Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                 

Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Tarix: 19-05-2026, 10:47 | Çap et

Tanınmış televiziya aparıcısı Humay Muxtarova “TikTok” sosial şəbəkəsində onun barəsində xoşagəlməz ifadələr yazmaqda iddia etdiyi şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, aparıcı bu barədə Gəncə Şəhər Məhkəməsinə müraciət edib.

Xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması zamanı sosial şəbəkələrdə səsləndirildiyi iddia olunan ifadələr, paylaşılmış videogörüntülər və tərəflər arasında yaranmış mübahisələr hüquqi müstəvidə qiymətləndirilib.

İş materiallarına əsasən, xüsusi ittihamçı Humay Muxtarova tərəfindən məhkəməyə müraciət edilərək Ayşən adlı qadının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan), 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona sanksiya çərçivəsində yuxarı həddə cəzanın təyin edilməsi xahiş olunub.

Məlumata görə, ilkin olaraq şikayət üzrə materiallar aidiyyət məsələsinin həlli məqsədilə araşdırılıb. Abşeron Rayon Məhkəməsinin müvafiq qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Xüsusi ittihamçı şikayətində bildirib ki, Ayşən tərəfindən sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında aparılan canlı yayımlar zamanı onun və 23 yaşlı qızının ünvanına davamlı şəkildə təhqir, böhtan və etik normalara zidd ifadələr səsləndirilib.

Şikayətdə qeyd olunub ki, xüsusi ittihamçı uzun illər televiziya sahəsində fəaliyyət göstərib, müxtəlif dövlət mükafatlarına layiq görülüb və ictimai fəaliyyəti ilə tanınır.

Bildirilib ki, 2025-ci ilin mart ayında İ.İ (adı, soyadı şərtidir) ilə tanış olub, aprel ayında isə onun təxminən 5 ay əvvəl ayrıldığı Ayşən adlı qadın ona “TikTok” platforması vasitəsilə mesaj yazıb. Aralarında sakit şəkildə yazışma olduğu və sonradan mübahisə yarandığını söyləyib.

İddialara əsasən, qarşı tərəf sosial media platformalarında yarım milyondan artıq izləyicisi olan canlı yayımlar vasitəsilə xüsusi ittihamçı Humay Muxtarovanın şərəf və ləyaqətini alçaldan, onun ictimai nüfuzuna xələl gətirən ifadələr işlədib. Həmçinin xüsusi ittihamçının qızı barədə həqiqətə uyğun olmayan, ağır xarakterli ittihamların səsləndirildiyi, onun guya insan alveri və qadın satışı ilə məşğul olduğuna dair cinayət xarakterli əməllərlə əlaqələndirilməsi barədə əsassız fikirlərin bildirildiyi qeyd edilib.

Şikayət materiallarında xüsusi ittihamçı tərəfindən məhkəməyə çoxsaylı videogörüntülər təqdim olunub. Həmin videolarda qarşı tərəfin müxtəlif vaxtlarda etdiyi canlı yayımlardan parçaların yer aldığı, burada xüsusi ittihamçının ünvanına təhqiredici ifadələr, böhtan xarakterli ittihamlar, hədə-qorxu və psixoloji təzyiq elementləri daşıyan fikirlərin səsləndirildiyi iddia olunub.

Humay Muxtarova deyib ki, yayımlarda onun guya insan alveri ilə məşğul olması, dələduzluq etməsi, qızını qeyri-qanuni fəaliyyətlərə cəlb etməsi kimi fikirlər səsləndirilib. Onun sözlərinə görə, bu iddialar tamamilə əsassız olmaqla yanaşı, həm şəxsi nüfuzuna, həm də blogger və model kimi fəaliyyət göstərən qızının ictimai imicinə ciddi zərər vurub.

Şikayətdə həmçinin qeyd olunub ki, davamlı xarakter alan bu paylaşımlar və çıxışlar nəticəsində xüsusi ittihamçının psixoloji vəziyyətində problemlər yaranıb, fəaliyyətinə, o cümlədən mərasim aparıcısı kimi peşə fəaliyyətinə mənfi təsirlər göstərib.

Məhkəmə iclasında Humay Muxtarovanın nümayəndəsi şikayəti tam müdafiə edərək bildirib ki, videogörüntülərdə səsləndirilən fikirlərdə şəxsin insan alveri kimi ağır cinayətlərlə əlaqələndirilməsi halları mövcuddur və bu, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan böhtan tərkibi yarada bilər.

Nümayəndə vurğulayıb ki, təqdim edilmiş videogörüntülərdəki ifadələr ümumilikdə təhlil edildikdə böhtan və təhqir elementləri müşahidə olunur və bu səbəbdən şikayətin icraata qəbul edilməsini xahiş edib.

Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Ayşən isə məhkəmədə verdiyi ifadəsində ittihamlarla razılaşmayıb. O bildirib ki, məhkəməyə təqdim edilmiş videogörüntülər əsasən Gəncə şəhərindəki yaşayış yerində çəkilib və həmin videolarda səsləndirdiyi “Humay” adlı şəxsin xüsusi ittihamçı olması barədə iddialar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, xüsusi ittihamçını şəxsən tanımayıb, onunla görüşü və ya telefon əlaqəsi olmayıb. Bu səbəbdən o, şikayətin icraata qəbul edilməməsini istəyib.

Müdafiə tərəfi də çıxışında qeyd edib ki, videolarda səsləndirilən ifadələrin birbaşa xüsusi ittihamçıya aid edilməsi mümkün deyil. Həmçinin müdafiəçi söyləyib ki, həmin ifadələrin hüquqi baxımdan təhqir hesab olunub-olunmaması yalnız məhkəmə linqvistik ekspertizasının rəyi ilə müəyyən edilə bilər.

Məhkəmə tərəflərin izahatlarını, təqdim olunmuş videogörüntüləri və şikayət materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlib ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin mövcud vəziyyətdə məhkəmə icraatına qəbul edilməsi üçün prosessual əsaslar yaranmayıb.

Nəticədə məhkəmə qərara alıb ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru