İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

Teatr səhnəsində özünün yox, dodağının izi qalan aktyor - Saffari yazır…
Tarix: 10-06-2026, 10:56 | Çap et

Məsələn, bu gün çox rahatlıqla istənilən pafoslu adama “sən nə yaman İlqar Cahangir adamsan” demək olar. Əslində, İlqar Cahangirin teatrda əyilib yeri öpməyini çıxsaq, onu məhz teatral aktyor kimi müsbət qiymətləndirmək olar. Ancaq əyilib marça-murç döşəməni öpməyin heç bir adı yoxdur. Görünür, İlqar Cahangir bu cür etməklə özünü daha çox sənətkar hesab edir, guya sənətə qarşı şiddətli sevgisini göstərir, ancaq qətiyyən belə şey lazım deyil. Buna nə ehtiyac var, nə də bunun sənətə bir dəxli.

Əgər döşəmə öpməklə sənətkar olunsaydı, Nurəddin Mehdixanlının dodaqlarını oradan aralamaq olmazdı. Nurəddin Mehdixanlı demiş, heç o öpmür, gör nəsə dəyişir? Yox, Allah var, eyniləşdirmirəm, Nurəddin Mehdixanlının pafosu İlqar Cahangirin pafosu döyər. İlqar Cahangir öz aləmində döşəməni öpməklə demək istəyir ki, ay camaat, ən teatr adam mənəm, teatrla nəfəs alıram, səhnənin tozunu ən çox mən uduram, hamınız Nurəddin Mehdixanlısınız, gəbərin, mən başqayam.

Halbuki həqiqət çox sadədir. Döşəmə mikrobdu, milyonlarla bakteriya var. İnsan gərək öz sağlamlığına da, səhnəyə də zərbə vurmasın. O, bu cür etməklə, həm də teatr aktoyru kimi müsbət obrazına zərbə vurur.

Özü də, müsahibələrinin birində jurnalistin döşəməni niyə öpməyi ilə bağlı suala da belə cavab verib ki, “artıq 20 ildir o jesti edirəm, amma birinci dəfədir bu sualı verirlər. Bilirdim ki, bir vaxt kimsə bu sualı verəcək”.

Vay vay vay. Lap ürəyim ağrıdı. Demə, İlqar müəllim bir sual üçün iyirmi ildir döşəmə öpürmüş. Dəhşətdir, vallah. 20 il əyil yeri öp, nədir-nədir sual verəcəklər və sən deyəcəksən ki, “2000-ci ildə İranda festivalda idim. Festivalın təqdimatı idi. Orda gördüm ki, aktyor çıxanda səhnəni öpdü, getdi. Dedim, bunu mən niyə etməyim? Ondan sonra gəldik bura. Əlimi səhnəyə qoydum və öpdüm. Bilmirəm. Necəki çörəyi öpüb gözümüzün üstünə qoyuruq, onu müqəddəs, pak bilirik. İşığa and içirik. Bu da mənim üçün bir and yeridir, çörək, duz kimi bir şeydir. Həqiqətən də bu artıq mənim çörəyimdir. Öpüb gözümün üstünə qoymalıyam”. Elə bu? Buydumu, bumuydu istədiyiniz?

Nə deyim, akademik Rafiq Əliyevin inandığı Allah özü kömək olsun.

İlqar Cahangir uzun illər teatrda fəaliyyət göstərsə də, onu tanıdan daha çox bayağı seriallar oldu. Bu, həm öz günahıdır, həm də yox. Ədalət naminə onun teatr aktoyru olaraq pis aktyor olmadığını da qeyd etmək lazımdır. Etdim. İlqar Cahangir teatrda pis aktyor deyil. Mənim ədalətim də bura qədərdir.

İlqar Cahangirin mətbuata verdiyi bir neçə müsahibəni oxumuşam. Ümumiyyətlə, İlqar Cahangir özünə müsahibə verməyi qadağan etməlidir. Birinci səbəb odur ki, aktyor kimi maraqlı heç nə demir. Əksinə, çoxlu pis cavablar verir.

Məsələn, bir dəfə müsahibələrinin birində “Aktyorluğun çətinliyini aktyor olaraq necə izah edərsiniz?” sualına belə cavab verib:

“Aktyorsansa, olmaq istəyirsənsə, olacaqsansa, bu, sənin üçün çətinlik deyil. Əgər bu yolu seçmisənsə, dözəcəksən, nə olur olsun”.

İndi bu nə deməkdi? Bu nə cavabdı? Nə başa düşək? Bu sualın cavabı bu deyil, danışılası çox çətinlik var, söhbət istedaddan getmir. Təəssüf ki, İlqar Cahangir bu sadə həqiqətə başa düşməkdə çətinlik çəkir.

İlqar Cahangir ona görə danışa bilmir ki, bir çox həmkarı kimi kitab oxumur, mütaliəsizdir. Dünya görüşü marça-murç öpdüyü səhnənin altındadır.

O da var ki, bu gün İlqar Cahangir təcrübə, yaş etibarı ilə ustad olmalı məqamdadır. Ancaq az qala, onu perspektivli, ümidverici gənc aktyor kimi təqdim etsinlər. Çünki İlqar Cahangir öz üzərində işləmək əvəzinə, master olmaq yerinə ortabablığı seçib.

O da hər aktyor kimi bütün problemi rejissorda və tamaşaçıda görür. Doğrudur, onlarda da günah var, amma özündə heç bir günah görməyib, hamısını başqasının üstünə atmaq da bir iş deyil.

İlqar Cahangir hər nə qədər özünü sənəti yaşayan adam kimi göstərsə də, belə deyil.

Sənəti yaşayan adam səhnəyə çıxanda bunu rolunda göstərir. Sənətkar obrazını yaşayan adam isə səhnəyə çıxmamışdan əvvəl göstərir. Biri tamaşaçıya tamaşa təqdim edir. O biri tamaşaçıya özünü təqdim edir.

İlqar Cahangirin müsahibəsini, danışığını elə belə qeyd etmədim. Bu, tək onun yox, ümumən əksər aktyorlarımızın problemidir. Məsələn, istedadı ilə seçilən aktyor və aktyorlar var ki, kitab oxumamağı ilə fəxr də edirlər. Heç bir utanc hissi keçirmədən bunu dilə gətirirlər. Ona görə də bu cür adamlar ağızlarını açanda nə danışdıqlarını bilmirsən.

Aktyorlarımız müsahibə verəndə onlara verilən sualla onların verdiyi cavab arasında heç bir qohumluq əlaqəsi olmur.

Məsələn, jurnalist soruşur:

-Saat neçədir?

Cavab gəlir:

-Əgər zamanın qədrini bilirsənsə, saatın əhəmiyyəti yoxdur.

Görünür, bizim bu sənət adamları özlərini sorğu-suala çəkmək əvəzinə artıq çoxdan özlərinə bəraət qazandırıblar.

Onlar öz məhkəmələrinin həm hakimi, həm prokuroru, həm vəkili, həm də şahididirlər.

Nəticədə hökm həmişə eyni çıxır: təqsirkar tamaşaçıdır,rejissordur, zamandır və s. Hamı günahkardır. Bir nəfərdən başqa. Məhz həmin adamdan başqa.

Halbuki inkişafın başladığı yer insanın özünü günahsız elan etdiyi yer yox, özünü sorğu-suala çəkdiyi yerdir.

İlqar Cahangirə baxanda adamda belə təəssürat yaranır ki, o, aktyor olmaqdan çox, aktyorluğun abidəsi olmaq istəyir.

Abidələrin isə bir problemi var. Onlar böyümürlər. Daş necə qoyulubsa, elə də qalır. Sənət isə daş deyil. Sənət hər gün yenidən doğulmalıdır. Yoxsa bir gün adam ayılıb görür ki, rol oynamaq əvəzinə artıq öz pafosunun epizodik personajına çevrilib. Və həmin gün səhnənin döşəməsini nə qədər öpsən də, səhnə sənə təşəkkür etmir. Çünki teatrın ən böyük ehtiyacı dodaq izi deyil.

Orxan Saffari

Gununsesi.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Dünən, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Dünən, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Dünən, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Dünən, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru