Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                 

“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Tarix: 2-06-2020, 08:48 | Çap et
“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Hər ikisinin hakimiyyət dövrü uzun çəkməsə də, Azərbaycanın qaynar dövrünə təsadüf edir. Ə.Vəzirov SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların qarşısını almaqda aciz olub, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edib və Moskvaya gedib. Buna görə də Azərbaycanda onun haqqında cinayət işi qaldırılıb. Hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Ayaz Mütəllibov isə 1988-ci ildən Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra - 1990-cı ilin may ayının 18-də Azərbaycan SSRİ Ali Soveti tərəfindən Azərbaycan SSRİ prezidenti seçilib. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyur. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan ovaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da o, istefa verir. Lakin mayın 14-də vəzifəsinə qayıdır. Onun qayıdışı cəmi bir gün çəkir. Müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov mayın 15-də yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. 1992-ci ildən 2012-ci ilə qədər Mütəllibov Moskvada yaşamağa məcbur olur. 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.

Həm onun, həm də Ə.Vəzirovun SSRİ paytaxtına bağlılığı olsa da, zaman-zaman müqayisə edilirlər. Hansı daha demokratik, açıq fikirli idi, təkliflərə açıq idi? Müxalifətə münasibətdə hansı daha səmimi idi? Ən nəhayət, hansı daha çox azərbaycançı idi? Bu kimi suallar illər keçsə də səslənir.

Bu barədə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərinin Azərbaycan üçün, SSRİ üçün çox keşməkeşli dövr olduğunu xatırlatdı: “Azərbaycanda proseslərin normal məcrada getməsinə mane olan Dağlıq Qarabağdakı separatçı hərəkətlər həm də Azərbaycandakı siyasi proseslər üzərində öz izini qoydu. 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbər təyin olunanda Azərbaycan qaynar qazan kimi qaynayırdı. Vəzirov əslən Qarabağdan olsa da, bir müddət Azərbaycandan ayrı düşmüş, Moskva mühitində böyümüşdü və Azərbaycan gerçəkliklərini bütün çalarları ilə bilmirdi. O, imperiyapərəst, içərisində istiqlalçılıq, millətçilik, müstəqillik ideyaları olmayan bir adam idi. Eyni zamanda müsbət cəhətləri də olan adam idi. Onda demokratiyaya müəyyən meyl var idi, müasir inkişafın aparıcı meyllərini başa düşürdü. Məsələn, o, Azərbaycanda kompüterləşmə məsələsini irəli sürəndə çoxları ağzını büzürdü. Kəndlərdə hamam tikilməsi, zibil qutularının qoyulması kimi məsələləri qaldıranda da onu lağa qoyurdular. Əslində bu cür ideyalar yanlış deyildi. Vəzirovun Azərbaycanda sürət götürmüş milli-azadlıq hərəkatına, onun liderlərinə də münasibəti tolerant idi. O, həmin adamlarla danışıqlara gedirdi, onlarla dil tapmağa çalışırdı. Vəzirovun ən ciddi səhvlərindən biri Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı subyektiv fikirlər söyləməsi, Heydər Əliyevin gördüyü işlərə kölgə salmağa çalışması idi.

Ayaz Mütəllibova gəldikdə, Ayaz Mütəllibov bir çox parametrlərinə görə Vəzirovla müqayisə edilməyəcək həddə fərqli fiqur idi. Mütəllibov Vəzirovdan daha sərt idi, demokratiyaya, milli azadlıq hərəkatına, istiqlala münasibəti daha sərt idi. Ayaz Mütəllibovun Heydər Əliyevə də münasibəti daha sərt idi. Heydər Əliyevin Bakıya gəlişinə, Bakıda yaşamasına faktiki olaraq imkan vermək istəmirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyə, istiqlala qovuşmasını istəyirdi. Onun mövqeyi xalq hərəkatı ilə üst-üstə düşürdü. Mütəllibov isə istiqlal tərəfdarlarına qarşı amansız idi. Mütəllibov Moskva qarşısında Vəzirovdan daha hədsiz itaətkarlıq edirdi. O, Azərbaycan xalqı qarşısında prezident seçildiyi zaman üzərinə götürdüyü vəzifələrin bir çoxunu icra etməyi bacarmadı. Onun bir sıra davranışları Qarabağ məsələsində uğursuzluqlarımızın başlanğıcını qoymuşdu. Vəzirov hakimiyyətdə olanda Naxçıvana getmiş və onun istefası tələb olunan mitinqdə çıxış eləmişdi. Mütəllibovun isə Naxçıvanla bağlı münasibəti daha sərt idi. Mütəllibov Naxçıvana getmirdi, əksinə, Naxçıvanın blokadada olmasına seyrçi münasibət bəsləyirdi. Bir sözlə, Vəzirovla Mütəllibovu tərəzinin gözlərinə qoyduqda Vəzirov tərəfinin ağır basdığını deyə bilərik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru