Məlumata görə, artıq bir neçə müddətdir ki, suvarma sistemləri işləmir, suvarma motorları fəaliyyətsiz olduğundan su arxları cadar-cadar olub. Kənd təsərrüfatı, əkinçilik, bağçılıq və maldarlıqla məşğul olan şəxslar çarəsiz qalıblar.
Suvarma üçün vacib olan su olmadığından əkin sahələri susuzluqdan əziyyəti çəkir, bu da məhsuldarlığa ciddi ziyan vurur. Kəndlinin yeganə gəlir mənbəyi əkinçilik və kənd təsərrüfatı olduğu üçün ailə büdcəsinə böyük zərbə dəyir. Yerli qurumlar və suvarma idarəsi isə bu məsələyə biganə yanaşır.









