Yurd.media xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsinə müraciət edən “Azercell” bildirib ki, müştərisinin istifadə etdiyi 010 228 69 **, 010 228 68 **, 010 228 69 ** nömrələrinə görə 60.78 manat məbləğində abunə və xidmət borcu yaranıb.
"Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da, müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməyib. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq cavabdeh adına olan qeyd olunan nömrələrdə borc hazırkı tarixədək kimi ödənilməyib", - şirkətdən bildirilib.
Abunə müqaviləsi üzrə xidmət müqabilində onun 60.78 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 98.1 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilib. Məhkəmə iddianı təmin edib.








