Bu barədə yazan Aydın Həsənov adlı şikayətçi bildirib ki, "İrşad”da faizsiz kredit adı ilə alıcıları aldadırlar:
"”İrşad” 500 AZN endirim edib 460 manat komissiya tətbiq etməklə faizsiz kredit adıyla xalqı aldadır. Elə bilirlər hamı əfəldi, bir özləri ağıllıdı?
15% komissiya nəyin komissiyasıdı? Məhsulun qiymətinin 15%-nə şərik durmaq nə dərəcədə doğrudu?”.
Şikayətçi bildirib ki, alıcılar rəqəmləri görüb aldanır, ancaq tətbiq edilən faizsiz kredit onlara heç bir güzəşt qazandırmır.
7news.az

















