"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                     AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib .....                     Milli Ordumuzun şərəfli inkişaf yolu .....                     “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” .....                     Rusiya üçün çox pis xəbər: .....                     Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı .....                     Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər .....                     İrəvan iki ildir KTMT-yə pul ödəmir .....                     Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil .....                     Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                     Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? .....                     Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb .....                     Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR .....                     Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər .....                     "Böyük Qayıdış" Strategiyası və... .....                     İcra başçıları üçün yaş həddi .....                     TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM .....                     Ordumuz yeni modelə keçir, gücünü artırır .....                     Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... .....                     “Buraxılış imtahanı DİM-dən alınmalıdır” .....                     “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” .....                     Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... .....                     "Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı .....                     Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb .....                     İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir .....                     'Texniki nasazlıq' adı altında SOYĞUN .....                     Taliban Əfqanıstanı zülmətə bürüyür... .....                     Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... .....                     AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... .....                     "Siyasi müstəvidə də vəziyyət dəyişir..." .....                     “Azercell”in vətəndaşın cibinə girməkliyi... .....                     Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... .....                     Əli Həsənov hələ də TENDER UDUR .....                 

“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat
Tarix: 13-05-2020, 10:03 | Çap et
“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir”
Əgər məmurların rüşvət piramidasını yox etmək əlahiddə missiyadırsa, bunun üçün idarəetmədə sistemli dəyişikliklər qaçılmazdır. Çünki korrupsiya bataqlığı o yerlərdə salınır ki, eyni vəzifəli şəxs illərlə bir kreslodan yapışaraq əl çəkmir.

Bu zaman rüşvət xərçəng kimi yayılır, məmur öz çevrəsini də bu çirkin işlərə yoluxdurur və bir şəbəkəyə çevrilir. Sonra topdağıtmaz hala gələn mənzərəni aradan qaldırmaq üçün radikal addımlar atmaq lazım olur. Çünki azğınlaşmış tamahkar məmurların talançılıq, mənimsəmə, rüşvətxorluq əməllərini zərərsizləşdirmək üçün həbsdən başqa yol qoymurlar.

Necə ki, 5 rayonun icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyat bunu sübut etdi. Lakin idarəetmədə rotasiya üsulundan istifadə edilərsə, korrupsiya piramidasını dağıtmaq mümkündür.

Həbs edilən icra başçılarının bioqrafiyasına nəzər yetirəndə görmək olar ki, bir rayona 12-15 il rəhbərlik ediblər. Eyni sözləri bəzi nazirliklərlə də bağlı söyləmək olar. Halbuki rotasiya qaydası ilə kadr siyasəti həyata keçirilsə, korrupsiyanın kök salmamasına səbəb olar. Elə Mədəniyyət Nazirliyindəki korrupsiya məhz Əbülfəs Qarayevin 26 ildir eyni postda qalmasının nəticəsidir. O baxımdan müstəqil müşahidəçilər, təhlilçilər ölkədə aparılan kadr dəyişiklikləri siyasətində rotasiya, yəni yerdəyişmə qaydalarından da istifadə olunmasını təklif edirlər.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının “Yeni Müsavat”a bildirdiyinə görə, prezident İlham Əliyevin kadr siyasəti yeniləmə üzərində köklənib. F.Ağamalı 2018-ci ildən ən yüksək səviyyəli postlara müsbət reputasiyası, keyfiyyətləri olan kadrların gətirilməyə başlandığını xatırlatdı.

Onun fikrincə, yeni təyin olunan həmin vəzifəli şəxslərin cəmiyyətdə imici pozitivdir, rüşvət və korrupsiyada yer almayıblar, idarəçilik təcrübəsi var və prezidentin görmək istədiyi müasir dünyagörüşünə, intellektə malikdirlər. “Bu mənada prezident İlham Əliyev kadr islahatları həyata keçirərkən olduqca düzgün və əsaslı taktikaya əl atdı. Ölkənin idarəçilik sistemində, Nazirlər Kabinetində, hökumətdə, o cümlədən növbədənkənar parlament seçkiləri keçirilməklə Milli Məclisdə yenilənmələr oldu. Bu proses gedir və yeni təyinat alan məmurlar islahatlara uyğun fəaliyyət göstərsələr, xalqa şərəflə xidmət etsələr, sizin qeyd etdiyiniz rotasiya qaydasından da istifadə oluna bilər”.

Deputat hesab edir ki, rotasiya qaydası ilə təyinatların olması müxtəlif ölkələrin, eləcə də Azərbaycanın təcrübəsində var: “Amma prezident İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir”. F.Ağamalı 5 icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyatın ardınca korrupsiyaya qarşı mübarizənin davam edəcəyini açıqladı. Deputat sosial şəbəkələrdə müxtəlif şəxslərin oxşar əməliyyatın öz rayonlarında da həyata keçirilməsini arzuladıqlarını yazmalarına münasibət bildirdi: “Gedən proseslərdə sui-istifadə halları ola bilər. Kiminsə kimdənsə xoşu gəlməyə, müxtəlif subyektiv yanaşmalar ola bilər. Eyni zamanda Prezident ictimai rəyi izləyir, qaldırılan məsələlər diqqətə çatdırılır, tədbir görülür. Ona görə də rüşvət və korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsidir və axıra qədər gedəcək. Bu prosesdə hansısa məmura güzəşt olmayacaq. Çünki korrupsiya adi cinayət deyil, dövlətin təhlükəsizliyini təhdid etdiyi üçün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar aparılır. Və deyərdim ki, bu əməliyyatlar kifayət qədər peşəkar və uğurla reallaşdırılır. DTX dövlətin təhlükəsizliyinə, Prezidentin hədəflərinə mane olan korrupsiyaya qarşı mübarizə aparır. Nə qədər ki, rüşvət var, bu mübarizə sistemli, ardıcıl aparılacaq”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə isə “Yeni Müsavat”a bildirdi ki, rotasiya üsulu dünyada tanınmış praktikadır. Onun fikrincə, Azərbaycan da kadr təyinatında rotasiya qaydasından istifadə etməlidir. Deputat hesab edir ki, peşəkar məmur yetişdirmək üçün onu bir neçə mərhələdən keçirmək lazım gəlir: “Ona görə də idarəetmədə bir neçə variantdan istifadə edə bilərik. Bir məmur onillərlə eyni postda oturanda baxırsan ki, sonra reallığı itirir. Bu mənada rotasiya qaydası effektli üsullardan biridir. Çünki diplomatik korpuslarda da yerdəyişmələrdən istifadə olunur”.

Xatırladaq ki, 2019-cu ilin 19 dekabrından əksər icra başçıları təşviş içindədirlər. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin gündən başlayaraq ötən 5 ay ərzində 5 icra başçısını qandallayıb, qalanları panikadadır. Belə ki, Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon rəhbərləri korrupsioner fəaliyyətinə görə iş kabinetində həbs ediliblər.

Eyni zamanda Mədəniyyət Nazirliyində vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub. Onlardan biri nazir müavini Rafiq Bayramovdur.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00
"Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49
'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58
"Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36
“Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15
Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04
Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56
Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36
Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru