Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                 

WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Tarix: Bu gün, 15:53 | Çap et

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisidir.
WUF13-ə beynəlxalq ictimaiyyətin maraq son dərəcə böyükdür və bunu qeydiyyatdan keçmiş iştirakçıların sayının rekord həddə olması sübut edir. Möhtərəm Prezident İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində çıxışında da bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, artıq 182 ölkədən 45 mindən çox iştirakçı forumda qeydiyyatdan keçib. Bu statistika təkcə forumun beynəlxalq miqyasını deyil, eyni zamanda Azərbaycanın qlobal platforma kimi artan nüfuzunu və beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadını nümayiş etdirir. Bu qədər geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi Bakının artıq dünyanın mühüm siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləyir.
WUF13 təxminən il yarım əvvəl Bakının ev sahibliyi etdiyi COP29-dan sonra Azərbaycanda keçirilən növbəti ən mühüm qlobal platformadır. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq diplomatiya, qlobal inkişaf gündəliyi və strateji müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir. Əgər COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı tədbirin açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanı ilk dəfə ziyarət edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq və ölkədə şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər. Bu baxımdan da WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır.
Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinə, orada insanların məşğulluğu məsələsinə xüsusi toxunub. Möhtərəm Prezident bildirdi ki, bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Bu, illərlə həsrətində olduqları yurda qovuşan insanların taleyi, dövlətin öz vətəndaşına verdiyi sözə sədaqəti və Böyük Qayıdış proqramının real nəticəsidir. Ermənistan tərəfindən otuz ilə yaxın müddətdə viran qoyulmuş, yerlə-yeksan edilmiş, tarixi və dini abidələri vandalizmə məruz qalmış torpaqlarımızda bu gün həyat yenidən doğulur. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda tamamilə yeni inkişaf və yaşayış modeli formalaşdırır. Müasir şəhərsalma prinsipləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələri bu bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. İnsanların məşğulluğunun təmin olunması da hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Çünki dayanıqlı qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. İnsanlar öz doğma yurdlarında işləməli, istehsal yaratmalı, iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmalıdırlar. Bu məqsədlə yaradılan sənaye zonaları, aqrar parklar, logistika mərkəzləri və yeni iqtisadi layihələr Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə regionun mühüm iqtisadi məkanlarından birinə çevriləcəyini göstərir.
Prezident İlham Əliyevin WUF13 açılış mərasimindəki çıxışında xüsusi diqqət çəkən mühüm məqamlardan biri də mina təhlükəsi ilə bağlı idi. Dövlətimizin başçısı vurğuladı ki, mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir.
Təəssüf ki, Ermənistan tərəfindən basdırılmış minalar bu gün də can almaqda davam edir. Minalar insanların həyatı üçün ciddi təhlükə olaraq qalır, və postmünaqişə dövrünün ən ağır humanitar problemlərindən biridir. Buna baxmayaraq, Azərbaycan dövləti böyük siyasi iradə və yüksək təşkilatlanma ilə həm minatəmizləmə prosesini, həm də genişmiqyaslı quruculuq işlərini eyni vaxtda uğurla davam etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi sadəcə şəhərlərin yenidən tikilməsi deyil, tarixi ədalətin bərpası, milli ləyaqətin təntənəsi, dövlətin və insanların öz torpağına sahib çıxmasının parlaq nümunəsidir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi bu mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dağıntılar üzərində nifrət deyil, inkişaf qurur, viranə qalmış torpaqlarda intiqam deyil, həyat yaradır. Məhz buna görə də bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız Azərbaycanın deyil, bütün regionun gələcək inkişaf, sülh və dirçəliş simvoluna çevrilməkdədir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru