Məlum olduğu kimi, bir neçə gün bundan öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi İbrəhimov Fuad Məmmədağa oğlu vəzifəsindən azad edildi. Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Bugünlərdə redaksiyamıza daxil olan məlumatdan bəlli olub ki, Fuad İbrəhimov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin işdən çıxarılan yeganə əməkaşı deyilmiş. Məlumatlı mənbənin sözlərinə görə, Fuad İbrahimovla yanaşı, idarənin daha bir neçə əməkdaşı da işdən çıxarılıb ki, onların arasında kadastr şöbəsinin rəisi Kənan adlı şəxs də var.
Mənbənin bildirdiyinə görə, Kənan adlı şəxsin işdən çıxarılmasına səbəb onun işdə yol verdiyi kobud nöqsanlar olub. Bununla yanaşı, idarə əmədkaşının adının bəzi torpaq sahələri ilə bağlı qalmaqallarda hallandığı da söylənilir. Belə ki, adıçəkilən şəxsin Xırdalanın “Quşçuluq” deyilən ərazisində, Saray qəsəbəsi və bu qəsəbədən keçən magistral yolların kənarlarında çoxsaylı torpaq sahələri ələ keçirdiyi, bu torpaq sahələrini yaxın çevrəsinin adına sənədləşdirdiyi iddia olunur.
Şübhəsiz, bütün bunlar hələ ki, qeyri-rəsmi iddialardır. Lakin mənbə artıq əlaqədar qurumların bu məlumatların araşdırılması istiqamətində iş apardığını iddia edir. Bu səbəbdən də, əminliklə demək olar ki, yaxın günlərdə bütün bu məsələlərə aydılıq gətiriləcək və o zaman Kənan adlı şəxslə bağlı irəli sürülən iddialardakı həqiqət payı bəlli olacaq.
Bu gün isə məlum olan Kənan adlı idarə əməkdaşının işdən çıxarılması faktıdır ki, bu fakt özü-özlüyündə az mətləbdən xəbər vermir.
Ardı var...
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...







