
"MAKEJ 2024" MMC-nin 23 min manatdan çox vergi borcu varDövlət Vergi Xidmətinin vergi borcu olan kommersiya qurumları ilə bağlı məlumat bazasında növbəti şirkətin adı yer alıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, "MAKEJ 2024" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməmiş 23.686,11 AZN vergi borcu mövcuddur.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 10 AZN olan cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əsgər Əliyev küçəsi, ev 40, mənzil 40 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Teymur Seymur oğlu Qurbanovdur.























