Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətinin Azərbaycandakı törəmə şirkəti “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoruna müavin təyin edilib.
Banker.az xəbər verir ki, bu, Süleyman Babayevdir.
O buna qədər “ACWA Power”da müqavilələr və dövlət qurumları ilə əlaqələr üzrə menecer kimi çalışırdı.
Xatırladaq ki, “ACWA Power Azerbaijan Renewable Energy” MMC 2019-cu ilin dekabrında təsis edilib və 100 manat nizamnamə kapitalı var. “ACWA Power” Azərbaycanda əsasən “Xızı-Abşeron” külək elektrik stansiyası layihəsini həyata keçirir. Layihə Xızı və Abşeron rayonlarında yerləşən 240 mVt gücündə külək parkıdır və ölkənin ilk böyük özəl külək enerjisi layihələrindən sayılır.
Layihə tam istifadəyə veriləndən sonra illik təxminən 907 gVt-s həcmində “yaşıl enerji” istehsal edəcək. Bu isə 300 mindən çox ev təsərrüfatının elektrik tələbatını qarşılamağa imkan verəcək.











