"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi müxtəlif növ müasir tibbi avadanlıqların satın alınması məqsədilə ehtimal olunan qiyməti 89 min 992 AZN təşkil edən yeni tender elan edib.
32gun.az yazır ki, Satınalma şərtlərinə əsasən, tibb müəssisəsi üçün 4 datçikli stasionar ultrasəs müayinə (USM) aparatı, fizioterapiya və reabilitasiya sahəsində istifadə ediləcək xüsusi kombayn və maqnit terapiya cihazları, həmçinin onurğa dartma və dekompressiya terapiyası üçün traksiya avadanlığı tədarük olunacaq. Layihə çərçivəsində xəstəxananın texniki bazasını gücləndirmək üçün elektrikli xəstə çarpayıları, cərrahi sorucular, divar tipli hava resirkulyatorları, eləcə də oftalmoloji müayinələr üçün biomikroskop və avtorefkeratometr cihazlarının da alınması nəzərdə tutulur.









