Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                 

HACIBALA ABUTALIBOVA KORRUPSİYA TƏLƏSİ
Tarix: 10-02-2012, 13:12 | Çap et
HACIBALA ABUTALIBOVA KORRUPSİYA TƏLƏSİ

BAKI MERİNİN RƏQİBLƏRİNİN ŞOK PLANLARININ İLGİNC TƏFƏRRÜATI

DİA.AZ: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifədən gedəcəyi ilə bağlı hakimiyyət daxilində müzakirələr yenidən intensivləşib. Abutalıbovun vəzifədən ayrılması ilə bağlı siyasi qərarın verilməsi mayda Azərbaycan paytaxtında keçiriləcək В«EurovizionВ» musiqi yarışmasından sonrayadək ertələnsə də, bu mövzu yenidən və qəfil şəkildə gündəmə gəlməyə başlayıb. Məlumat redaksiyamıza etibarlı mənbədən daxil olub.

Mənbənin deməsinə görə, buna səbəb Bakının nüfuzlu beynəlxalq musiqi yarışması ərəfəsində hələ də öz xarici görünüşünü kifayət qədər dəyişməməsidir. Belə ki, müsabiqəyə cəmi üç ay qalsa da, Azərbaycan paytaxtının hətta mərkəzi küçələrində belə, kifayət qədər abadlaşdırma işləri aparılmayıb. Görülən işlərin keyfiyyəti isə ciddi şübhələrə yol açıb və Bakı merinin bu məqsədlə ayrılan dövlət vəsaitini təyinatı üzrə xərcləməsinə dair əsaslı tərəddüdlər yaranıb. Artıq Bakı merinin özünün də başı üzərində В«qara buludlarınВ» dolaşmağa başladığının fərqində olduğu və ciddi narahatlıq keçirdiyi gələn bilgilər arasındadır. Paytaxt başçısının hələ yeni ildən bir neçə gün əvvəldən başlayaraq çox qaşqabaqlı və aqressiv göründüyü deyilir.

Elə yeni ilin ilk günlərində Bakıda fəaliyyət göstərən əl yayımı ilə məşğul olan qəzet satanların işinə əngəlllər yaradılmağa başlaması da Abutalıbovun həmin qəzəbli və aqressiv davranışının simptomlarından biri sayıla bilər. Belə ki, Bakının müxtəlif istiqamətlərində, xüsusilə də paytaxtın mərkəzi küçələrində əlyayımı işçilərinə özlərini Bakı Şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim edən şəxslər hücum ediblər. Onlara sonuncu xəbərdarlıq etməklə bir daha küçədə qəzet satmamaq barədə tapşırıq veriblər.

Səyyar satıcıların verdiyi məlumata görə, bu, müstəqil qəzetlərin əlyayımı ilə reallaşan satışına ciddi şəkildə mənfi təsir göstərib.

Ehtimal edilir ki, Abutalıbovun səyyar qəzet satıcılarına qəfil hücumu onun В«vurulma ssenarisiВ»ndə medianın da yaxından iştirak etməsini düşündüyündən irəli gəlir. Paytaxt başçısı son yarım ayda yenidən ən sərt şəkildə qəzetlərin tənqid hədəfinə çevrilməsinin təsadüf olmadığının fərqinə varıb, onun В«qələmini qıranВ» siyasi dairələrə təpkisini nümayiş etdirmək gücü və cəsarətində olmadığı üçün acığını qəzetlərdən çıxmağa çalışıb.

Maraqlıdır ki, Abutalıbovun vəzifədən ayrılacağı haqda xəbərlərin ardınca Sumqayıtın icra başçısı Eldar Əzizovun Bakının yeni icra başçısı olacağına dair məlumatlar gəlməyə başlayıb. Xeyli vaxt əvvəldən ortaya atılan və bir müddət idi ki, gündəmdən çıxmış iddialar yenidən В«dirilməyəВ» başlayıb. Xatırladaq ki, hələ Gəncə şəhərinə rəhbərlik etdiyi dönəmlərdə Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin ediləcəyi haqda məlumatlar yayılsa da, bu gözləntilər sonradan özünü doğrultmadı. Gəncədən sonra Eldar Əzizov Sumqayıta В«transferВ» olunub. Lakin onun yenə də Hacıbala Abutalıbovun postunda gözünün qaldığı barədə siqnalların gəldiyini iddia edən qaynaqlar artıq hazırkı Bakı merinin bu vəzifədə son çağlarını yaşadığını vurğulayır və bildirirlər ki, bu barədə məlumatlı olan Eldar Əzizov da çoxdan arzuladığı təyinatın gerçəkləşməsi üçün fəallığını artırıb.

Onu da bildirək ki, Hacıbala Abutalıbovun gedişi konkret bir ssenari əsasında həyata keçirilir və artıq bu ssenarinin icrasını müşahidə etməkdəyik. Təsadüfi deyil ki, son günlər dövrü mətbuatda Bakı merinin əleyhinə işləyən kampramat xarakterli materialların dərci də intensivləşib.

Məsələn, bu günlərdə açıqlanan faktların birində deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti "Alpina-A" şirkəti ilə 4 müqavilə bağlayıb. Podrat müqavilələrinin qiyməti barədə məlumat verilmir. Xəbərə görə, Hacıbala Abutalıbovun rəhbərlik etdiyi paytaxt İcra Hakimiyyətinin mənzil-kommunal departamenti "Alpina-A" MMC ilə "Azadlıq" meydanında və Füzuli və Mirzağa Əliyev küçələri arasındakı ərazidə iki ikimərtəbəli yeraltı qaraj tikintisi üzrə müqavilə bağlayıb. Bundan başqa, bu şirkət şəhərdə yeni fəvvarələr tikəcək, parkları yenidən quracaq, yeni elektrik dirəkləri alıb quraşdıracaq.

Jurnalistlərin bütün axtarışlara rəğmən bu "möhtəşəm" şirkət barədə heç bir informasiya əldə etmək mümkün olmayıb. İnternetdə də "Alpina A" şirkəti barəsində məlumata rast gəlmədik. Ən qəribəsi odur ki, belə bahalı layihələri qazanacaq qədər "möhtəşəm" şirkətin veb səhifəsi də yoxdur.

Bu isə həmin şirkətin çoxdan varlığını və belə iri projelərin həyata keçirilməsində təcrübə qazandığını şübhə altına alır. İstisna edilmir ki, "Alpina A" sadəcə həmin 4 layihənin həyata keçirilməsi üçün qeydiyyata alınıb, həmin layihələri tender yolu ilə qazanmayıb və işin içində artıq oliqarxlar üçün xeyli adiləşmiş "tender korrupsiyası"nın detalları gizlənir.

Qeyd edək ki, 2011-ci ildə Dövlət Satınalmaları Agentliyinin dərc etdiyi reyestr müqavilələrinə əsasən, Bakı İH bu şirkətlə fəvvarələr tikintisi layihələri üzrə 20 mln-luq müqavilə bağlayıb. Həmin müqavilələrin özünün də şəffaflığı ciddi şübhə altındadır.

Qəribədir ki, təxminən bir il əvvəl hökumətdəkilər korrupsiya ilə mübarizə elan edəndən sonra dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq daha da pisləşib, dövlət sifarişləri ilə tenderlər haqqında qanundan yan keçmələrin sayı artıb.

Artıq belə "yan keçmələrdə" Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da öz yerinin və çəkisinin yarandığını söyləmək mümkündür.

Redaksiyamıza daxil olan son məlumatlarda isə bildirilir ki, əslində В«Alpina AВ» şirkəti Bakı merinin qohumlarının birinin adınadır. Həmin şirkətin fırıldaqlarının da arxasında elə Hacıbala Abutalıbovun özü dayanır. Bu barədə məlumatlı qaynağın söylədikləri:

В«Hacıbala Abutalıbovla bağlı bu fakt mətbuata təsadüfən ötürülməyib. Bu, bir siqnaldır. Daha ciddi məlumatların da qəzetlərdə dərci planlaşdırılır. Və sonda, plana görə, Hacıbala Abutalıbov barəsində elə bir şok məlumat yayılacaq ki, hətta hakimiyyətin ünlü simalarının belə işə cəlb olunması, eləcə də Bakı merinin məsələsinin parlamentdə müzakirəsi belə baş verə bilərВ».

Mənbəmiz bildirir ki, Hacıbala Abutalıbov rəqiblərinin qarşısında müdafiəsiz durumdadır: В«Əgər onun yerinə kadr da varsa, deməli, vəziyyət tamam fərqlidirВ». Onu da qeyd edək ki, Hacıbala Abutalıbovun yerinə namizədlər sırasında Müdafiə Sənayesi Nazirinin qardaşı, Şirvan şəhərinin icra başçısı Mərdan Camalov da var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru