Bakcell-in əsas tərəfdaşlığı ilə 27 iyun tarixində keçirilən UFC turniri Bakını qlobal MMA-nın diqqət mərkəzinə çevirib.
"DİA-AZ" xəbər verir ki, turnirin əsas döyüşündə Rafael Fiziyev Manuel Torres üzərində inamlı qələbə qazanaraq azarkeşlərə möhtəşəm performans nümayiş etdirib. Gecənin diqqətçəkən qarşılaşmalarından birində isə Fərman Həsənov UFC-də debüt görüşünü Erik Nolan üzərində qələbə ilə başa vuraraq azarkeşlərini sevindirib.
Bakcell əsas tərəfdaş qismində UFC-nin Azərbaycanda keçirilməsinə dəstək göstərməklə ölkədə beynəlxalq idman tədbirlərinin inkişafına və Azərbaycanın qlobal idman xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verməyə davam edir.
Qeyd edək ki, şirkət artıq ikinci ildir qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Dünyada milyonlarla azarkeşi bir araya gətirən UFC ən nüfuzlu və populyar döyüş idmanı təşkilatlarından biri hesab olunur.








