Keçən günlərdə məlum oldu ki, Siyəzən rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib. Eyni zamanda Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzova da "Stop" qoyulduğu iddia olundu.
"DİA-AZ" bildirir ki, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bu məsələ ilə bağlı nədənsə qarşı tərəf ancaq susmağa üstünlük verdi. Doğrudur, Siyəzən RİH susdu... trolları isə YOX...
"Novruz Novruzov peyğəmbər kimi adamdır", "Novruz müəllimdən yer üzünə bir daha gəlməyəcək", "Novruz Novruzovun qədrini bilməliyik" kimi sözlərlə ortadakı faktları ört-basdır etməyə çalışan trollarla yanaşı, həqiqəti yazanlar da yetərincə oldu. Məsələn, Məlikov Elvin adlı istifadəçi özünün sosial şəbəkə hesabında belə yazır: "Novruz Novruzov qəbuluna düşmək istəyənlərə rəsmən zülüm yaşadır. İnsanları nadir hallarda qəbul edir, kobud danışır, heç bir məsələni də həll eləmir. Hələ bu günə kimi də Siyəzənin xeyirinə heç bir iş görməyib. Xoşbəxtlik nəsib olub, bir neçə dəfə mən də qəbulda olmuşam, heç bir müraciətimə baxmayıb . Təsadüf hallarda qəbul edir vətəndaşları..."
Məsələ diqqətimizdədir...









