"Etməyin. Vallah billah etməyin..." "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu müraciətin müəllifi "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyevdir.
QHT rəhbəri müraciətində daha sonra bildirir:
"Qazi dostumuz Xəqani Muradovun əlilliyi ləğv edilib. Halbuki ölənə qədər adam əlildir. Ayağının sinir sistemi iflic olub. Yoxsa düşünürsüz ki, bundan belə Allah onun sıradan çıxmış ayağının sinir sistemini bərpa edəcək? Həkim rəyləri təsdiq edir ki, mümkün deyil.
Əlilliyinin ləğvi ilə adamı pulsuz keçdiyi reablitasiyalardan da uzaq salırsız. Adam dövləti üçün döyüşüb, cənablar... Etməyin belə!"









