1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                     Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib .....                     Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər .....                     Azərbaycan Suriyaya daxil olur: .....                     Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək .....                     «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir .....                     Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi .....                     Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? .....                     “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” .....                     CNN-lə məhkəmə .....                     Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi .....                     Aİ referendumu: .....                     Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür .....                     Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? .....                     “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib” .....                     Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI .....                     “Qarabağ” 1,4 milyon manatlıq transfer edir? .....                     Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub .....                     Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır .....                     Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı .....                     “Sinay Group”un kapitalı 230 min manat azaldıldı .....                     "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb .....                     Bakıda DƏHŞƏT: .....                     Ceyhun Cəlilov da BELƏ YEYİR... .....                     Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı .....                     XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... .....                     Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir .....                     Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı .....                     Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı .....                     Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir .....                     Ermənistan qurumdan çıxarılacaq? .....                     “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub .....                     Təsirli dönüş və irəli: .....                 

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Tarix: Bu gün, 12:14 | Çap et

Olqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə 1000 manat maaş alması barədə arayış təqdim edib. Uzun illər (2005–2021-ci illər) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) satın alma və təchizat məsələləri üzrə vitse-prezidenti olmuş Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin məhkəməyə təqdim etdiyi sənədlər və tutduğu mövqe hüquqi ziddiyyətlərlə yanaşı, sosial rezonans doğurub. Onun adından məhkəməyə təqdim olunan sənəddə Orxan İsmayılzadənin "Meqa Həyat Sığorta" ASC-nin Risklərin idarə olunması Departamenti / Sığorta və Bazar riskləri şöbəsində Baş mütəxəssis kimi işə başladığı və aylıq əmək haqqının cəmi 1000 manat olduğu bildirilir. Vəkili məhkəmədən xahiş edib ki, aliment təyin olunarkən məbləğ ayda cəmi 250 manat həcmində tutulsun.

Maraqlıdır ki, ötən il Sabunçu rayon Məhkəməsində Orxan İsmayılzadənin aliment ödənişindən yayınması ilə bağlı icra məmurunun vəsatətinə baxılmışdı. O zaman elektron sistem vasitəsilə əldə edilən rəsmi məlumatlar bu gün 1000 manat maaşla keçindiyini bəyan edən keçmiş vitse-prezident oğlunun əsl maliyyə imkanlarını ortaya qoymuşdu.

Rəsmi reyestr çıxarışlarına əsasən, Orxan İsmayılzadənin şəxsi mülkiyyətində nəhəng daşınmaz əmlak və lüks avtomobil kolleksiyası mövcuddur:

Bakıda 2 ədəd qeyri-yaşayış binası - qeydiyyat №: 11170860XX, reyestr №: 010011001574-063XX və qeydiyyat №: 11191275XX, reyestr №: 009011001446-063XX;

Bakıda 2 ədəd mənzil - qeydiyyat №: 11160783XX, reyestr №: 004011000770-051XX-0930XX və qeydiyyat №: 11241197XX, reyestr №: 008011002025-051XX-0930XX;

1 ədəd fərdi yaşayış evi - qeydiyyat №: 11190193XX, reyestr №: 007011004799-103XX);

Lüks minik avtomobilləri: 2008-ci il istehsalı ağ rəngli “Hummer H3 Alfa” və 2017-ci il istehsalı göy metalik rəngli “Porsche Panamera Turbo”.

Açıq mənbələrdə və mətbuatda dəfələrlə qeyd olunub ki, Mikayıl İsmayılov SOCAR-da çalışdığı uzun illər ərzində nəhəng maliyyə imkanlarına və topdağıtmaz sərvətə sahib olub. Yerli mətbuatda onun Bakı şəhərində (Şağan və digər ərazilərdə), eləcə də ölkədən kənarda milyonluq villa və obyektlərinin, o cümlədən kənd təsərrüfatı və aqropark bizneslərinin olmasına dair çoxsaylı iddialar dərc olunub.

Atasının bu miqyasda nəhəng sərvətinə və özünün çoxsaylı mənzillərinə, qeyri-yaşayış binalarına, "Porsche Panamera Turbo" və "Hummer" kimi super-lüks avtomobillərinə baxmayaraq, Orxan İsmayılzadənin öz övladına ayrılacaq aliment ödənişini minimuma endirmək üçün "1000 manatlıq maaş" sənədini ortaya çıxarması dərin ziddiyyətlər yaradır.

Ölkənin ən imkanlı sabiq məmurlarından birinin ailə üzvünün övladını rəsmən etiraf etməkdən yayınması və bazar dəyəri milyonlarla ölçülən varidat fonunda cəmi 250 manat alimentlə məsuliyyətdən yayınmağa çalışması ciddi suallar doğurur. İndi bütün diqqətlər Ali Məhkəməyə yönəlib.

Xatırladaq ki, Orxan İsmayılzadə artıq bir neçə ildir ki, qızı Nil İsmayılzadənin saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimenti ödəməkdən yayınır. Hətta buna görə barəsində ötən il həbsli axtarış da elan olunub.

O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi məhkəmə qərarını icra etməkdən yayınması idi. 2024-cü ildə Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu aliment ödəməkdən ən müxtəlif bəhanələrlə yayınıb, yalnız məcburi icra tədbirləri işə salınandan sonra aliment ödənişini həyata keçirib.

Sabunçu, Xətai, Apellyasiya Məhkəmələrinin qərarlarına əsasən, Orxan İsmayılzadə bioloji atalıq testindən keçməlidir. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, o, Nil Abbasovanın atasıdır və ya deyil.

Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi ümumilikdə 10-a yaxın atalıq testindən keçməkdən ən müxtəlif səbəblərlə yayınıb.

Belə olan halda qanun deyir ki, ekspertizadan - atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri, qızına ayda cəmi 500 manat aliment ödəməkdən ən müxtəlif yollara baş vurmaqla yayınmağa çalışır.

Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.

Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir. Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:

Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə.

Bakıda iki 16 mərtəbəli yaşayış binaları. “Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.

Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.

Ağsu parkında aptek və restoran – yeznəsinin adına.

Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr...

Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur. Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilir, bütün bunlar keçməyəndə ortaya 1000 manatlıq arayış çıxır.

Son sözü Ali Məhkəmə deyəcək - kağız üzərindəki 1000 manatlıq maaş arayışı əsas götürüləcək yoxsa oliqarx İsmayılovun, onun oğlunun real maliyyə imkanlarına və nəhəng əmlak kolleksiyasına əsasən ədalətli qərar çıxaracaq?

Mövzuya qayıdacağıq.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12
Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07
Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55
Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36
Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24
“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22
Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17
Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55
Nigar Fərhad saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:52
Köçəryan yenidən xəstəxanaya yerləşdirilib - “Yerevan Today”
Bu gün, 08:35
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru