1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                     Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib .....                     Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər .....                     Azərbaycan Suriyaya daxil olur: .....                     Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək .....                     «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir .....                     Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi .....                     Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? .....                     “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” .....                     CNN-lə məhkəmə .....                     Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi .....                     Aİ referendumu: .....                     Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür .....                     Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? .....                     “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib” .....                     Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI .....                     “Qarabağ” 1,4 milyon manatlıq transfer edir? .....                     Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub .....                     Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır .....                     Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı .....                     “Sinay Group”un kapitalı 230 min manat azaldıldı .....                     "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb .....                     Bakıda DƏHŞƏT: .....                     Ceyhun Cəlilov da BELƏ YEYİR... .....                     Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı .....                     XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... .....                     Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir .....                     Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı .....                     Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı .....                     Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir .....                     Ermənistan qurumdan çıxarılacaq? .....                     “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub .....                     Təsirli dönüş və irəli: .....                 

Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Tarix: Bu gün, 12:58 | Çap et

Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti - Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçmiş prezidentlər barədə başladılan cinayət işi onların Azərbaycana mümkün ektradisiya məsələsini də gündəmə gətirib. Çünki onlar çoxdandır ki, Azərbaycan tərəfindən beynəlxalq axtarışa veriliblər.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləararası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Robert Koçaryan Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə yanaşı, öz xalqına qarşı da qanlı hadisələrdə məsuliyyət daşıyır:

“Robert Koçaryan qatil və cinayətkardır. O, təkcə Azərbaycan xalqına qarşı deyil, öz xalqına qarşı da qanlı cinayətlər törədib. Sadəcə, həmin cinayətlərin üzərindən uzun müddət keçib və bu məsələlərdə müddətlə bağlı hüquqi məqamlar var. 2008-ci il seçkiləri zamanı Serj Sarkisyanın prezident elan edilməsi prosesində baş verən hadisələrdə 10-dan çox insan öldürülüb, 100-ə yaxın şəxs yaralanıb. Ermənistanda isə hazırda Koçaryanın qanlı cinayətlərindən daha çox korrupsiya və oğurluq məsələləri araşdırılır. Hər bir halda, Serj Sarkisyan və Robert Koçaryanın Azərbaycana təhvil veriləcəyini gözləmək cəfəngiyyatdır. Robert Koçaryanın və Serj Sarkisyanın Ermənistan dövlətinə qarşı törətdiyi əməllərlə bağlı istintaq başladılıb".

Deputatın fikrincə, Koçaryanı daha çox Ermənistan məhkəməsinin qərarı "yandıra bilər":

"Onu korrupsiyaya görə 10 il həbs etsinlər, bunun fərqi yoxdur. Bununla Azərbaycana qarşı törətdikləri cinayətlərə görə də cəzalarını çəkəcəklər. Bəlkə də, Ermənistan məhkəməsi Azərbaycan məhkəməsinə baxanda onu bu baxımdan daha çox yandıra bilər. Çünki bizim əlimizdə onsuz da onların cinayətkarları var. Qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbərləri və digər şəxslər Azərbaycan məhkəməsi tərəfindən ömürlük və ya uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Ona görə də Robert Koçaryanın Bakıya təhvil veriləcəyini gözləmək lazım deyil”.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Koçaryan və Sarkisyanın Azərbaycana ekstradisiyasının qarşısında bir sıra ciddi hüquqi və siyasi maneələr var.

Onun sözlərinə görə, əsas maneələrdən biri Ermənistanın konstitusion və qanunvericilik normalarıdır:

“Ermənistan Respublikasının Konstitusiyası öz vətəndaşlarının xarici dövlətlərə verilməsinə qarşı kifayət qədər sərt mövqe nümayiş etdirir. Konstitusiyanın 55-ci maddəsinin 2-ci bəndində bu məsələ açıq şəkildə təsbit olunub. Ermənistan vətəndaşının başqa dövlətə təhvil verilməsi yolverilməz hesab olunur. Bu baxımdan Robert Koçaryan və Serj Sarkisyan Ermənistan vətəndaşı statusunu daşıdıqları üçün onların Azərbaycana ekstradisiyası Ermənistanın konstitusion tələbləri ilə ziddiyyət təşkil edir. Doğrudur, Konstitusiyada beynəlxalq müqavilələrlə bağlı müəyyən istisnalar nəzərdə tutulur. Lakin bu konkret halda həmin istisnanın tətbiqi üçün zəruri hüquqi baza mövcud deyil. Azərbaycanla Ermənistan arasında cinayət törətməkdə təqsirləndirilən şəxslərin ekstradisiyasını nəzərdə tutan ikitərəfli beynəlxalq müqavilə yoxdur. Eyni zamanda, Ermənistanın öz vətəndaşlarının başqa dövlətlərə verilməsini nəzərdə tutan müvafiq çoxtərəfli beynəlxalq konvensiyaya tərəf olması məsələsi də mövcud vəziyyətdə bu mexanizmin tətbiqinə imkan vermir. Ermənistan Cinayət Məcəlləsinin müvafiq müddəaları da bu vəziyyəti daha da sərtləşdirir. Cinayət hüququ baxımından Ermənistan vətəndaşlarının xarici dövlətlərə ekstradisiyasına dair qadağa mövcuddur və bu məsələdə manevr imkanları olduqca məhduddur. Yəni şəxslərin beynəlxalq axtarışda olması belə həmin qadağanı aradan qaldırmır. Bundan əlavə, ekstradisiyanın rədd edilməsi üçün başqa hüquqi əsaslar da mövcuddur. Şəxsin təhvil veriləcəyi ölkədə siyasi təqibə məruz qalma ehtimalı, işgəncə və ya qeyri-insani, ləyaqəti alçaldan rəftar riski, eləcə də ədalətli məhkəmə araşdırmasının təmin olunmaması kimi hallar ekstradisiyanın həyata keçirilməsinə maneə yarada bilər”.

Ə.Nuriyev hesab edir ki, hüquqi maneələrlə yanaşı, məsələnin siyasi tərəfi də Koçaryan və Sarkisyanın Azərbaycana təhvil verilməsini real ssenaridən uzaqlaşdırır:

“Belə bir tələbin irəli sürülməsi və təmin edilməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə ciddi zərər vura bilər. Eyni zamanda, bu məsələ Ermənistanın daxili siyasi sabitliyinə də təsir göstərə bilər. Ermənistanda parlament seçkiləri keçirilib və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə çoxluq əldə edib. Lakin konstitusion çoxluğun olmaması, ölkə daxilində ciddi siyasi qarşıdurmanın mövcudluğu və Ermənistan cəmiyyətində Qarabağ münaqişəsindəki məğlubiyyətin yaratdığı psixoloji vəziyyət nəzərə alınmalıdır. Belə bir şəraitdə Koçaryan və Sarkisyanın Azərbaycana verilməsi Ermənistan daxilində ciddi siyasi reaksiyalara səbəb ola bilər. Mən hesab edirəm ki, Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycana ekstradisiyası Ermənistan konstitusiyasının və vətəndaşlıq prinsipinin yaratdığı məhdudiyyətlər səbəbindən mümkün deyil. Ermənistan Cinayət Məcəlləsində də bununla bağlı ciddi qadağalar mövcuddur. Eyni zamanda, beynəlxalq hüquq baxımından da zəruri hüquqi baza yoxdur. Bütün bunlarla yanaşı, ekstradisiyaya mane olan digər hüquqi şərtlər və siyasi reallıqlar da mövcuddur. Ona görə də Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilməsi nə hüquqi, nə də siyasi baxımdan real görünür. Bu məsələnin hətta siyasi danışıqlar çərçivəsində gündəmə gətirilməsi belə mövcud hüquqi maneələr səbəbindən real ekstradisiya proseduruna çevrilə bilməz. Bu səbəbdən onların Azərbaycana verilməsini mümkün hesab etmirəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12
Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07
Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55
Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36
Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24
“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22
Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17
Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55
Nigar Fərhad saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:52
Köçəryan yenidən xəstəxanaya yerləşdirilib - “Yerevan Today”
Bu gün, 08:35
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru