Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azmonbat” MMC-nin baş icraçı direktoru dəyişib.
Banker.az xəbər verir ki, Hidayət Musayev Məmməd oğlu şirkətin baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə Şirzat Əsgərov Əjdər oğlunu əvəz edib. Əsgərovdan əvvəl isə şirkətə İran Respublikasından olan Kuroş Purhabibi (Kourosh Pourhabib) rəhbərlik edib.
Xatırladaq ki, “Azmonbat” 2018-ci ildə yaradılıb və 5 500 020 manat nizamnamə kapitalı var. Şirkət SKSP-də qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirir. Layihə çərçivəsində istifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə edilir.









