Bakıda evli qadını şantaj edən şəxs .....                     Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı .....                     İcra başçısının atası Bakıda dava etdi .....                     Paşinyanın bu strategiyası doğrudur... .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır .....                     “OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb .....                     1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                     Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib .....                     Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər .....                     Azərbaycan Suriyaya daxil olur: .....                     Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək .....                     «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir .....                     Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi .....                     Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? .....                     “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” .....                     CNN-lə məhkəmə .....                     Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi .....                     Aİ referendumu: .....                     Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür .....                     Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? .....                     “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib” .....                     Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI .....                     “Qarabağ” 1,4 milyon manatlıq transfer edir? .....                     Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub .....                     Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır .....                     Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı .....                     “Sinay Group”un kapitalı 230 min manat azaldıldı .....                     "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb .....                     Bakıda DƏHŞƏT: .....                     Ceyhun Cəlilov da BELƏ YEYİR... .....                     Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı .....                     XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... .....                     Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir .....                     Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                 

Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 6-06-2025, 01:43 | Çap et

Azərbaycan mobil rabitə bazarının nəhəngi olan “Azercell Telekom” MMC abunəçilərə qarşı tətbiq etdiyi yeni, sərt tarif sistemi ilə ictimai narazılıq doğurub. Son dəyişikliklər bir tərəfdən dövlətin mobil rabitə sektoruna nəzarətini gücləndirdiyi, digər tərəfdən isə istifadəçilərin məcburi ödəniş sisteminə yönləndirildiyi gerçəyini göstərir.

Qeyd edək ki, “Azercell”-in səhmlərinin böyük hissəsi illər boyu İsveçin “Telia” şirkətinə məxsus idi. Lakin 2018-ci ilin əvvəlində “Telia” Azercell-dəki 51.3%-lik payını 222 milyon avroya Azərbaycanın Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan “AzInTelecom” MMC-yə satıb. Beləliklə, ölkənin ən iri mobil operatoru artıq tam şəkildə dövlətin nəzarətinə keçib. Dövlətin bu sektoru nəzarətə götürməsi ilk baxışda strateji addım kimi görünə bilər. Lakin gedişat göstərdi ki, bu nəzarət istifadəçi məmnuniyyəti və ictimai rifah üçün deyil, daha çox maliyyə resurslarını mərkəzləşdirmək və gəlir axınlarını yönləndirmək məqsədi daşıyır. Bu yanaşma ən aydın şəkildə “Azercell”-in yeni tarif siyasətində özünü göstərir.

“Azercell” 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün tətbiq etdiyi şərtlər bunlardır:

İyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq.

1-1,99 manat – 1 gün;

2-2,99 manat – 2 gün;

3-4,99 manat – 3 gün;

5-9,99 manat – 5 gün;

10-24,99 manat – 10 gün;

25-49,99 manat – 25 gün;

50-99,99 manat – 50 gün;

100 + manat – 50 gün.

Əgər nömrədə tarif varsa, həmin tarifin istifadə müddəti bitənə qədər nömrə aktiv qalacaq. Misal üçün, əgər nömrənizdə "Azercellim" tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək, yəni 30 gün açıq olacaq.

Eyni zamanda bu tarixdən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq.

Beləliklə “Azercell”-in iyulun 1-dən tətbiq edəcəyi sistemə görə, “1 manat = 1 gün” prinsipi rəsmi olaraq bütün istifadəçilər üçün keçərli olacaq. İstər balansında 20 qəpik olsun, istər 10 manat – istifadəçi tarif haqqını tam ödəmədiyi halda, yüklədiyi məbləğ gündəlik istifadəyə yönəldiləcək, aylıq tarif avtomatik aktiv olmayacaq. Daha əvvəl 1 manat 5 gün, 2 manat 10 gün, 5 manat 30 gün nömrənin aktiv qalmasına imkan verirdisə, yeni sistem bu güzəştləri ləğv edir. Əslində bu, sosial yönümlü rabitə siyasətindən tam imtinadır. “Azercell” öz istifadəçisinə deyir: tam ödəyirsənsə, danış, yoxsa sussan yaxşıdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, abonentin tarifdə olub-olmamasından asılı olmayaraq, "1 manat = 1 gün" prinsipi qüvvədədir. Onun sözlərinə görə, tarifə qoşulmuş olmaq avtomatik güzəşt yaratmır: “Tam məbləğ yüklənmirsə, tarif aktivləşmir və yüklənən məbləğ yalnız günlük istifadəyə çevrilir. Ola bilər, balansınızda pul olacaq, amma götürdüyünüz aylıq tarifə uyğun olmadığından nömrə birtərəfli bağlı olacaq”.

Gündüz bildirir ki, yeni sistem bütün abunəçiləri birmənalı şəkildə ödənişə məcbur edir və daha əvvəlki ədalətli praktikaları ləğv edir.

Dövlət şirkətinin bu addımından sonra digər, özəl mobil operator “Bakcell” də tarif siyasətinə əl gəzdirib. ““Bakcell” tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq”, şirkətin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib, abunə haqqını ödəməsi kifayətdir.

Qeyd edilir ki, nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır.

23.06.2025-ci il tarixindən etibarən “Günboyu 0”, “YeniDoğma”, “ƏlaSAAT”, “İLK”, “CİN 1”, “SevimliCİN”, “DoğmaCİN” və “GəlirliCİN” tariflərinin 30 günlük abunə haqqı 3.99 AZN təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkədaxili danışıq və 400 MB internet təqdim olunacaq. 

Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqları dayandırılacaq. Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalır. 

25.07.2025-ci il tarixindən etibarən aşağıdakı internet paketlərin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq:

- Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.

- Saatlıq internet paketləri:

Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.

Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.

Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.

Beləliklə, əsas fərq ondadır ki, balans artırmaqla tarif aktiv olmasa belə, nömrə əlaqəyə açıq qala bilər.

Bu, ilk baxışdan rəqabətli və istifadəçi dostu yanaşma kimi görünür. Lakin bazarda real rəqabətin mövcud olmadığını nəzərə alsaq, bu yanaşmanın dayanıqlı olub-olmayacağı, yoxsa “dekorativ alternativ” kimi təqdim olunub tezliklə geri çəkiləcəyi hələ sual altındadır.

Tariflərin kəskin artırılması mobil rabitə sektorunda bir zamanlar haqqında çox danışılan sosial məsuliyyətin azaldığını göstərir. Hər iki mobil operatorun bu addımı göstərir ki, bütövlükdə mobil rabitə sektoru kartel sövdələşməsinə gedərək, sosial məsuliyyət anlayışından uzaqlaşır. Dövlət nəzarəti altında fəaliyyət göstərən şirkətin vətəndaşa münasibəti dəyişməli olduğu halda, əksinə, təzyiq və öhdəlik mərkəzli model güclənir.

Bu siyasət azgəlirli təbəqələri, yaşlı istifadəçiləri, sosial güzəşt kateqoriyalarını sistemdən sıxışdırır və rabitə hüququnu yalnız ödəməyə qadir olanlara şamil edir. Bu isə həm konstitusion hüquqlar, həm də istehlakçı müdafiəsi qanunvericiliyi baxımından sual doğurur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimai reaksiyaları nəzərə almalı, mobil operatorların tarif siyasətini yenidən nəzərdən keçirməsini təmin etməlidir.

İstehlakçı hüquqlarını qoruyan təşkilatlar və Ombudsman bu sistemin insan hüquqlarına təsirini araşdırmalı və rəy bildirməlidir.

Media və vətəndaş cəmiyyəti fəalları da bu siyasətin sosial nəticələrini ictimailəşdirməli, şəffaflıq və məsuliyyət tələblərini gündəmə gətirməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Bu gün, 15:04
Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Bu gün, 14:58
İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:51
Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:46
Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Bu gün, 14:40
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Bu gün, 14:39
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12
Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07
Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55
Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36
Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24
“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22
Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17
Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru