"Sözüm TƏBİB-in direktoru Anar Bayramovadır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Siz gələndən 10 gün sonra işdən qovduğunuz Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru olmuş Mirələm Calalovun yəqin maliyyə pozuntularından xəbəriniz var...
Təkər, akkumulyator, benzin... "mertvıy duşa"dan pul çıxaran, bölgələr üzrə sürücüləri 12-18 minə işə götürən "kandidat nauk"un dövlət büdcəsinə vurduğu ziyanı ödədtirə bildinizmi?
Bəlkə vəsaitlə sürücülərin maaşını artırasınız!..
İngiliscə məqalə yazan, ərəbcə namaz qılıb ələm gəzdirən, azərbaycanca 3/1 (yəni 2-si sənın biri mənim 3 ayda) rüşvət çarxını fırladan bu nadürüst həkim indi mənimsədiyi pulları ödəyir.
Sonra da deyirsiniz "skorı" gec gəldi..."
























