Bakcell danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə istifadə üçün əlavə internet bonusları təqdim edən “GO” tariflərini abunəçilərinə təklif edir.
"DİA-AZ" xəbər verir ki, 0.99 AZN-dən başlayan “GO” tariflərindən birinə qoşulan istifadəçilər WhatsApp, Facebook, Instagram, TikTok və YouTube platformalarında istifadə üçün əlavə internet bonusları əldə edirlər. Məsələn, “GO 11.99” tarifi çərçivəsində istifadəçilərə 5 GB internet, 300 ölkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və WhatsApp-da limitsiz yazışmaq imkanı təqdim olunur.
Qeyd edək ki, mövcud tariflərdən “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO” tarifləri haqqında ətraflı linkə keçid edərək əldə etmək mümkündür.











