Çevik və ya başqa ateist bloqerləri döyməklə, söyməklə din qorunan deyil. Şərqin Z nəsli dindən çıxacaq. Bu, qarşısı alınmaz bir prosesdir.
Siyasi və sosial böhranlar bunu daha da sürətləndirir. Əvvəl internet yox idi. “Bu, sınaqdır” deyəndə insanlar inanırdı. İndi isə insanlar “Bu sınağa niyə ancaq biz çəkilirik?” sualını verirlər.
Əvvəl “Eynşteyn gizli müsəlman idi, kəşflərini Qurana baxaraq edib” deyəndə xalq buna inanırdı. İndi isə “Əgər elm İslamın özüdürsə, başqası oxuyub anlayıb kəşf edir, bəs bizim içimizdən niyə bunu anlayıb kəşf edən yoxdur?” sualı yaranır.
Beləliklə, düşünməyi və sorğulamağı sevən yeni internet gəncliyi Çin, Yaponiya və Avropaya baxır, öz ölkəsindəki problemlərin mənbəyini axtarır və sonda gəlib dinə çıxır.
Yaxın 15 ildə gənclərin bir hissəsi özünü formal müsəlman saymağa davam etsə də, dini institutlara bağlılığı olmayacaq.
Başqa bir hissəsi isə İslama qarşı düşmən münasibət formalaşdıracaq. Qazaxıstan, İran və Türkiyədə belə gənclərin daha çox olduğunu müşahidə etmək mümkündür.
Mən bu yazını yazmazdan əvvəl Körfəz ölkələrindəki rəqəmlərə də baxdım. BƏƏ, Qətər və Küveyt kimi ölkələrdə dini həyat hələ kifayət qədər güclüdür. Məsələn, bir sorğuda BƏƏ-də respondentlərin 70%-i, Qətərdə isə 74%-i Ramazanı ailəsi ilə iftar edərək keçirdiyini bildirib. Bu, əlbəttə, namaz qılanların faizi demək deyil, amma dinin sosial həyatda nə qədər güclü olduğunu göstərir.
Çünki Körfəz ölkələrində insanın gündəlik həyatı çox rahatdır. Xalq başındakı kral və ya əmir ədalətli olduğu üçün ona hörmət edir, sosial dərdi-səri olmadığı üçün Allaha şükür edir.
Qısa deyim, ac qarına namaz qılmaq, xaç vurmaq, qamçı vurmaq, səbr etmək dövrü gedib. İnternet və sosial şəbəkələr insanlara hər şeyi görmək və müqayisə etmək imkanı verir. Yaşlı nəsil sorğulamağa qorxur, Z nəsli isə qorxmur. Din şərqdə öləcək, qalsa qalsa Körfəz ölkələrində və interneti bloklayan Əfqanıstanda qalacaq.
Orxan Atabəy - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...








