Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? .....                     Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? .....                     Anasını amansızlıqla öldürən Emilə .....                     Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: .....                     Xəzərə görə Azərbaycan üçün yeni fürsət: .....                     SEPAH və Pezeşkian üz-üzə qaldı .....                     Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək .....                     "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub .....                     “Bu “aferist”lərin əlinə düşməyin” .....                     Paşinyanın Bakıya qarşı ən böyük səhvi: .....                     Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır .....                     Ermənistanda qərargah rəisi saxlanıldı .....                     Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib .....                     Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? .....                     AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib .....                     Problemli kreditlər 723 milyon manata çatdı .....                     İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb .....                     Hərbi möhlətlər bu halda ləğv ediləcək .....                     "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı .....                     Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi .....                     Qaxda 722 min manatlıq yol təmiri .....                     Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? .....                     Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... .....                     Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar .....                     13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? .....                     Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının .....                     “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” .....                     Əməkdar artist KİMİ QINADI: .....                     “Satışa çıxarılan milyonluq villa…” .....                     Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub .....                     MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" .....                     Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır .....                     Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım .....                     Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? .....                     “Barselona”, yoxsa “Qalatasaray”? .....                     Prorektorun vəzifəsi ləğv edildi .....                     Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi .....                     AĞKÖYNƏKDƏ QARA İŞLƏR... .....                     “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” .....                     Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı .....                 

Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 18:11 | Çap et

Fransa son illərdə “influencer” reklamlarına elə məhdudiyyətlər gətirib ki, artıq bəzi hallarda “reklamdır” yazmaq da kifayət etmir. Sağlamlıq üçün risk yarada bilən müəyyən estetik prosedur və cərrahi müdaxilələrin influencer vasitəsilə birbaşa və dolayı tanıdılması qadağandır. Reklamdakı üz və ya bədən rəqəmsal dəyişdirilibsə “retuş edilmiş görüntü”, süni intellektlə yaradılıbsa “virtual görüntü” olduğu bildirilməlidir.

Yaponiya 2023-cü ildən reklamı şəxsi fikir kimi gizlədən “stealth marketing”i qanun pozuntusuna çevirdi. Dövlətin izahı çox sadədir: insan reklam olduğunu biləndə satıcının onu inandırmaq istədiyini nəzərə alır; reklam gizlədiləndə isə həmin məlumatı müstəqil üçüncü şəxsin səmimi rəyi kimi qəbul edə bilər.

Avropa İttifaqının 576 “influencer” hesabında apardığı yoxlama vəziyyətin miqyasını göstərdi: yoxlanılanların 97 faizi kommersiya məzmunu yayımlayırdı, amma yalnız 20 faizi bunu sistemli şəkildə reklam kimi göstərirdi. Hesabların 62 faizi əlavə araşdırmaya göndərildi.

Dövlətlər niyə birdən-birə influencerlərlə bu qədər ciddi maraqlanmağa başladılar? Çünki reklam bazarında qəribə bir paradoks yaranıb: gerçək dünyada reklamın nə olduğunu görmək asandır, sayısal dünyada isə hər şey ölçülürmüş kimi görünsə də, əslində nəyin gerçək olduğunu anlamaq çətinləşib.

Küçədə billboard alırsansa, onun ölçüsünü, yerini və neçə gün qalacağını bilirsən. Qəzetdə səhifəni, radioda saniyəni, televiziyada reklam blokunu, açıq hava reklamında lokasiyanı alırsan. Bunların təsiri hər zaman mükəmməl ölçülməsə də, heç olmasa aldığın reklam vahidi gerçəkdir.

Rəqəmsal reklam bizə bundan daha böyük vəd verdi: neçə nəfər gördü, neçə nəfər baxdı, klik etdi, bəyəndi, paylaşdı, linkə keçdi - guya hər şey dəqiq ölçülür. Amma burada yeni problem yarandı: ölçdüyümüz şeyin özü nə qədər gerçəkdir?

Bir “influencer”in 500 min izləyicisi var. Neçəsi aktiv insandır? Neçəsi saxta hesabdır? Videonun bir milyon baxışı var. Neçəsi real diqqətdir? Minlərlə “like” var. Neçəsi satın alınıb? Reklam “reach” göstərir. Reklamı insan gördü, yoxsa sistem sadəcə ekranda görünmüş hesab etdi?

ABŞ-da Federal Ticarət Komissiyasının (FTC) araşdırdığı “Devumi işi” rəqəmsal reklam bazarındakı saxtakarlığın miqyasını göstərdi. Şirkət sosial şəbəkələrdə saxta izləyici, abunəçi və baxış sataraq insanların və şirkətlərin gerçək təsir gücü haqqında yanlış təsəvvür yaradırdı.Belə ki,on minlərlə sifariş üzrə saxta Twitter izləyiciləri, “YouTube” abunəçiləri, saxta video baxışları və “LinkedIn” izləyiciləri satırdı. FTC-nin vurğuladığı kimi, bu göstəricilər şirkətlərin kimlə işləməsi, istehlakçının kimə etibar etməsi və reklamverənin kimə pul ödəməsi qərarına təsir edir.

Deməli rəqəmsal reklamın böyük ironiyası budur: biz ölçülə bildiyi üçün ona güvəndik, ölçü vahidlərinin manipulyasiya oluna bildiyini isə gec anladıq.

Problem tək saxta izləyici deyil. “Influencer” dost kimi danışır, amma arxada müqavilə ola bilər. “Özüm istifadə edirəm” deyir, məhsul pulsuz göndərilmiş ola bilər. Oteldən heyranlıqla danışır, amma qalma xərci şirkət tərəfindən ödənilib. Link verir, hər satışdan komissiya qazana bilər. Filter məhsulun yaratmadığı nəticəni üzündə yarada bilər. Reklamverən isə bütün bunlara “native content” deyə bilər.

Beləliklə sayısal reklamda ən dəyərli şey - etibar - eyni zamanda ən asan saxtalaşdırılan şeyə çevrilir.

Burada Azərbaycan üçün daha narahatedici sual yaranır: qanunlarımız küçədə, televiziya və radioda, çapda və başqa reklam daşıyıcılarında işləyirsə, niyə internetə keçəndə onların təsirini daha az hiss edirik?

Əslində Azərbaycan artıq hüquqi addım atıb. 2025-ci ildən qanunvericilik “rəqəmsal platforma təsirçisi” anlayışını tanıyır və kommersiya reklamının “reklam”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi göstərilməsini, bəzi hallarda görüntü və səs dəyişdirən tətbiqlərin istifadəsi barədə məlumat verilməsini tələb edir. Deməli problem artıq yalnız “qanun yoxdur” problemi deyil. Problem qanunun ekrandan ekrana keçəndə tətbiq gücünün dəyişməsidir.

Əgər qanunsuz qumar reklamını billboardda yerləşdirmək olmazsa, “TikTok” videosunda niyə daha asan görünə bilir? Əgər dərmanın reklamına televiziyada sərt şərtlər qoyuruqsa, yüz minlərlə izləyicisi olan bir şəxsin “mən istifadə etdim, siz də alın” deməsinə niyə eyni həssaslıqla yanaşmırıq? Əgər reklamda istehlakçını aldatmaq qadağandırsa, saxta izləyici, saxta baxış, gizli sponsorluq və rəqəmsal şəkildə dəyişdirilmiş “nəticə” niyə eyni bazarın problemi sayılmasın?

Burada söhbət “influencer”ləri sıxışdırmaqdan getmir. Əksinə, “influencer” artıq reklam bazarının peşəkar iştirakçısıdırsa, onun hüquqları da, məsuliyyəti də peşəkar olmalıdır. Şirkət “reklam olduğunu yazma, daha təbii görünsün” deyə bilməməlidir. “Influencer” istifadə etmədiyi məhsulu şəxsi təcrübə kimi təqdim etməməlidir. Agentlik kampaniyanın hüquqi məsuliyyətindən qaçmamalıdır. Platforma isə “mən sadəcə texniki vasitəyəm” deyib Azərbaycan auditoriyasından qazandığı reklam gəlirinin hüquqi nəticələrindən tam kənarda qala bilməməlidir.

Məhz burada xarici təcrübənin ən vacib dərsi qadağaların özündən də böyükdür. Fransa yüksək riskli estetik müdaxiləyə qədər gedir. Yaponiya gizli reklamı qadağan edir. Avropa İttifaqı “influencer”ə sadəcə sosial media istifadəçisi deyil, kommersiya fəaliyyəti göstərdiyi zaman “trader” kimi baxmağa başlayır. Dövlətlər anlayırlar ki, reklamın forması dəyişibsə, məsuliyyət sistemi də dəyişməlidir.

Azərbaycanın da növbəti addımı yeni-yeni qadağalar yazmaqdan əvvəl mövcud qaydaları görünən və ölçülə bilən etmək olmalıdır. Neçə “influencer” reklamı yoxlanılıb? Neçə gizli reklam aşkarlanıb? Neçə şirkət məsuliyyətə cəlb olunub? Saxta auditoriya və saxta statistikaya görə reklamverənin itirdiyi pul nə qədərdir? “Google”, “Meta”, “TikTok” və digər platformalara Azərbaycan reklam bazarından ildə nə qədər vəsait gedir? Bunun nə qədəri yerli iqtisadiyyata geri dönür?

Bu rəqəmləri bilmədən rəqəmsal reklam bazarını idarə etdiyimizi söyləyə bilmərik. Əsas prinsip çox sadədir: reklamın hüquqi məsuliyyəti onun hansı ekranda görünməsindən asılı olmamalıdır.

Küçədə yalan reklam yalandırsa, “Instagram”da da yalandır. Televiziyada qadağan edilmiş məhsul “TikTok”a keçəndə təhlükəsizləşmir. Saxta rəy qəzetdə aldadıcıdırsa, “influencer”in “səmimi tövsiyəsi” şəklində təqdim ediləndə də aldadıcıdır.

Rəqəmsal dünya bizə reklamın hər şeyini ölçə biləcəyimizi vəd etdi. İndi isə daha vacib bir şeyi ölçməyin vaxtıdır: gördüyümüz rəqəmlərin, aldığımız reklamın və satın aldığımız etibarın nə qədəri gerçəkdir? Azərbaycan reklam bazarının növbəti mərhələsi məhz bu sualdan başlamalıdır.

Müəllif: Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Bu gün, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Bu gün, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Bu gün, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Bu gün, 17:32
SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Bu gün, 17:30
Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Bu gün, 16:45
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Bu gün, 16:41
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Bu gün, 16:38
Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Bu gün, 16:33
Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Bu gün, 16:30
Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Bu gün, 16:27
Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Bu gün, 16:22
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Bu gün, 16:18
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Bu gün, 16:14
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Bu gün, 16:12
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Bu gün, 16:07
Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Bu gün, 16:04
"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Bu gün, 15:06
Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Bu gün, 15:03
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Bu gün, 14:57
Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Bu gün, 14:48
Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Bu gün, 14:43
Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Bu gün, 14:38
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Bu gün, 14:34
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Bu gün, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Bu gün, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Bu gün, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Bu gün, 13:00
Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Bu gün, 12:57
MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" - TƏFƏRRÜAT
Bu gün, 12:54
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Bu gün, 12:47
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Bu gün, 12:42
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Bu gün, 12:38
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Bu gün, 12:34
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Bu gün, 12:31
Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 12:27
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:16
“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Bu gün, 12:07
Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:01
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Bu gün, 12:00
AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Bu gün, 11:55
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Bu gün, 11:49
İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Bu gün, 11:48
İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Bu gün, 11:45
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Bu gün, 11:43
Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Bu gün, 11:34
Moskva niyə TRIPP-dən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 11:31
“Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” – Ekspert
Bu gün, 11:30
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru