"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                     4 kənd, yoxsa sülh müqaviləsi? .....                     Rusiya artıq Azərbaycanı itirib .....                     "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                 

“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Tarix: Bu gün, 06:31 | Çap et

“Şəki yaylası” adlanan istirahət mərkəzində kanat trosunun qırılması nəticəsində baş verən və iki gənc insanın həyatına son qoyan məlum faciəli hadisəni səhlənkarlığınmı, işbazlığınmı, tamahkarlığınmı, biganəliyinmi ayağına yazmamızdan asılı olmayaraq, bu hadisə bir daha Azərbaycanda turizm sektorunun real durumunu ortaya qoymuş oldu. Ortaya qoymuş oldu ki, bir çox sahələrdə olduğu kimi, turizm sektorunda da dünya standartlarına çatmağımıza hələ çox var...

Həmin istirahət mərkəzi Azərbycanın ən dilbər guşələrindən olan Şəkinin ucqar kəndlərindən birinin yaxınlığında yerləşir. Ancaq bölgələrimizi ziyarət etməyə üstünlük verən vətəndaşlarımız arasında populyarlaşan bu gözəl məkana gedən avtomobil yolunun özü belə əslində, kifayət qədər təhlükəlidir. Bunu həmin mərkəzə səfər edən istənilən sürücü təsdiqləyə bilər.

Mərkəzin özünə gəlincə, tədricən müəyyən abadlıq işləri görülən bu turizm obyektində ilk vaxtlar bir kanat quraşdırılmışdı. Özü də olduqca kustar üsulla. Burada kabina yoxdur, yalnız təhlükəsizlik kəməri ilə bağlanan insanlar həmin kanatla bir neçə yüz metr məsafədə, təxminən 30 metr, bəlkə də daha çox hündürlükdə havada sürüşürürlər. Sonra tələbatın çox olduğunu görən sahibkar daha bir kanat quraşdırdı, üstəlik, bir kanat da nisbətən daha aşağı hündürlükdə uşaqlar üçün quraşdırıldı. Lakin onun da hündürlüyü əslində, kifayət qədər yüksəkdir və burada da oxşar hadisə baş versəydi, uşaqlar arasında mütləq tələfat ola bilərdi.

Obyekt sahibinin bu “kanat həvəsi” əlbəttə ki, təsadüfi deyildi. Çünki buranın əsas qazancı məhz kanatlar və “atraksion” deməyə dilimiz gəlməyən bir-iki primitiv avadnlıqdan toplanır. Doğrudur, “Şəki yaylası”na gələnlər həmişə çox olur, demək olar bütün yayı burada sıxlıq müşahidə edilir. Ancaq baxmayaraq ki, ərazidə bir neçə restoran və kafe var, insanların böyük əksəriyyəti, xüsusilə də gənclər buraya yalnız mənzərəyə baxmağa, gəzişməyə, şəkil çəkdirməyə və maksimum imkanları çatan kanata minməyə gəlirdilər. Çünki kafe və restoranlar çox bahadır, insanların alıcılıq qabiliyyətinə uyğun deyil. Ona görə də turizm mövsümünün ən qaynar dövründə belə bu iaşə obyektləri heç yarıya qədər də dolmur, olan-qalan müştərilər isə əsasən əcnəbilər olur. Əvəzində, kustar üsulla quraşdırılan, lazımi təhlükəsizlik standartlarına riayət olunmayan kanatlara həmişə növbə müşahidə edilir. Bu da insanların həyatını təhlükəyə ataraq pul qazanmaqdan başqa bir şey deyil...

Bu hadisənin istirahət mərkəzini işlədən sahibkara böyük sarsıntıya, mənəvi və maddi ziyana başa gələcəyi heç bir şübhə doğurmur. Əlbəttə ki, cinayət işi də açılacaq və cəzalandırılanlar da olacaq. Lakin həyatını itirən iki gənci geri qaytarmaq mümkün olmayacaq. Hansı ki, vaxtında görülməli olan təhlükəsizlik tədbirləri həyata keçirilsəydi, müvafiq qurumlar bu cür obyektlərə daha diqqətlə yanaşaraq, standartlara riayət olunmasına nəzarət etsəydi, bu faciə baş verməyə bilərdi...

Bu faciəli xəbər təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da oxunur və belə hadisələr Azərbaycanın dünyanın ən gözəl, füsünkar məmləkətlərindən biri olmasına baxmayaraq, zatən yüksək olmayan turizm reytinqlərini daha da zəiflədir.

Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, Azərbaycana xarici turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalıb. Əvəzində, məsələn, Azərbaycandan Gürcüstana istirahətə gedənlərin sayı 8 faiz artıb. Bunlara quru rəqəmlər, yaxud müvəqqəti hal kimi yanaşmaq doğru deyil. Bu cür faciəli hadisələr isə ölkə turizminin bahalıq, infrastruktur, rəqabət və s. problemlərinə bir də təhlükəsizlik problemini əlavə etmiş olur.

Bu sahədəki problemlərin həlli əlbəttə ki, kompleks və köklü yanaşma tələb edir. Çünki problem yalnız, məsələn, Dövlət Turizm Agentliyi, yaxud digər müvafiq dövlət qurumlarının fəaliyyəti, nəzarətsizliyi və ya konkret bir sahibkarın cinayət səviyyəsində yarıtmaz, səhlənkar işilə məhdudlaşmır. Burada müvafiq beynəlxalq təhlükəsizlik standartlarının tətbiqindən, normal rəqabət mühitinin yaradılmasından, müasir turizm obyektləri yaradılması üçün investisiya qoyuluşlarından tutmuş, bəzən “kəndxudanı gör, kəndi çap” prinsipi ilə işləyən sahibkarlıq mühitinin sağlamlaşdırılmasına, bəzi dövlət qurumlarının vətəndaşın həyatına, təhlükəsizliyinə biganə münasibətinə son qoyulmasına qədər bir çox həll edilməli olan məsələlər var. Və bunlar həll olunmayınca, təəssüf ki, “Şəki yaylası” bu cür faciələrin yaşandığı son obyekt olmayacaq...

Cəlal Məmmədli

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 07:30
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru