Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır .....                     Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım .....                     Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? .....                     “Barselona”, yoxsa “Qalatasaray”? .....                     Prorektorun vəzifəsi ləğv edildi .....                     Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi .....                     AĞKÖYNƏKDƏ QARA İŞLƏR... .....                     “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” .....                     Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı .....                     ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq .....                     AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib .....                     Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi .....                     İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək .....                     İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə .....                     İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu .....                     Rüfət Əzizov onu direktor təyin etdi .....                     Moskva niyə TRIPP-dən narahatdır? .....                     “Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” .....                     Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK .....                     Bu universitetimiz erməni dilinin tədrisinə başlayır .....                     Ermənistana qoşun yeritmək istəyənlər var: Paşinyan nəyə işarə etdi? .....                     Qarabağ Qazisi ACINACAQLI DURUMDA... .....                     Dayanacaq yoxdur, amma AYNA hər şey "standarta uyğundur" deyir .....                     “20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” .....                     ABŞ nəşri erməni dustaqlardan yazdı .....                     Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş .....                     Erməni hərbçilər Zəngəzur dəhlizinə görə ABŞ-yə GETDİ .....                     Prezident İlham Əliyev "Sabah"ı təbrik edib .....                     Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb .....                     Dünyasını dəyişən SOCAR işçisi ilə bağlı ŞOK FAKT .....                     İnanmazdıq... amma BAZARSTORE bunu da etdi... .....                     “Tap.az”da tanış olduğu qadınları aldadan şəxslə bağlı .....                     BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası .....                     Şəhid atasından Adil Əliyevə tərs sillə .....                     Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası .....                     Ukrayna müharibədə tədricən uduzur .....                     Millimizin kapitanının bu hərəkəti aranı qarışdırdı: sərt sözlər .....                     Gürcüstan keçmiş və yeni geosiyasət arasında: .....                     Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı .....                     Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... .....                 

"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Tarix: 11-08-2026, 09:14 | Çap et

"Əziz və dəyərli “Azəriqaz”ın baş direktoru, “hörmətli” Azər müəllim! İlk növbədə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki illərlə çalışaraq müqaviləli işçidən böyük mühəndis vəzifəsinə qədər gəlib çatmağın nə qədər çətin olduğunu mənə bir daha xatırlatdınız. İnsan bəzən yüksəlmək üçün illər sərf edir, amma bir rəhbərlik qərarı ilə həmin yüksəlişi bir neçə dəqiqə ərzində geri qaytarmaq da mümkündür. Bu baxımdan, idarəetmənin sürətinə heyran qalmamaq mümkün deyil..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində "Azəriqaz" işçisi, Qarabağ Qazisi Daşqın Abbasov qeyd edib.
Narazı "Azəriqaz" çalışanı özünün etiraz dolu müraciətini daha sonra belə davam etdirir: "Əvvəlcə böyük mühəndis oldum — çox sağ olun. Sonra mühəndis oldum. 11-ci dərəcə də mənə artıq çox görünürdü, onu da 10-cu dərəcəyə endirdiniz. Ardınca maaşımdan 110 manat “hədiyyə” etdiniz.
Deməli, mənim Sizə hədiyyəm 110 manat, Sizin mənə hədiyyəniz isə vəzifə, dərəcə və maaş itkisi oldu.
Bu qarşılıqlı hədiyyələşmə ənənəsini daha da inkişaf etdirmək mümkündür. Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram. Əgər bu da kifayət etməsə, xəbər edin, bəlkə gələn ay maaşımın yarısını da “Azəriqazın rifah fonduna” könüllü ianə edərəm.
Axı Siz belə böyük rəhbərsiniz, mən isə cəmi 10-cu dərəcəli mühəndisəm. Mənim maaşımın 1/4 hissəsi ilə ailə büdcənizə hansısa ciddi töhfə vermək mümkün olmasa da, görünür, mənim “tərbiyələndirilməyimə” kifayət qədər böyük töhfə verə bilər.
Məni Sizin tapşırığınız əsasında “qəfəs döyüşü” adlandırdığım imtahana cəlb etdilər. İmtahandan sonra isə “hörmətli” kadrlarınız çox maraqlı bir məlumat verdilər: əsas məsələ imtahan deyil, rəhbərliyin rəyi imiş.
Bu açıqlamadan sonra bir mühəndis kimi məndə belə bir sual yarandı: əgər əsas olan imtahan nəticəsi deyil, rəhbərliyin rəyi idisə, onda imtahan niyə keçirilirdi?
Bəlkə gələcəkdə işçilərə əvvəlcədən bildirəsiniz ki, kitab oxumağa, hazırlaşmağa və imtahan verməyə ehtiyac yoxdur. Sadəcə rəhbərliyin ürəyincə olmaq kifayətdir. Beləliklə, həm kağıza, həm vaxta, həm də işçinin əsəblərinə qənaət etmiş olarıq.
Mənim paylaşdığım sənədlərin “Azəriqaz”dan göndərildiyi bildirilir. Burada da çox maraqlı bir sual meydana çıxır:
Adi 10-cu dərəcəli mühəndisdə rəhbərliyin bu qədər “məxfi” sənədləri haradan ola bilər?
Görünür, mənim mühəndis vəzifəm zəif olsa da, sənədlərlə münasibətim kifayət qədər güclü imiş.
Əgər həmin sənədlər həqiqətən müəssisənin daxilindən yayılıbsa, bəlkə ilk növbədə sənədlərin necə kənara çıxdığını araşdırmaq daha məntiqli olardı? Yoxsa sənədi kimin yaydığından daha vacib məsələ onu kimin paylaşmasıdır?
Bu, idarəetmədə yeni bir prinsipdirsə, doğrudan da təqdirəlayiqdir.
Mən bir müharibə veteranıyam. Ona görə də, “hörmətli” Azər müəllim, Sizinlə aramızda belə prinsipial mübarizənin aparılmasını ayrıca maraqlı hesab edirəm.
Müharibədən sağ çıxan veteranın 110 manatlıq maaş fərqinə qədər “təhlükəli obyekt” kimi qiymətləndirilməsi insanda istər-istəməz fəxr hissi yaradır.
Deməli, mən adi mühəndis deyiləmmiş.
Bir veteranın paylaşımından bu qədər narahatlıq yaranırsa, deməli, həmin paylaşımın təsir gücü vəzifə dərəcəsindən xeyli yüksəkdir.
İndi isə ən maraqlı hissəyə gələk.
Məktubunuzda məndən maaşımın 1/4 hissəsi həcmində intizam cəzası tutulması tövsiyə edilir. Mən buna görə də Sizə təşəkkür etməliyəm. Çünki 1/4 rəqəmi ilə məni tanış etdiniz.
Mən də öz növbəmdə təklif edirəm:
Gələcəkdə belə qərarlar qəbul edilərkən 1/4 prinsipi daha geniş tətbiq olunsun.
Məsələn:
maaşın 1/4-i — cərimə;
vəzifənin 1/4-i — geri alınsın;
işçinin hüquqlarının 1/4-i — nəzərə alınsın;
rəhbərliyin məsuliyyətinin isə, təbii ki, 1/4-i də olmasın.
Beləliklə, mükəmməl idarəetmə sistemi yaranmış olar.
Amma bir xahişim var, Azər müəllim.
Mənim bu yazımdan sonra “məni işdən çıxarın” tapşırığı verilsə, zəhmət olmasa, səbəb hissəsində “çox təhlükəli işçidir” yazmayın.
Çünki mənim ən böyük “cinayətim” sənədlərlə bağlı sual vermək, öz hüquqlarımı müdafiə etmək və baş verənlər barədə danışmaqdır.
Əgər bunlar müəssisə üçün təhlükə hesab olunursa, onda problem mənim danışmağımda yox, deyilənlərdən niyə bu qədər narahatlıq yaranmasındadır.
Mən Sizdən nə kreslo istəyirəm, nə də xüsusi münasibət.
Sadəcə istəyirəm ki, mənə tətbiq edilən qaydalar mənimlə yanaşı hamıya da tətbiq edilsin.
Çünki qanun və intizam rəhbərdən işçiyə doğru yalnız bir istiqamətdə işləyirsə, bunun adı ədalət deyil — inzibati rahatlıqdır.
Sonda Sizə bir daha təşəkkür edirəm, Azər müəllim.
İllərlə qazandığım vəzifəni, dərəcəni və maaşı qısa müddətdə geri qaytarmaqla mənə çox qiymətli bir dərs verdiniz:
“Azəriqaz”da qazın təzyiqini ölçmək üçün manometr, rəhbərliyin təzyiqini ölçmək üçün isə, görünür, işçinin maaşından 1/4 kəsmək kifayətdir.
Mən isə hələ də sadə bir sualın cavabını gözləyirəm:
Əgər bir işçinin sosial şəbəkədə paylaşımı rəhbərliyi bu qədər narahat edirsə, bəlkə problem paylaşımda yox, paylaşımın içində yazılanlardadır?
Hörmətlə,
maaşının 110 manatını artıq “hədiyyə etmiş”, 1/4-ni də hədiyyə etməyə hazır olan, amma haqqını hədiyyə etməyə hazır olmayan veteran mühəndis..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Bu gün, 12:47
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Bu gün, 12:42
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Bu gün, 12:38
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Bu gün, 12:34
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Bu gün, 12:31
Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 12:27
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:16
“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Bu gün, 12:07
Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:01
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Bu gün, 12:00
AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Bu gün, 11:55
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Bu gün, 11:49
İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Bu gün, 11:48
İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Bu gün, 11:45
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Bu gün, 11:43
Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Bu gün, 11:34
Moskva niyə TRIPP-dən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 11:31
“Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” – Ekspert
Bu gün, 11:30
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
Bu gün, 11:29
Bu universitetimiz erməni dilinin tədrisinə başlayır - AÇIQLAMA
Bu gün, 11:27
Ermənistana qoşun yeritmək istəyənlər var: Paşinyan nəyə işarə etdi? - AKTUAL
Bu gün, 11:20
Qarabağ Qazisi ACINACAQLI DURUMDA... - AXI NİYƏ?..
Bu gün, 11:19
Dayanacaq yoxdur, amma AYNA hər şey "standarta uyğundur" deyir -VİDEO
Bu gün, 11:14
“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir
Bu gün, 11:11
ABŞ nəşri erməni dustaqlardan yazdı – Bakıdan ETİRAZ
Bu gün, 11:08
Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Bu gün, 11:05
Erməni hərbçilər Zəngəzur dəhlizinə görə ABŞ-yə GETDİ - KİV
Bu gün, 11:03
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Bu gün, 11:01
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 10:56
Dünyasını dəyişən SOCAR işçisi ilə bağlı ŞOK FAKT - "Onların hamısı məsuliyyətə cəzalanmalıdır..."
Bu gün, 10:11
İnanmazdıq... amma BAZARSTORE bunu da etdi... - NARAZILIQ VAR...
Bu gün, 09:54
“Tap.az”da tanış olduğu qadınları aldadan şəxslə bağlı QƏRAR
Bu gün, 08:50
BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası - ƏSLİNDƏ...
Bu gün, 08:41
Şəhid atasından Adil Əliyevə tərs sillə - ‘Bu torpaqları sən satmısan!’
Bu gün, 08:34
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukrayna müharibədə tədricən uduzur - Fedorov
Bu gün, 08:15
Millimizin kapitanının bu hərəkəti aranı qarışdırdı: sərt sözlər – VİDEO
Bu gün, 08:14
Gürcüstan keçmiş və yeni geosiyasət arasında: - Saakaşvilinin xəbərdarlığı
Bu gün, 07:12
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır
Bu gün, 07:08
Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
Bu gün, 07:06
“Erməni diasporu qan üzərindən siyasət qurub” - ONA GÖRƏ DƏ...
Bu gün, 07:01
Paşinyan OVA çıxıb - İNCƏLƏMƏ
Bu gün, 06:59
Rusiya Azərbaycan qarşı təxribat törətmək üçün bəhanə axtarır - FAKT BUDUR!
Bu gün, 06:57
Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib - KİV
Bu gün, 06:53
Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
Bu gün, 06:38
Rusiyadan bu qədər asılı olmaq iqtisadi təhlükəsizliyimizə mənfi təsir edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:32
"YAP hökumətinin iqtisadi komandası indi mat qalıb... bilmir nə etsin..." - İlqar Məmmədov
Bu gün, 06:20
Polad müəllimin BAL AYINDAN başı açılsaydı... - REPLİKA
Bu gün, 06:14
"Bizim ölkə poçtu adam balası kimi işləsə idi.." - GİLEY
Bu gün, 06:09
"Avtobuslar nasaz və hər gün biri yolda qalır" - AXI NİYƏ?..
Bu gün, 05:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru