minsk Qrupuna və həmsədrliyə Rusiya və ABŞ-dan sonra qoşulan Fransa təkcə öz ölkəsini deyil, həm də Avropa Birliyini təmsil edirdi. Həmsədrlik ABŞ, Rusiya və Avropa Birliyi kimi bölünüb. Ötən ilin sonunda hər nə qədər də danışıqların sürəti azalsa da, 2019-cu il ümumilikdə Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən strateji sazişlə bağlı prosesdə dinamik il kimi yadda qaldı. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulan yeni sazişin imzalanması üçün aparılan danışıqlar prosesi haqqında arayış versək, son iki ildə Azərbaycan Prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər və imzalanan ikitərəfli yeni sənədlər Azərbaycanın ittifaqla münasibətlərini daha da möhkəmləndirdi. 2019-cu ildə Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, baza sənədi paraflandı. Son iki il isə, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş getdi və strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırıldı. Bakıda Azərbaycan-Avropa İttifaqı arasında tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi gedən, enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat - lojistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik dialoqu baş tutdu.

Təhlükəsizlik dialoqunda bir neçə istiqamət-Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini və Avropa İttifaqı-Azərbaycan-Cənubi Qafqaz kontekstindən müzakirələr və bütün risklərin nəzərə alınması ilə ilkin razılaşmalar əldə olundu. Bu proses 2020-ci ilin may ayına kimi qismən davam etdi. Avropa Birliyi ilə gözlənilən saziş-müharibədən sonra dəyişən dəngələr haqqında cavab verməzdən öncə Avropa Birliyi üçün Qara dəniz və Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazın rolu ”Cənub-Şimal" və Qərb-Şərq enerji və nəqliyyat xətlərinin kəsişdiyi region olması, Azərbaycan isə bu regionda keçən nəqliyyat- kommunikasiya və Xəzərin enerji mənbələrinin diversifikasiyası imkanlarına görə böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Paralel olaraq qeyd edim ki, strateji Cənubi Qafqaz regionunun Avropa Birliyinin təhlükəsizliyindəki rolu və regionun açar ölkəsi kimi Azərbaycanın Avropa Birliyinin enerji və digər bir çox spektr üzrə təhlükəsizlik sahəsindəki rolu və strateji mövqedə birlik üçün həyati əhəmiyyətlidir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktı ilə Azərbaycanın və regionun konfliktə cəlb olunması təkcə Avropa Birliyinin deyil, qlobal təhlükəsizlik üçün qısamüddətli və uzunmüddətli hesabda böyük təhdidlər yaradıb. Vətən müharibəsi davam edən 44 gün ərzində Avropa Birliyi Azərbaycanın mövqeyini dəstəklədi, amma Fransanın səs-küylü açıqlamalarında bu səslər çox da eşidilmədi.

Fransanın iştirakı ilə Ermənistanın atdığı addımlar regionun təhlükəsizliyini təhdid etdi. Baxmayaraq ki, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində iştirakçı və təşəbbüskar ölkədir, Avropa Birliyi Fransanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ziddinə gedən bu fəaliyyətini qəti tənqid etmədi. 44 gün ərzində Ermənistanın Avropa Birliyinin qaz xətləri keçən Gəncə və Tovuz bölgəsini raket atəşinə tutması, mülki əhalinin yaşadığı ərazilərə raket atması, onları öldürməsi mövzusunda Avropa Birliyi dişsiz çıxışlarla yadda qaldı. Münasibətlərin bundan sonrakı inkişafı bu mövzuları da əhatə edəcək. Avropa Birliyi siyasi və hüquqi institutlarının bu mövzuların necə ədalətli yanaşılacağından çox şey asılı olacaq. Avropa İttifaqı Azərbaycanla sazişin imzalanmasında maraqlıdırsa, işğalçı kimi tanıdığı Ermənistanın təmsil olunduğu bütün beynəlxalq platformalarda cəzalandırılmasında iştirak etməlidir. Birliyin Ermənistanın işğalçı siyasətinin fəsadlarını aradan qaldırılmasında maliyyə iştirakı vacibdir və burda diqqətə almalı olduğu məqamlar bunlardır: Vətən müharibəsi davam edən 44 gün ərzində Avropa Birliyi Azərbaycanın mövqeyini dəstəklədi, amma Fransanın səs-küylü açıqlamalarında bu səslər çox da eşidilmədi. Fransanın iştirakı ilə Ermənistanın atdığı addımlar regionun təhlükəsizliyini təhdid etdi. Amma Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində iştirakçı və təşəbbüskar ölkədir. İran və Rusiyadan yan keçən qaz xətlərinin hər üçü Azərbaycan ərazisindən keçir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00
"Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49
'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58
"Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36
“Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15
Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04
Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56
Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36
Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru