Molla dəllək yanında işə başlayır. Birinci müştərinin saçını qırxmağa başlayanda müştəri səs-küy salır ki: "Molla saxla, başımı nə günə qoydun?".
Molla dilxor şəkildə müştərinin başına tüpürüb işini saxlayır.
Müştəri qışqırır ki: "A kişi, başıma niyə tüpürürsən?".
Molla halını pozmadan deyir: "Səninlə bir əlaqəsi yoxdur. Gördüyüm işin içinə tüpürürəm".
Keşlə yenə suyun altında qaldı. Ötən dəfə də buralar suyun altında qalmışdı. ADSEA-nın rəhbəri hörmətli Zaur Mikayılov ərazidə yerləşən su kollektorunun başının üstündə bir-iki şəkil çəkdirib, bir-iki binanı da sökdürəndən sonra açıqlama yaydılar ki, kollektor əsaslı təmir olundu. Keşlə sakinləri nə qədər fəryad etsələr də ki, belə iş görülməz, yağış yağsa yenə Keşləni su basacaq, bicarələrin səslərini eşidən olmadı. Bircə məlum olmadı ki, hörmətli Zaur müəllim gedəndə , Molla kimi gördüyü işin içinə tüpürüb , getdimi??..
Bu gün fəlakətin miqyası daha böyük şəkildə ortaya çıxdı. Vətəndaş sahibsiz və əlacs qalıb . Bilmir ki, dərdini kimə desin.
Və bu dəqiqələrdə Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir.
Amma maraqlıdır, nə və ya nədən danışırlar?
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"









