"Bakı Telefon Rabitəsi" MMC-nin "Aztelekom" MMC-yə birləşdirilməsi ilə əlaqədar 1-cinin "Rabitəbank" ASC-dəki 0,0462 %-lik payı 2-ciyə ötürülüb.
"Report" xəbər verir ki, "Aztelekom"un Bankdakı payı 0,044 %-dən 0,0902 %-ə yüksəlib.
"Rabitəbank"ın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (38,6 %), Validə Abbasovaya (34,64 %), Zakir Nuriyevə (11,4835 %, Bankın Müşahidə Şurasının sədri, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Rəyasət Heyətinin sədri), Dilarə Nuriyevaya (9,1099 %), Aslan Xasiyevə (6,0272 %), "Bakcell" MMC-yə (0,024 %), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinə (0,012 %), "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə (0,008 %), "Bakı Teleqrafı" ASC-yə (0,004 %) və "AzInTelecom" MMC-yə (0,0012 %) məxsusdur.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.









