Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                 

Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Tarix: Bu gün, 16:26 | Çap et

Milli Məclisdə zaman-zaman xeyli yazıçı və şairlər təmsil olunub. Səmimi danışsaq, əvvəllər təmsil olunan yazıçı-şairlər siyasətdən əlavə həqiqətən də pis-yaxşı ədəbiyyatlarına görə seçilirdilər. Yəni onların adları gələndə təkcə siyasət, mandat yox, həm də ən azı bir neçə əsər adları da yada düşürdü.

Məsələn, Musa Yaqub, Sabir Rüstəmxanlı, Aqil Abbas, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov və s.

Ancaq müstəqillikdən sonra ədəbiyyat adına təmsil olunan, lakin ədəbiyyatdan başqa hər şeylə məşğul olan adamlar da var.

Söhbət Musadan, Allah Musa Yaquba rəhmət eləsin, Musa Uruddan gedir.

Musa Urud nəinki oxucuların, hətta yazıçı-şairlərin də gözündə qələm adamı deyil. Çünki onun əlində həmişə qələm əvəzinə mikrofon olub. Əslində, Musa Urud siyasət adamı da deyil, ancaq ən azından mandatı, kreslosu var. Lakin qələmdən və mətndən məhrumdur. Onun ədəbiyyatı üçün kağız-kuğuz çatır, ancaq istedad çatışmır.

Bir çox vəzifələrə qələmsiz daxil olan Musa Urud, əlbəttə, heç kimdən geri qalmayaraq Yazıçılar Birliyinin idarə heyətində yer, üzr istəyirəm, kreslo alır. Ancaq Allah var, ən lazımsız, heç gedib oturmadığı yeganə kreslo Yazıçılar Birliyidir.

Obrazlı desək, bəzi adamlar ədəbiyyata söz gətirir, bəziləri nəfəs, bəziləri ağrı. Musa Urud isə vəzifə gətirib.

Belə baxanda, onun vikipediyası həm zəngindir, həm də cansıxıcı.

Təsəvvür edin, eyni zamanda Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Bundan başqa, Azərbaycan-Çexiya, Litva, Özbəkistan, Pakistan, Rumıniya, Estoniya, Serbiya, Şimali Makedoniya, Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da üzvüdür.

Mura Urud bu qədər iş ilə yanaşı, Allah qoymasa, yaradıcılıqla da məşğul olur. Di gəl, hələ dişədəyəsi bir yaratdığı nəsə də yoxdur.

Məsələn, hansı oxucunun Musa Urud deyəndə ağlına şeir, ümumən ədəbiyyat gəlir? Gör bir nə qədər istedadsız qələm sahibidir ki, onu heç siyasət də düzəməlli tanıda bilməyib.

Musa Urudun 15-20 kitabı da var. Kitabların içindəkilərdən danışmaq olmur, olmaz da. Ancaq gəlin, heç olmasa, adlarına nəzər salaq.

Məsələn, biri belədir:

“Nuh gəmisinə götür bizi”.

Niyə, ay müəllim? Sizin Nuhun gəmisi ilə nə işiniz var? Özünüzə orada da yer ayırtmaq istəyirsiniz? İmkan verin, heç olmasa, dünya dağılanda bir yerimiz olsun da.

Deputatımızın başqa bir kitabı da var. Məncə, ən maraqlısı budur. Adını deyirəm, ancaq xahiş edirəm, gülməyək.

“Üzü haqqa gedirəm”.

Yavaş, ay müəllim. Siz Allah, qayıdın geri, nə işiniz var haqla? Haqq sizə nə edib ki, hələ bir üzünüzü tutub ona sarı gedirsiniz? Xahiş edirəm, haqqa qarşı bu qədər haqsızlıq etməyin.

Ya da bilirsiniz nə var? Gülün getsin e.

Hahahahahahahaha. Öldüm, ay Allah. İlahi, sən özün məni it elə. Mırrr hav havv.

Hələ biri də var, “Payız küləyi”.

Daha heç nə demirəm. Qoy ürəyim partlasın, ölüm.

Göründüyü kimi, Musa Urud Azərbaycanın ilk canlı CV-sidir. Yerinə CV.

Hara baxırsan, işçi qrupu, komissiya, nümayəndə heyəti, səfər, tədbir, forum. Yəni bioqrafiyasında fəaliyyət çoxdur, ədəbiyyatda isə istedadsızlıq. Onu ədəbiyyatda bir nümunə hesab etmək olar: İstedadsızlıq nümunəsi.

Bəlkə də, o elə bilib ki, nəsə bir iz qoya biləcək. Ancaq Musa Urud bilmir ki, ədəbiyyatda iz qoymaq başqa şeydir, kabinetdə iz salmaq başqa.

Görünür, Musa müəllim ikincini seçib. Birincidə isə vəziyyət belədir: kitablar var, amma oxucu ilə arasında elə bir məsafə var ki, ora ancaq parlamentlərarası dostluq qrupu ilə getmək olar.

Aydın məsələdir ki, Musa Urud ədəbiyyat hadisəsi deyil. Heç siyasət, lap elə təbiət hadisəsi də deyil.

Musa Urud ədəbiyyatda olsa-olsa bir az da toyda mikrofon əlinə keçən dayı kimidir.

Səhnəyə çıxır, danışır, hamı nəzakətindən dolayı qulaq asır, amma heç kim sonradan nə dediyini xatırlamır.

Musa müəllim, ədəbiyyat bir az qəddardır. Yəni məsələn, orada mandat işləmir. Parlamentdə əl qaldırmaq olar, amma poeziyada yalnız misra qalxmalıdır.

Ancaq Musa Urudun misraları yox, daha çox vəzifələri yüksəlib.

Orxan Saffari
Gununsesi.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Bu gün, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Bu gün, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Bu gün, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Bu gün, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Bu gün, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru