"Embawood"un vergi borcu .....                     Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş .....                     "Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? .....                     Hacıbaba Babayev bu tikintiyə icazə verib? .....                     İrəvandan Zəngəzur “həmləsi” .....                     “Tren de Aragua” lideri öldürüldü .....                     Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq .....                     Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir .....                     " Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." .....                     Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb .....                     Kürdəmirdə kəndlilər SUSUZ QALIB .....                     Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır .....                     Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib .....                     Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi .....                     Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU .....                     Daha bir Qazimizin əlilliyi ləğv olundu .....                     Putinin hesablamaları iflasa uğrayıb .....                     ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub .....                     Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama .....                     Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək? .....                     Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur .....                     "Kəndsiz" şəhərlilərə çağırış və ya yeni milli ideya haqqında bir neçə söz .....                     "Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?" .....                     Pulumuz boldur, bəs iqtisadiyyat niyə tənəzzül edir? .....                     Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR .....                     Tovuz İcra Hakimiyyəti 139 min manat xərcləyəcək .....                     Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu .....                     Tramp Tren de Araqua dəstəsinin liderinin zərərsizləşdirilməsi barədə göstəriş verib .....                     İrəvan Kremllə dil tapmağa çalışır .....                     İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir .....                     Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı .....                     Türkiyə-Ermənistan sərhədləri yayda açılır? .....                     Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: .....                     “Sədərək”də biznesmen bıçaqlandı .....                     Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib .....                     Qəbələdə dağıntılar var? .....                     Azərbaycan Beynəlxalq Bankının filiallarında xidmət dayanıb: vətəndaşlar saatlarla növbədə qalır .....                     İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir .....                     Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq .....                     Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə təyin edildi .....                 

Pulumuz boldur, bəs iqtisadiyyat niyə tənəzzül edir? - Nazirin açıqlaması və keçmiş nazirin şərhi
Tarix: Bu gün, 06:33 | Çap et

"Azərbaycan iqtisadiyyatı son illərin ən mürəkkəb dövrünə daxil olub. Dövlət Statistika Komitəsinin (DSK) 2026-cı ilin yanvar–may ayları üzrə açıqladığı göstəricilər bunu açıq şəkildə göstərir.
DSK bildirir ki, həmin dövrdə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) və onun sektorlar üzrə göstəriciləri, həmçinin 2025-ci ilin müvafiq dövrünə nisbətən real artım templəri aşağıdakı kimi olub:
(ÜDM): 2026-cı ilin ilk 5 ayında ÜDM-in həcmi 51 783,8 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalaraq 0,0% real artım dinamikası nümayiş etdirib.
Neft-qaz ÜDM-i: Hesabat dövründə neft-qaz sektoru üzrə ÜDM 16 125,4 milyon manat olub. Bu sahədə ötən ilin müvafiq dövrünə nisbətən -1,0% azalma (mənfi tendensiya) qeydə alınıb.
Qeyri-neft-qaz ÜDM-i: İqtisadiyyatın qeyri-neft-qaz sektoru üzrə istehsal olunan ÜDM-in həcmi 35 658,4 milyon manat təşkil edib. Bu bölmədə ötən ilin yanvar-may ayları ilə müqayisədə +0,4% real artım baş verib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibəsində bildirib ki, artım templərinin gözləntilərdən nisbətən aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtlarının dəyişdirilməsi ilə bağlıdır. “İcra edilməli olan bir sıra dövlət investisiyalarından qaynaqlanan tikinti fəaliyyəti növbəti mərhələdə həyata keçiriləcək”, - o qeyd edib.
Nazir daha sonra bildirib:
“Ona görə də ilin dörd ayında gördüyümüz dinamika ondan ibarətdir ki, bir sektorda kəskin azalma müşahidə edirik, bu, tikinti sektorudur. Yenə də vurğulamaq istəyirəm ki, bu azalma daha çox özəl tikinti ilə deyil, dövlət tikintisi ilə bağlıdır. Yəni başqa sözlə, biz bu prosesi anlayırıq, bunun səbəblərini bilirik və bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik. Yenə də bu, maliyyə-iqtisadi blokda fəaliyyət göstərən aidiyyəti qurumlarla birgə fəaliyyətimizin əsasını təşkil edir”.
M.Cabbarov digər bütün qeyri-neft-qaz sektorunda artım müşahidə olunduğunu bildirib. O, etiraf edib ki, neft-qaz sektorunda isə ilk dörd ayda azalma qeydə alınıb. “Ümumiyyətlə, vurğulamaq istəyirəm ki, qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib. Bunu biz 2025-ci ildə də gördük.
Daha uzun dövrü götürsək, 2021–2025-ci illərdə orta illik artım 6 faiz, 2022–2025-ci illərdə isə 5,7 faiz təşkil etdi. Biz bunu nə ilə müqayisə edirik? İki elementlə: birincisi, dünyadakı iqtisadi artım templəri ilə - bu, 2,9 faiz təşkil edib; ikincisi isə inkişaf etməkdə olan ölkələrlə müqayisədə - bu göstərici isə 3,8 faiz olub. Yuxarı ortagəlirli ölkələrdə isə həmin dövrdə bu rəqəm 3,9 faiz təşkil edib. Yəni biz bunu özümüzün 5-5,7 faizlik artım göstəricilərimizlə müqayisə etdikdə, bu mənada deyə bilərik ki, qeyri-neft-qaz sektorunda ümumi orta artım templəri qənaətbəxşdir və bizi qane edir”.
M.Cabbarov daha sonra qeyri-neft-qaz sənayesində builki artım templərinə diqqət çəkib: “İlk dörd ayda informasiya və rabitə sahəsində təxminən 9 faizə yaxın artım müşahidə olunub. Qeyri-neft-qaz sənayesində 7,8 faiz, nəqliyyatda 4,5 faiz, ticarətdə isə 3,7 faiz artım qeydə alınıb - yəni bu, kifayət qədər sağlam artım templəridir. İlin sonuna qədər məlum səbəblərin aradan qaldırılmasına fokuslanacağıq ki, xüsusilə həm dövlət, həm də özəl tikinti sektorunda fəaliyyətin canlanması təmin olunsun”.
Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov isə bildirir ki, problem təkcə iqtisadi artımın zəifləməsi deyil, problem ondadır ki, ölkədə iqtisadi inkişafın əsas mənbələri tükənmək üzrədir və iqtisadiyyat getdikcə daha çox staqnasiya əlamətləri göstərir:
“Rəsmi statistikaya görə, 2026-cı ilin ilk beş ayında ümumi daxili məhsulun (ÜDM) real artımı faktiki olaraq sıfıra bərabər olub. Sənaye istehsalı cəmi 0,2 faiz artıb, əsas kapitala investisiyalar 2,1 faiz azalıb, qeyri-neft sektoruna yönələn investisiyalar isə 14,7 faiz geriləyib. Eyni zamanda inflyasiya 5,6 faiz səviyyəsində qalır. Bu rəqəmlər iqtisadiyyatın çox təhlükəli bir vəziyyətə yaxınlaşdığını göstərir: artım yoxdur, investisiyalar azalır, qiymətlər isə yüksəlməkdə davam edir”.
Professor müqayisə üçün qonşu ölkələrdə iqtisadi artım templərinə diqqət çəkib: “Həmin dövrdə Ermənistanda ÜDM 7,1 faiz artıb, sənaye istehsalı 12 faiz yüksəlib, tikinti sektorunda isə təxminən 25 faiz artım qeydə alınıb. Gürcüstanda da iqtisadi artım təxminən 7,3 faiz təşkil edib. Beləliklə, Azərbaycan regionun ən zəif inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib”.
S.Məmmədov bu vəziyyətin ilk və əsas səbəbi kimi iqtisadiyyatda pul qıtlığını göstərir:
“Son illərdə ölkənin maliyyə siyasəti daha çox pulun iqtisadiyyatdan çəkilməsi istiqamətində qurulub. Dövlət büdcəsində profisit sürətlə artır və artıq 3 milyard manata yaxınlaşır. Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları sürətlə artırılır. Xarici borclar, o cümlədən xarici dövlət borcu sürətlə azaldılır. Bütün bunlar ayrı-ayrılıqda müsbət görünə bilər. Hökumət də bunu bir yaxşı göstərici kimi reklam edir. Lakin bu, iqtisadi aktivliyi kəskin azaldır və iqtisadi artımı sıfıra endirir. Luksemburq, inkişaf etmiş kiçicik ölkə, 4 trilyon dollar xarici borc cəlb edib, bunu da mənfi hal kimi qiymətləndirmir. Sinqapur 2 trilyon, İsveçrə - 1.5 trilyon. Bizim ÜDM-dən çox valyuta ehtiyatlarımız isə ölkəyə 3%-lik artım proqnozunu yerinə yetirməyə kömək edə bilmir. Azərbaycan hökuməti ən azı valyuta rezervləri qədər ölkəyə xarici borc cəlb edə bilsə, illik artım minimum 20%-dən başlayardı. Dünya maliyyə bazarlarının şərtləri imkan verir ki, bu prosesi bir ilə edə bilsin. Əmin edirəm, hökumətin reytinqi İsveçrə, Luksemburq, Sinqapur səviyyəsinə qalxardı. Hazırda isə reytinq indeksi sıfırın altındadır, yəni hələ müsbətə adlaya bilməyib”.
Professor vurğulayıb ki, iqtisadiyyat üçün ən vacib məsələ ehtiyatların böyüklüyü deyil, pulun daxili dövriyyəsidir. Pul dövriyyədən çıxarıldıqda investisiyalar azalır, biznes aktivliyi zəifləyir və iqtisadi artım dayanır.
Keçmiş nazir ikinci mühüm səbəb kimi dövlət sektorunun həddindən artıq genişlənməsini göstərir. “Pulun əsas prinsiplərindən biri: biznesin-vətəndaşın əlinə keçən pul dövlətdə qalan puldan 3-4 dəfə qiymətli və səmərəlidir. Biznes əlinə keçən hər manatdan 3-4 manat effekt yaradırsa, dövlət – məmur bir manat da yarada bilmir. Bu, iqtisadiyyatın qlobal qanunauyğunluğudur”, - qeyd edib.
Professor xatırladır ki, müasir iqtisadiyyatlarda artımın əsas mənbəyi özəl sektor, innovasiya, sahibkarlıq və investisiyalardır. Azərbaycanda isə iqtisadi fəaliyyət getdikcə daha çox dövlət layihələrindən asılı vəziyyətə düşür. Nəticədə özəl sektor zəifləyir, rəqabət azalır və yeni investisiyalar üçün stimul yaranmır. Özəl sektorun inkişafı üçün isə hökümət vergilərlə əl yeri qoymur.
S.Məmmədov üçüncü səbəb olaraq qeyri-neft sektoruna investisiyaların çökməsini qeyd edir:
“Qeyri-neft sektoruna investisiyaların 14,7 faiz azalması sadəcə cari ilin göstəricisi deyil. Bu, əslində 2027–2030-cu illərin iqtisadi artım potensialının azalması deməkdir. Çünki bugünkü investisiya sabahın istehsal gücünü formalaşdırır”.
Keçmiş nazirin sözlərinə görə, daha bir təhlükəli məqam əsas kapitala investisiyaların vəziyyətidir:
“Son illərdə Azərbaycanın əsas kapitala investisiyalarının ÜDM-də payı tarixdə ən aşağı səviyyələrdən birinə düşüb. Bu göstərici artıq bəzi yoxsul və inkişaf etməkdə olan ölkələrin – Əfqanıstan, Nigeriya, Anqola və Zambiya kimi dövlətlərin göstəricilərindən də aşağı səviyyəyə yaxınlaşır. Halbuki iqtisadi inkişafın əsas mənbəyi məhz əsas kapitala investisiyalardır: yeni işçi yerləri, zavodlar, avadanlıqlar, yollar, logistika mərkəzləri, rəqəmsal infrastruktur, yeni texnologiyalar və insan kapitalı. Çox maraqlıdır: 2.9% illik artım proqnozunu hazırlayan məmurlar nəyin hesabına alınacağını düşündülərmi? Görünür, proqnozlar 50 il bundan əvvəlin qayda və şərtləri ilə aparılmışdır. Bu sahələrə investisiya qoyulmur və ya azalırsa, gələcəkdə yüksək iqtisadi artım gözləmək mümkün deyil”.
S.Məmmədov bildirir ki, digər maraqlı göstərici idxalın 32 faiz azalmasıdır:
“Bəzi hallarda idxalın azalması müsbət qiymətləndirilə bilər. Lakin belə kəskin azalma çox vaxt iqtisadi fəallığın zəifləməsinin göstəricisidir. Çünki istehsal avadanlıqları, texnologiyalar və investisiya mallarının böyük hissəsi idxal olunur. İdxalın çökməsi investisiya proseslərinin zəifləməsi ilə üst-üstə düşür. Bütün bunların nəticəsində Azərbaycan paradoksal vəziyyətə düşüb. Ölkənin maliyyə ehtiyatları rekord səviyyədədir. Xarici borc aşağıdır. Dövlət büdcəsi profisitlə icra olunur. Lakin iqtisadi artım yoxdur”.
Professor vurğulayır ki, əslində çıxış yolu da məhz burada gizlənir:
“Azərbaycanın problemi resurs çatışmazlığı deyil. Problem mövcud resursların iqtisadi artıma yönəldilməməsidir. Bu gün ölkənin əlində olan maliyyə imkanları ilə vəziyyəti hətta bir rüb ərzində dəyişmək mümkündür.
Bunun üçün ilk növbədə büdcə profisitinin hamısı, üstəgəl proqnozlaşdırılan böyük həcmdə büdcə kəsiri iqtisadi dövriyyəyə qaytarılmalıdır və ictimai işlərə yönəldilməlidir. Məsələn, 1929-31-ci illərdə ABŞ-dakı kimi ictimai işlərə. Bu, iqtisadi aktivliyi ciddi surətdə artıracaq. Gecikmədən dərin vergi islahatları aparılmalıdır, bugünkü vergi siyasəti iqtisadi aktivliyə yer qoymur və bu, getdikcə vergi məbləğlərini azaldacaq. Belə vergi siyasəti iqtisadiyyatı, aktivliyi və büdcəni çökdürür.
İkincisi, qeyri-neft sektorunda geniş investisiya proqramları həyata keçirilməlidir. Emal sənayesi, kənd təsərrüfatı, logistika, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat prioritet sahələrə çevrilməlidir.
Üçüncüsü, pul siyasəti iqtisadi artımı dəstəkləməlidir. Kredit resurslarının əlçatanlığı artırılmalı, biznesin maliyyələşməsi genişləndirilməlidir.
Dördüncü istiqamət əsas kapitala investisiyaların kəskin artırılmasıdır. İnvestisiyalar artmasa, gələcəkdə iqtisadi artımın bərpası mümkün olmayacaq. 70-ci illərdə Heydər Əliyev investisiyaların payını 50% -ə qaldırmışdı, ona görə illik artım 8-10%-dən aşağı düşmürdü.
Nəhayət, özəl sektorun inkişafı dövlət siyasətinin mərkəzinə çevrilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin hamısında uzunmüddətli artımın əsas mənbəyi məhz özəl təşəbbüs, innovasiya və sahibkarlıq olmuşdur”.
Saleh Məmmədov sonda vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı bu gün resurs çatışmazlığından deyil, inkişaf modelinin məhdudiyyətlərindən əziyyət çəkir. “Mövcud maliyyə imkanları investisiya və iqtisadi aktivliyə yönəldilərsə, ölkə qısa müddətdə yenidən yüksək artım trayektoriyasına qayıda bilər. Əks halda, iqtisadi artımın zəifləməsi və region ölkələrindən geri qalma tendensiyası davam edəcək”, - o bildirir.
Keçmiş nazir fikirlərini sualla yekunlaşdırır: “Bu gün əsas sual budur: rekord maliyyə ehtiyatlarına malik olan Azərbaycan bu resursları gələcək inkişaf üçün istifadə edəcəkmi, yoxsa iqtisadiyyatın durğunlaşmasını müşahidə etməyə davam edəcəyik?”"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Embawood"un vergi borcu 1.6 milyonu ötdü
Bu gün, 09:29
Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş - Şok faktlar
Bu gün, 09:27
"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
Bu gün, 09:11
Hacıbaba Babayev bu tikintiyə icazə verib? - VİDEO
Bu gün, 09:03
İrəvandan Zəngəzur “həmləsi” - Nə BAŞ verir?
Bu gün, 08:59
“Tren de Aragua” lideri öldürüldü - Tramp
Bu gün, 08:57
Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 08:05
Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT
Bu gün, 08:04
" Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." - deputat
Bu gün, 08:02
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb - DETALLAR
Bu gün, 08:00
Kürdəmirdə kəndlilər SUSUZ QALIB - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:59
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır - AÇIQLAMA
Bu gün, 07:54
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib - ANIM
Bu gün, 07:45
Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi - Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı
Bu gün, 07:39
Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU - BU DA SON!
Bu gün, 07:29
Daha bir Qazimizin əlilliyi ləğv olundu - "Etməyin belə!"
Bu gün, 07:21
Putinin hesablamaları iflasa uğrayıb - Mur
Bu gün, 07:05
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub - Reuters
Bu gün, 07:00
Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama -Mirələm Cəlalovu nə gözləyir?
Bu gün, 06:58
Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur - Görünəni odur ki...
Bu gün, 06:42
"Kəndsiz" şəhərlilərə çağırış və ya yeni milli ideya haqqında bir neçə söz - Bahəddin Həzi yazır...
Bu gün, 06:40
"Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?" - QALMAQAL
Bu gün, 06:37
Pulumuz boldur, bəs iqtisadiyyat niyə tənəzzül edir? - Nazirin açıqlaması və keçmiş nazirin şərhi
Bu gün, 06:33
Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
Bu gün, 06:29
Tovuz İcra Hakimiyyəti 139 min manat xərcləyəcək – Siyahıda "smart" qol saatlar da var
Bu gün, 06:22
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 06:20
Tramp Tren de Araqua dəstəsinin liderinin zərərsizləşdirilməsi barədə göstəriş verib
Bu gün, 06:18
İrəvan Kremllə dil tapmağa çalışır - GƏLİŞMƏ
Bu gün, 06:16
İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir - Müdafiə naziri
Bu gün, 06:13
Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı - SİYAHI
Dünən, 17:50
Türkiyə-Ermənistan sərhədləri yayda açılır?
Dünən, 17:35
Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: - "Məni şantaj etdi"
Dünən, 17:29
“Sədərək”də biznesmen bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 17:26
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR
Dünən, 17:22
Qəbələdə dağıntılar var? - İcra başçısı: “Tapşırıqlar vermişəm”
Dünən, 17:17
Azərbaycan Beynəlxalq Bankının filiallarında xidmət dayanıb: vətəndaşlar saatlarla növbədə qalır - NƏ BAŞ VERİR?
Dünən, 17:13
İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir - CNN
Dünən, 17:08
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq - İTTİHAM VAR...
Dünən, 16:54
Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə təyin edildi - BUNDAN SONRA
Dünən, 16:49
İrəvanın Kremlə qarşı “siyasi şou”sunun pərdəarxası: - Putin Paşinyanın oturduğu “iki stul”dan birini niyə “sındırır”
Dünən, 16:28
Həsən Əblucun həyat yoldaşı komadan ayılıb - Qızından açıqlama
Dünən, 16:26
Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər... - AÇIQLAMA
Dünən, 16:02
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı – Rayonlar üzrə siyahı
Dünən, 16:00
Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır? - İDDİA
Dünən, 15:56
Rusiyalı oliqarx hədələdi – “Paşinyanı devirəcəyik”
Dünən, 15:48
“Azərsun Holdinq”də yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:31
Vüsal Aslanovun müşaviri AZCON-un layihə rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:29
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
Dünən, 15:27
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır - AÇIQLAMA
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru