Rusiya üçün çox pis xəbər: .....                     Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı .....                     Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər .....                     İrəvan iki ildir KTMT-yə pul ödəmir .....                     Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil .....                     Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                     Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? .....                     Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb .....                     Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR .....                     Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər .....                     "Böyük Qayıdış" Strategiyası və... .....                     İcra başçıları üçün yaş həddi .....                     TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM .....                     Ordumuz yeni modelə keçir, gücünü artırır .....                     Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... .....                     “Buraxılış imtahanı DİM-dən alınmalıdır” .....                     “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” .....                     Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... .....                     "Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı .....                     Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb .....                     İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir .....                     'Texniki nasazlıq' adı altında SOYĞUN .....                     Taliban Əfqanıstanı zülmətə bürüyür... .....                     Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... .....                     AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... .....                     "Siyasi müstəvidə də vəziyyət dəyişir..." .....                     “Azercell”in vətəndaşın cibinə girməkliyi... .....                     Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... .....                     Əli Həsənov hələ də TENDER UDUR .....                     Naxçıvanda işıq dirəyi YEYİNTİSİ .....                     Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... .....                     Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb .....                     Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” .....                     40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Bakıda kişi ondan pul istəyən sevgilisini döydü .....                     Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                 

“Burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur” - Partiya sədri
Tarix: 15-05-2020, 09:02 | Çap et
“Burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur”
Ötən həftə Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı üzə çıxanlar onu da təsdiq edir ki, digər nazirliklərdə də- hansılarda ki, böyük büdcə vəsaitləri ixtiyarlarına verilir- daha geniş oğurluqlar, “otkat”lar var.

Artıq mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir. DTX-nın yaydığı videogörüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir.

Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək “mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib”.

Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir. Nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib. Rafiq Bayramov rayonlarda müəyyən cari təmir işləri üçün ayrılan 1 milyon 500 min puldan təxminən 150 minini mənimsədiklərini gizlətmir.

Maraqlıdır ki, Mədəniyyət Nazirliyindəki antikorrupsiya əməliyyatının videosu ortada ikən nazir Əbülfəs Qarayev vəzifəsində qalmaqda israr edir. Müavini və idarə rəisinin ifadələrindən isə belə aydın olur ki, onun inadkarlığı yersizdir, baş verənlər onun “xeyir-duası” olmadan gerçəkləşə bilməzdi. Belə iddialar da var ki, Əbülfəs Qarayev hazırki durumda çıxış yolu axtarır, onun MDB ölkələrindən birinə səfir təyinatı üçün yollar axtarır. Digər bir məlumatda isə qeyd olunur ki, Əbülfəs Qarayevin inadkarlığı müavini və idarə rəisinin onun əleyhinə verdikləri ifadələrdə daha kəskin mövqeyə yol açıb. Özlərini müdafiə etmək üçün tutulan nazirliyin rəsmiləri onun əleyhinə olan olduqca ciddi faktları açıqlayıblar. Hər ötən gün istintaqda Əbülfəs Qarayevin əleyhinə daha çox material toplanır. Belə bir halda Əbülfəs Qarayevin “fəxri sürgün”ə, Afrika ölkələrindən birinə belə səfir göndərilməsi də sual altına düşə bilər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, İlham Əliyevin başlatdığı antikorrupsiya əməliyyatlarına cəmiyyət, müxalifət ciddi şəkildə dəstək verməlidir: “Bu gün Azərbaycanda korrupsioner olmayan məmur demək olar ki, yoxdur. Korrupsiya şəraitini yaradan nədir? İcra başçısı oğlunu korrupsiya ilə mübarizə idarəsinə yerləşdirir, o biri oğlunu təhlükəsizlik sahəsinə saldıra bilir, məhkəməyə hakim keçirir. Belə olmaz. Beləliklə korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmalı olan vəzifə sahibləri ilə yaxın əlaqələr yaranır, qohumluq əlaqələrinə qədər gedib çıxır. Dövlət nəzarəti gücləndirilməli, prezident inspeksiyası bərpa olunmalıdır. Korrupsiya cinayətləri ilə bağlı cəzalar gücləndirilməlidir. Vəzifəyə təyinat alanlar mütləq şəkildə, qeyd-şərtsiz mül-mülkləri haqda hesabat verməlidirlər. Doğru məlumat verməyənlər dərhal cəzalandırılmalı, gizlətdikləri əmlakları dövlət nəfinə müsadirə edilməlidir. Ilham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənməli, bu tədbirlərin genişlənməsi və dərinləşməsi üçün addımlar atılmaldır. Mədəniyyət Nazirliyində nazirin müavininini, vaxtilə köməkçisi olmuş Rafiq Bayramovun əməlləri üzə çıxıb. O, çox nəhəng miqdarda korrupsiyada ittiham olunur. Bu adamlar nəhəng korrupsiyaya qurşanıb Azərbaycan mədəniyyətinə ziyan vurublarsa, burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur. Sən nazirsən, sən həmin korrupsiyadan payını alıbsan. Bu boyda korrupsiya cinayəti ifşa olunub, nazirə isə cəza verilmir. Əvvəla, hər hansı bir nazirlikdə müavinlər, idarə rəisləri korrupsiyaya qurşanıbsa, demək, nazir bundan pay alıb. Sənədlərə Əbülfəs Qarayev imza atıb, şəxsən o pulların mənimsənilməsinə icazə verib, əvəzində pay alıb. Əgər pay almırsa, deməli, rəhbərlik edə bilmir, rəhbərlik etdiyi təşkilata nəzarət edə bilmir. Hər iki halda işdən çıxarılmalıdır. İcra başçılarının korrupsiya cinayətlərinə görə dövlət nəzarətini həyata keçirən orqanlar cavab verməlidir.

Bu cür əməliyyat digər nazirliklərdə, komitələrdə də keçirilməlidir. Milyardlarla yeyintilər var dövlət qurumlarında. Büdcədən oğurlanan pulların geri qaytarılması istiqamətində dövlət proqramı həyata keçirilməlidir. Bu gün məmurların oğurladığı pulların dövlət büdcəsinə qaytarılması, ölkədən qaçırdıqları, xaricdə saxladıqları pullar geri alınmalıdır. Tenderlərlə bağlı məsələlər çox cidd şəkildə yoxlanılmalı, ən sərt tədbirlər görülməlidir. Bu gün Azərbaycanda korrupsiyanın çiçəklənməsində parlamentin, parlamentdə az əvvələ qədər oturan deputatların fəaliyyəti araşdırılmaldır. Korrupsionerlərin əksəriyyəti, onların müdafiəçiləri uzun müddət parlamentdə oturublar. Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu? Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00
"Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49
'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58
"Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36
“Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15
Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04
Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56
Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36
Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Dünən, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Dünən, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Dünən, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Dünən, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Dünən, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Dünən, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru