Tovuz Rayon İcra Hakimiyyəti rayon ərazisində il ərzində keçiriləcək dövlət bayramları, peşə günləri, eləcə də anım və hüzn tədbirlərinin təşkili məqsədilə elan etdiyi tenderə yekun vurub.
32gun.az xəbər verir ki, İcra hakimiyyəti sözügedən tədbirlərin təşkili və müvafiq malların tədarükü üçün "INTERNATIONAL MICE COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin ümumi maliyyə dəyəri 138 min 900 manat təşkil edir. Satınalma çərçivəsində müxtəlif ölçülü dövlət bayraqları, təşəkkürnamələr və dekorasiya ləvazimatları ilə yanaşı, 100 ədəd "smart" qol saatı, 1000 ədəd plasmas döş nişanı və plastik uşaq oyuncaqlarının da alınması nəzərdə tutulub.
Qeyd edək ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədovdur.









