"Naxçıvan Səhiyyə nazirliyi ləğv olunmalıdır. Həm artıq qurumdur, həm də təhlükəli. Həm dövlət büdcəsinə zərər verir, həm də vətəndaşlara... Ona görə də ləğv olunmalıdır". "DİA-AZ" bildirir ki, bu çağırışda Naxçıvan sakinləri adından ölkə rəhbərliyinə ünvanlanan müraciətdə deyilir.
"Naxçıvan səhiyyə Nazirliyi başdan-başa korrupsiya yuvasıdır. İşləri-gücləri ancaq pul yemək, pul silməkdir...
Naxçıvan Mərkəzi xəstəxana gedin rüşvətin necə fırlandığını görün... Camaata açıq-aşkar zülüm edirlər, əsl rüsvayçılıqdır. Naxçıvan Səhiyə Nazirliyi ləğv olunmalıdı və birbaşa Bakıya bağlanmaldır.
Naxçıvan xəstəxanalarında tibb işciləri 5 ildir məzuniyyətə çıxmır. "Raşot pulu" adı altında pulları basıb yeyirlər...
Sahil Babayev maliyyə naziri kimi bütün ölkədə BÜDCƏ QAYÇILAMASI siyasəti aparır. Amma Naxçıvanda mənasız və əslində Azərbaycanın suverenliyini təhdid edən təhlükəli qurumlar hələ də fəaliyyətdədir və hər biri həm də korrupsiya yuvasıdır ki, onların da başında Naxçıvan Səhiyyə Nazirliyi gəlir..."
Məsələ diqqətimizdədir...






