
Qəbələ İcra Hakimiyyəti (İH) rayonda qeydə alınan güclü zəlzələyə dair məlumat yayıb.
"DİA-AZ" manset.az-a istinadla xəbər verir ki, İH başçısı Səbuhi Abdullayev zəlzələnin hiss edilən olduğunu qeyd edib:
"Rayonumuzda hər hansısa dağıntı faktı və ya tələfat qeydə alınmayıb. Ərazidə həyat öz axarında davam edir. Ancaq təkanlar güclü oldu. Rayon İcra Hakimiyyətinin bütün nümayəndəliklərinə gücləndirilmiş iş rejimində çalışmaları barədə tapşırıq vermişəm".










