ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                 

“YUXULARIMDAN ÇOX QORXURAM”
Tarix: 22-11-2011, 11:41 | Çap et
“YUXULARIMDAN ÇOX QORXURAM”

“BELƏ ROLLARIN DA ÖHDƏSİNDƏN GƏLƏ BİLƏRƏM”

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyevanın Milli. Az xəbər portalına müsahibəsi.

Yəqin elə təsəvvür yaranacaq ki, məktəbli dövründə poeziyaya böyük maraq göstərmiş, sonradan isə həyatını aktyorluq sənətinə bağlamış müsahibləri məxsusi seçirəm. Amma burada nə bir qəribəlik var, nə də məxsusilik - teatr aləminə aid olan insanların əksəriyyəti eyni zamanda ədəbiyyatla da əlaqəlidirlər. Bu da təbiidir. Axı məlumdur ki, dillə eksperiment sənəti olan danışıq teatrı öz tarixinə malik olmaqdan savayı həm də ədəbiyyat tarixinin bir bölməsidir.

Bu dəfəki müsahibimizin də birinci ehtirası məhz ədəbiyyat, poeziya olub.

- Hələ Yevlaxın Yuxarı Bucaq kəndindəki orta məktəbdə oxuyanda poeziya məni çox cəlb edirdi. Tez-tez evdə bacı-qardaşlarımla Səməd Vurğunun “Vaqif” dramındakı personajları öz aramızda bölüşdürüb oxuyurduq. Məktəbi bitirəndən sonra APİ-nin Azərbaycan dili və ədbiyyatı fakültəsinə imtahan verəndə tarixdən kəsildim. Elə bil ki, əvvəldən sinif yoldaşlarıma APİ-nin giriş qapısından girib arxa qapısından çıxacam deməyim gerçək oldu - doğrudan da institutun arxa qapısından çıxdım. Məyus olduğumdan əsas çıxışı tapa bilmədim, ona görə arxa qapıdan çıxdım. Amma bu uğursuzluq poeziyaya marağımı azaltmadı. Nəzm əsərləri ilə dolu dəftərimi indiyə qədər saxlamışam.

- Öz yazdıqlarınızdır, yoxsa sevdiyiniz poetik parçalar?

- Öz yazdıqlarım da var, mənsur şerlər yazıram, çoxlu sevdiyim poetik parçaları da köçürmüşəm.

- Növbəti il sənədlərinizi İncəsənət İnstitutuna verdiniz?

- Yox, növbəti il elə Yevlaxda mühasiblik üzrə orta ixtisas təhsili aldım. Artıq üçüncü il nənəmlə Bakıya gələndə nə olar, olar, deyib sənədlərimi İncəsənət İnstitutuna verdim.

- Görünür, valideynləriniz seçiminizə mane olmayıblar.

- Bəli, bu seçimə kəskin münasibət göstərmədilər. Atam dedi ki, get, amma nə vaxt istəsən qayıda bilərsən. Dedim, yox, gedib aktrisa olacam. Həm də qardaşım da aktyor olmaq istəyirdi. Amma nəsə iş elə gətirdi ki, alınmadı. Ona görə mənim incəsənət sahəsinə, özü də aktyorluğa getməyim təəccüb doğurmadı. Üçüncü kursda oxuyanda, 91-ci ildə Bakı Kamera Teatrı açıldı. Evdə dedim ki, o teatra aktrisa lazımdır. Beləliklə, truppaya daxil oldum.

Xoşbəxtəm ki, yaradıcılıq fəaliyyətimin ilk günlərindən Cənnət Səlimova kimi rejissorla, onun topladığı peşəkar truppa ilə çalışmaq imkanım olub və bu günə qədər də bu davam edir. Taleyimdən razıyam ki, kinoda ilk işim tanınmış rejissor Eldar Quliyevin filmində, özü də baş rollardan biri oldu. Həmin “Girov” filmini Hindistanda keçirilən festivalda təqdim etməyə də Eldar müəllim məni məsləhət görmüşdü. Çox maraqlı səfər idi - uşaqlıqdan hind filmlərindən tanıdığımız Hindistanda olmaq, aktyora əsl münasibəti görüb hiss etmək çox xoş idi.

- Kamera Teatrı az sayda olan spesifik teatrlarımızdan idi. Fərqliliyi elə təkcə adından bəlli olan Gənc Tamaşaçılar Teatrında özünüzü necə hiss edirsiniz?

- Əlbəttə, Kamera Teatrının özünəməxsusluğu elə zalının quruluşundan başlayırdı - tamaşaçının aktyorları digər aşağıdan yuxarı deyil, məhz yuxarıdan aşağı seyr etmək imkanına malik olması tamaşanın qavranmasına öz təsirini göstərirdi. Biz həmin tamaşaları indi burda da oynayırıq. Və həmin tamaşaçılar deyirlər ki, həmin effekti ala bilmədik. Ümumiyyətlə, belə teatrların yeri tamam ayrıdı. Mən tələbə olanda “YUĞ” teatrının bütün tamaşalarına gedib baxırdım. O tamaşalardan sonra insan həyata başqa cür baxmağa başlayır, elə bil qanadlanıb uçursan.

- Xaraktercə emosional, tez qərar qəbul edən insan təsiri bağışlayırsınız.

- Əksinə, bir qərara gələndən əvvəl çox düşünüb-daşınıram. Amma emosional olmağına emosionalam. O mənada ki, bir hadisə baş verəndə çox təsirlənirəm. Hərdən aktyor olmağıma peşman oluram. Çünki biz aktyorlar, məsələn, ekstrasenslər kimi ruhən çox açıq adamlarıq. Belə adamlara həyatda çox çətin olur, həssaslıqları üzündən əzab çəkirlər. Məsələn, mən yuxularımdan çox qorxuram. Dəfələrlə olub ki, yuxuda gördüyüm əhvalatla gerçək hadisə tam üst-üstə düşüb. Ya da misal üçün, biz “İtlər” tamaşasını oynayanda mən hər dəfə 20 Yanvar faciəsinin sarsıntısını yenidən yaşayıram. Ümumiyyətlə, hesab edirəm ki, aktyorla rolun, obrazın arasında bir yaxınlıq, paralellik olmalıdır. Personajın xüsusiyyətləri ilə aktyorun daxili aləmi üst-üstə düşməlidir.

- Bu, amplua çərçivəsinə aparıb-çıxarmaz ki?

- Yox, mən o mənada demirəm ki, aktyor ömrü boyu səhnədə, ya ekranda özünə bənzər insanların rolunu oynamalıdır. Məsələn, mən həmişə elə bilirdim ki, komik obraz mənlik deyil. Amma rəhmətlik İrina Perlova məndə bu bacarığı da gördü və məni inandırdı ki, belə rolların da öhdəsindən gələ bilərəm. Rejissordan çox şey asılıdır. Aktyorun istedadının heç özünün də xəbəri olmayan tərəfini o görməlidir.

- Bu cəhətdən teatrda bəxtiniz gətirib - repertuarınız bir-birinə heç oxşamayan rollardan ibarətdir.

- Elədir, teatrda bəxtim gətirib. Elə kino karyeramdan da şikayət edə bilmərəm. Amma çəkildiyim dörd filmin üçündə, “Girov”da da, “Qırxıncı qapı”da da, “Ölüm növbəsi”ndə də ana obrazlarını canlandırmışam. İstərdim ki, bundan sonrakı kino rollarım tamam fərqli olsun. Məsələn, çox istərdim ki, çılğın, güclü bir qadın obrazında çəkilim. Ümumiyyətlə, artıq kamera üçün çox darıxmışam.

- Görünür, çəkiliş meydançasında özünüzü rahat hiss edirsiniz.

- Bəli. Kamera qarşısında heç bir diskomfort his etmirəm. Amma çəkildiyim filmlərə baxa bilmirəm.

- Peşəsi səhnə fəaliyyəti ilə bağlı olan qadınlar ailə həyatlarının alınmamasını sənətləri ilə əlaqələndirirlər. Siz həm aktrisasınız, həm də poetik əhvallara qapılmağı xoşlayan insansınız. Yəqin ki, bu məsələyə aid fərqli qənaətləriniz var.

- Mən özüm gec ailə qurdum. Yoldaşım Eşqin Quliyev Kamera Teatrında da bizimlə işləyirdi, amma orada o, radist idi. İndi isə artıq aktyor kimi bir neçə rolda çıxış edib. Düşünmürəm ki, bu nikahın bir qədər gec baş tutması mənim sənətimlə bağlıdır. Deməli, qismət beləymiş. Mən Müasir Təhsil Kompleksində dərs də deyirəm. Orada hər cəhətdən tərifə layiq elə müəllimələr var ki, onlar da ailə həyatını gec qurublar. Onlar ki aktrisa deyillər. Dediyim kimi hər şey qismətə bağlıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru