"İranın bu cümə gününə qədər vaxtı var, hansısa bir anlaşma olmasa, çox güman, cümədən şənbəyə keçən gecə müharibə yenidən alovlanacaq və münaqişəyə Körfəz ölkələri də birbaşa daxil olacaqlar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İranda müharibənin bitməsini istəməyən, yenicə güc, nüfuz və təsir mexanizmləri qazanan, bu gücün də maddi üstünlük gətirdiyini aydın hiss edən zümrə formalaşıb. Onlar gərginlikdən bəslənirlər, çünki münaqişə bitsə, daim etiraz potensialı diri, orta ağıl səviyyəsi yüksək İran xalqının müxtəlif çətin suallarına cavab verməli, batan iqtisadiyyatla bağlı problemləri həll etməli olacaqlar – bunu yaxşı anlayırlar.
Amma, daimi gərginlik olmur, bunu anlayırlarsa da, qəbul etmək istəmirlər - çünki, münaqişədən çıxış strategiyaları yoxdur..."











