"2 gündür kartın aktivləşdirilməsi ilə məşğuluq, bir pin təyin olunması necə böyük, uzun bir problem ola bilərmiş..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Günel Məmmədova adlı sosial şəbəkə istifadəçisi qeyd edib.
O daha sonra öz müraciətində belə davam edir: "Hörmətli Azərbaycan Beynəlxalq Bankı (ABB), işçiləriniz işi bilmir, ATM-ləriniz işləmir, sayt üzərindən pin aktivləşdirmə xidmətiniz işləmir, bərbad bir xidmət səviyyəniz var. Zəng edib problemi bildiririk, deyir, "5 iş günü ərzində baxılacaq"... Problem pin kod aktivləşdirmə və əməkdaşınızın yeganə bildiyi şey, "banka yaxınlaşın"... Xoşunuz gəlir deyəsən insanları saatlarla növbədə saxlamaqdan..."
























